• Elektrik ölçmə cihazları
  • Ölçmə çeviriciləri
  • Elektrik ölçmə qurğuları
  • İnformasiya – ölçmə sistemləri (İÖS)
  • Mühazirə mətnləri GƏNCƏ 2012 Ekoloji proseslərdə elektrik ölçmələri haqqında ümumi məlumat




    Download 323.54 Kb.
    bet4/20
    Sana24.03.2017
    Hajmi323.54 Kb.
    #1318
    TuriMühazirə
    1   2   3   4   5   6   7   8   9   ...   20
    ŞƏKIL 1.

    Ölçülər – məlum fiziki kəmiyyəti özündə təcəssüm etdirən ölçmə vasitəsinə deyilir.

    Ölçülər birqiymətli, çoxqiymətli və ölçülər dəstinə ayrılır. Birqiymətli ölçü- vahid ölçülü fiziki kəmiyyəti, çoxqiymətli ölçü isə eyni adlı müxtəlif ölçülü fiziki kəmiyyətləri təcəssüm etdirir. Çoxqiymətli ölçülərə dəyişən tutumlu kondensator misal ola bilər. Ölçülər dəsti bir sıra eyni adlı, müxtəlif ölçülü kəmiyyətləri təcəssüm etdirən xüsusi seçilmiş ölçülər komplektindən ibarətdir. Ölçülər dəstinə, müqavimətlər, tutumlar, induktivlər mağazası və s. misal ola bilər.

    Elektrik ölçmə cihazları – müşahidəçinin bilavasitə qəbul edə bildiyi formada ölçmə informasiyası siqnalları, yəni ölçülən fiziki kəmiyyətlə funksional asılılığı olan siqnallar yaradan elektrik ölçmə vasitələrinə deyilir. Elektrik ölçmə cihazları iş prinsipinə və konstruktiv quruluşuna görə çox müxtəlifdir.

    Göstərişləri ölçülən kəmiyyətin dəyişmələrinin kəsilməz funksiyası olan elektrik ölçmə cihazlarına analoq cihazları deyilir.

    Göstərişləri rəqəm formasında təsvir olunan elektrik ölçmə cihazları rəqəm cihazları adlanır.

    Elektrik ölçmə cihazları göstərişləri oxuma və qeydetmə imkanından asılı olaraq iki qrupa ayrılır: göstərici cihazlarqeydedici cihazlar. Əgər qeydedici ölçmə cihazı göstərişləri diaqram formasında qeyd edirsə, belə cihazlara özüyazan cihazlar deyilir. Göstərişləri rəqəm formasında çap edən qeydedici cihazlar çapedici cihaz adlanır.

    Göstərişi iki və daha çox kəmiyyətin cəmi ilə funksional əlaqədar olan elektrik ölçmə cihazları cəmləyici cihazlar adlanır. Belə cihazlara cəmləyici cihazlar adlanır. Belə cihazlara bir neçə generatorun cəm gücünü ölçən vattmetr misal ola bilər.

    Göstərişləri ölçülən kəmiyyətin zamana görə və ya digər asılı olmayan dəyişənə görə inteqralı ilə müəyyən olunan cihazlar inteqrallayıcı cihazlar adlanır.

    Bəzi cihazlarda ölçülən kəmiyyət qiyməti məlum olan kəmiyyətlə bilavasitə müqayisə olunur. Belə elektrik ölçmə cihazlarına müqayisə cihazları deyilir. Bunlara körpülər, kompensatorlar misal ola bilər.

    Bundan başqa, cihazlar tətbiq olunma xarakterinə görə stasionar, qeyri-stasionar (gəzdirilən), ölçülən kəmiyyətin növünə görə ampermetr, voltmetr, ommetr və s. cihazlara ayırırlar.

    Ölçmə çeviriciləri – ölçmə informasiyasını ötürmək, sonradan çevirmək, işləmək və ya yadda saxlamaq üçün münasib formada siqnallar yaradan elektrik ölçmə vasitəsidir. Lakin ölçmə çeviricilərinin yaratdığı siqnalları müşahidəçi bilavasitə qəbul edə bilmir.

    Ölçülən kəmiyyətin növündən asılı olaraq ölçmə çeviricilərini iki qrupa ayırmaq olar:

    1) elektrik kəmiyyətlərini elektrik kəmiyyətlərinə çevirənlər. Bunlara şuntlar, gərginlik bölücüləri, ölçmə transformatorları və s. aid ola bilər.

    2) qeyri-elektrik kəmiyyətlərini elektrik kəmiyyətlərinə çevirənlər. Bunlara termorezistorlar, induktiv çeviricilər, pyezoelektrik çeviricilər və s. daxildir.

    Elektrik ölçmə qurğuları – ölçmənin səmərəli təşkili üçün olan funksional və konstruktiv cəhətdən birləşmiş ölçmə vasitələri və köməkçi qurğular cəminə deyilir. Ölçmə qurğusu müəyyən ölçmə metodunun nəzərdə tutulmasına və əvvəlcədən ölçmə xətasının qiymətləndirilməsinə imkan verir.

    İnformasiya – ölçmə sistemləri (İÖS) – bir sıra mənbələrdən ölçmə informasiyasını avtomatik olaraq toplayan, onu rabitə kanalı ilə məsafəyə ötürən və təsvir edən ölçmə vasitələri və köməkçi qurğular cəminə deyilir. İÖS-də ölçmə informasiyası daşıyan eyni siqnal çeviricilərindən dəfələrlə istifadə olunur.



    Download 323.54 Kb.
    1   2   3   4   5   6   7   8   9   ...   20




    Download 323.54 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mühazirə mətnləri GƏNCƏ 2012 Ekoloji proseslərdə elektrik ölçmələri haqqında ümumi məlumat

    Download 323.54 Kb.