Mühazirə mətnləri GƏNCƏ 2012 Ekoloji proseslərdə elektrik ölçmələri haqqında ümumi məlumat




Download 323.54 Kb.
bet9/20
Sana24.03.2017
Hajmi323.54 Kb.
#1318
TuriMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
KOMPENSASIYA ÜSULU İLƏ ÖLÇMƏ

Kompensasiya ölçmə üsulunun mahiyyəti elektrik vasitəsilə əlaqəsi olmayan iki gərginliyin və ya EHQ-nin və ya ayrı-ayrılıqda tənzimlənən cərəyanların tarazlayıcı indikatora əks istiqamətdə qoşulmasından ibarətdir.

Şəkil 1 də ən geniş yayılmış kompensatorun sxemi verilmişdir. Bu sxemdə ölçülən Ux gərginliyi ona qiymətcə bərabər və işarəcə əks olan Uk gərginliyi ilə kompensasiya edilir. Uk gərginlik düşgüsü İ cərəyanı vasitəsilə Rk kompensasiyaedici nümunəvi müqavimətində yaradılır. Rk müqavimətinin dəyişməsi o vaxta qədər davam etdirilir ki, Uk=Ux olsun (maqnitoelektrik sistemli qalvanometrin göstərişi sıfra bərabər olsun). Bu zaman sxemin ölçmə obyektində güc sərfi sıfra bərabər olur.

Bu ölçmə üsulu yüksək dəqiqlik təmin edir və üsulu reallaşdıran qurğulara kompensatorlar və ya potensiometrlər deyilir. Kompensatorlarda yüksək dəqiqliyi normal elementin EHQ-si vasitəsilə əldə edirlər. Normal elementlər zaman ərzində sabit və 20 0S temperaturda qiyməti 1.01865 V olan EHQ istehsal edirlər. Onların daxili müqaviməti 500-1000 Om və dolub daşma cərəyanı 1mkA-dir. Otaq temperaturunun dəyişməsi ilə normal elementin də EHQ-si (Et) aşağıdakı düsturla dəyişir.

Et=E20 - 0.00004(t-20) - 0.000001(t-20)2 (10)

Normal elementin EHQ-sinin yüksək dəqiqliklə təyin olunması və maqnitoelektrik sistemli qalvanometrlərin yüksək dəqiqliyi sayəsində kompensatorlar sabit cərəyan dövrələrində çox yüksək ölçmə dəqiqliyi təmin edirlər.

Dəyişən cərəyan dövrələrində yüksək dəqiqlik təmin edən gərginlik mənbəyi və ölçmə mexanizmi olmadığından dəyişən cərəyan kompensarorları adi ölçmə cihazlarından fərqlənmirlər.

Kompensatorlar böyük və kiçik müqavimətli olurlar. Böyük müqavimətli kompensatorlarda mənbə gərginliyinin hər V-na 1000 Om müqavimət düşür. Həm-çinin böyük kritik müqavimətli qalvanometrlərdən də geniş istifadə olunur. Böyük kritik müqavimətli qalvanometrlər U=1,2-2,5V diapazonunda olan gərginlikləri ölçmək üçün istifadə olunur.

Böyük müqavimətli kompensatorla kiçik EHQ və gərginlikləri ölçmək əlverişli deyil. Bu zaman xəta çox olur. Kiçik EHQ (məs. termocütün EHQ) ölçmək üçün kiçik müqavimətli kompensatorlar istifadə olunur. Bu zaman işçi cərəyan I =1-25 mA olur. Qalvanometr –kiçik kritik müqavimətli götürülür.

Une

MQ

Rk



İ

Ux





Download 323.54 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Download 323.54 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mühazirə mətnləri GƏNCƏ 2012 Ekoloji proseslərdə elektrik ölçmələri haqqında ümumi məlumat

Download 323.54 Kb.