• Om qanununun tətbiqi hüdudları
  • Mövzu № 16 Müxtəlif maddə və mühitlərdə elektrik cərəyanı
  • Zonalar nəzəriyyəsi haqqında əsas məlumat.
  • Metalların klassik elektron nəzəriyyələrinin çətinlikləri




    Download 11,54 Mb.
    bet43/91
    Sana30.12.2019
    Hajmi11,54 Mb.
    #6524
    TuriMühazirə
    1   ...   39   40   41   42   43   44   45   46   ...   91

    Metalların klassik elektron nəzəriyyələrinin çətinlikləri

    Metalların klassik elektron nəzəriyyəsi Om və Coul-Lens qanunlarını izah etsə də, Videman-Frans qanununu ancaq keyfiyyətcə izah edə bilmişdir. Beləliklə metalların klassik elektron nəzəriyyəsinin bəzi çətinliklərı üzə çıxdı.Onların bəzilərini nəzərdən keçirək.



    1. Lorens tərəfindən aparılan hesablamalar Videman-Frans qanununda 3 əmsalı 2 əmsalı ilə əvəz etməyə gətirdi, bu da nəzəriyyənin təcrübə ilə daha da uzaqlığına gətirdi.

    2. Elektron nəzəriyyəyə görə bir valentli metallar üçün istilik tutumu bərabərdir.

    Başqa sözlə metallarda elektron qaz praktiki olaraq istilik tutumuna malik deyil. Bu gözlənilməz və başa düşülməyən bir hadisədir.

    1. Klassik elektron nəzəriyyəsi asılılığını izah edə bilmirdi.

    -da, , yəni ~-olur.

    -in izahı üçün isə ~ olmalıdır.

    Göstərilən ziddiyətlər, XX əsrin əvvəllərində elektronun xassələri məlum olmadığından onları Kulon elektron nəzəriyyəsində nəzərə almamasına görədir.

    Bu xassələr sonralar atomun quruluşunu öyrənərkən müəyyən olundu və 1924- cü ildə yeni nəzəriyyə - kvant (dalğa) mexanikası yaradıldı.

    Om qanununun tətbiqi hüdudları

    Müəyyən şəraitdə Om qanunundan kənaraçıxmalar və hətta onu ödəməməsi də ola bilər.



    1. Om qanununun ödənməsi öçün , olmalıdır,yəni . Həqiqətdə belə olmur.

    2. Güclü sahələrdə Om qanunu ödənmir. Güclü elə sahələrə deyirlər ki, sərbəst qaçış məsafəsindən elektronun sürəti xaotik hərəkət sürəti qədər olsun (metallarda E~2·108 ). Ona görə metallarda belə sürət mümkün deyil, metal bu halda ani olaraq buxara çevrilərdi.

    3. Ionlaşmış qazlarda Om qanunu ödənmir.

    4. Om qanunu ödənmir qeyri xətti kontaktlarda (yəni və asılılığı xətti deyil)



    Mövzu № 16

    Müxtəlif maddə və mühitlərdə elektrik cərəyanı

    1. Zonalar nəzəriyyəsi haqqında əsas məlumat.

    2. Yarımkeçiricilərin keçiriciliyi.

    3. Qazlarda elektrik cərəyanı.

    4. Plazma.

    5. Vakuumda elektrik cərəyanı.

    6. Kontakt potensiallar fərqi. Volta qanunu.

    7. Termoelektrik hərəkət qüvvəsi. Termoelektrik effekt (Zeyebek effekti)

    8. Peltye effekti (elektrotermik effekt)

    9. Tomson effekti (elektrotermik effekt)

    Zonalar nəzəriyyəsi haqqında əsas məlumat.

    Klassik elektron nəzəriyyəsinin çətinlikləri haqqında danışmışdıq.



    Kvant nəzəriyyəsinə görə elektronlar həm bir- birləri həm də başqa zərrəciklərlə qarşılıqlı təsirdədirlər və elektronun enerjisi müəyyən diskret qiymətlər ala bilər. Başqa sözlə, elektron atom daxilində müəyyən enerji səviyyələrində yerləşə bilər. Həmin enerji səviyyələri arasında, atom daxilində digər elektron yerləşə bilməz. Enerji səviyyələri getdikcə bir- birinə yaxınlaşır.

    Fərz edək ki, bərk cismi təşkil edən atomlar əvvəlcə bir-birindən elə məsafədə yerləşmişdilər ki, onların arasındakı qarşılıqlı təsiri nəzərə almamaq mümkün idi. Həmin atomları bir birinə yaxınlaşdırıb bərk kristallik cismi təşkil edəndə atomlar arasındakı əmələ gəlmiş təsir qüvvəsi atomların eyni tipli enerji səviyyələrini bir-birinin üzərinə salmır, enerji səviyyələri qruplaşaraq enerji zonaları yaratmış olur. Əmələ gəlmiş zonalardakı enerji səviyyələrinin sayı atomların sayından asılıdır.

    Download 11,54 Mb.
    1   ...   39   40   41   42   43   44   45   46   ...   91




    Download 11,54 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Metalların klassik elektron nəzəriyyələrinin çətinlikləri

    Download 11,54 Mb.