• 1. Bilavasitə qiymətləndirmə metodu.
  • 2. Müqayisə metodu
  • Mühazirə mətnləri GƏNCƏ 2012 Ekoloji proseslərdə elektrik ölçmələri haqqında ümumi məlumat




    Download 323.54 Kb.
    bet6/20
    Sana24.03.2017
    Hajmi323.54 Kb.
    #1318
    TuriMühazirə
    1   2   3   4   5   6   7   8   9   ...   20
    Ekoloji proseslərdə elektrik

    ölçmələri metodları

    Ölçmə vasitələri və ölçmə prinsiplərindən istifadə üsullarından asılı olaraq elektrik ölçmə metodları bilavasitə qiymətləndirmə metodunun və müqayisə metoduna bölünür.

    1. Bilavasitə qiymətləndirmə metodu. Bu halda ölçmə nəticəsi birbaşa, heç bir əlavə əməliyyat yerinə yetirmədən, alınır: məsələn, gərginliyin voltmetrlə ölçülməsi nəticənin tez alınmasına və sadəliyinə görə bu metoddan geniş istifadə olunur.

    2. Müqayisə metodu. Bu metodda ölçülən kəmiyyət nümunəvi ölçü kimi götürülmüş kəmiyyətlə müqayisə edilir. Müqayisə metoduna öz növbəsində aşağıdakılar aiddir: a) sıfır metodu; b) diferensial metod; c) əvəzetmə metodu; d) üst-üstə düşmə metodu.

    a) sıfır metodu. Bu metoda geniş məlum olan kompensasiya və körpü metodları aiddir. Həmin metodda nümunəvi UN kəmiyyəti ilə ölçülən Ux kəmiyyətinin fərqi ∆U sıfır gətirilir, yəni ; əgər olarsa, . Bu halda həmin fərqi ölçən deyil, onun olmadığını göstərən “sıfır-indikator” lazım olur. Belə cihazlardan yüksək dəqiqlik deyil, yüksək həssaslıq tələb olunur.

    V

    ∆U



    Ux

    UN

    Yüksək həssaslığı olan cihaz yaradılması, yüksək dəqiqlikli cihaz yaradılmasından asandır. Maqnitoelektrik qalvanometrin həssaslığı 10-9...10-12 A-dır və elektron texnikası həssaslığı xeyli yüksəltməyə imkan verir.

    ŞƏKIL 2

    b) diferensial metod (fərq metodu). Bu halda ölçülən Ux kəmiyyəti ilə nümunəvi UN kəmiyyəti arasındakı fərq ölçülür, yəni burada və ya .

    c) əvəzetmə metodu. Bu metodla ölçmə belə aparılır: ölçülən kəmiyyət uyğun cihazları (məsələn, voltmetri) olan hər hansı ölçmə dövrəsinə qoşularaq ya müvazinətlənir, ya da dövrədə müəyyən rejim yaradılır. Sonra ölçülən kəmiyyət əvəzinə uyğun nümunəvi ölçü qoşulur və o, dövrədə əvvəlki rejim yaranana qədər tənzim edilir. Bu iki ölçmənin nəticəsində görə ölçülən kəmiyyətin qiyməti müəyyən oluna bilir.

    d) üst-üstə düşmə metodu. Bu metodda şkalanın müəyyən bölgülərinin və ya siqnalların üst-üstə düşməsindən istifadə edilir və o, ölçmə dəqiqliyini artırmaq üçün işlədilən cihazlarda geniş tətbiq olunur.



    Download 323.54 Kb.
    1   2   3   4   5   6   7   8   9   ...   20




    Download 323.54 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mühazirə mətnləri GƏNCƏ 2012 Ekoloji proseslərdə elektrik ölçmələri haqqında ümumi məlumat

    Download 323.54 Kb.