İnduksiya zamanı konturda axan elektrik yükü. Maqnit sahəsinin intensivliyinin ölçülməsi.
Konturda yaranan induksiya cərəyanının e.h.q.-in ifadəsini, müqaviməti R olan kontur üçün cərəyan şiddətinin
ifadəsində nəzərə alaq .
Konturda zaman müddətində axan elektrik yükü = bərabərdir.Konturdakı maqnit induksiya seli - dən - dək dəyişərkən axan elektrik yükü isə
Deməli konturda maqnit induksiya seli dəyişərkən axan elektrik yükünün miqdarı konturun müqaviməti və maqnit induksiya selinin dəyişməsindən asılıdır.
Bismut, sürmə və tellurun xüsusi müqavimətləri maqnit sahəsinin təsiri ilə dəyişir. Bundan maqnit sahəsinin intensivliyini təyin etmək üçün istifadə edilir. Bismutun müqaviməti hər Qaus ( və maqnit induksiyasının hər 0.1 Tl (Tesla)) dəyişməsində ≈5% artır. Ona görə dərəcələnmiş bismut spiralını maqnit sahədə yerləşdirib müqavimətinin nisbi dəyişməsini ölçüb maqnit sahəsinin H intensivliyini təyin etmək olar.
Öz- özünə induksiya. Dövrənin açılması və qapanması zamanı yaranan ekstra cərəyanlar.
Cərəyan şiddətinin istənilən dəyişməsi zamanı onun yaratdığı maqnit induksiyası seli də dəyişir. Konturu kəsən bu maqnit induksiya selinin dəyişməsi konturda induksiya e.h.q. yaradır, və o da öz nisbətində konturda əlavə cərəyan (ekstra cərəyanı) əmələ gətirir. Bu hadisə öz- özünə induksiya hadisəsi adlanır. Buna oxşar hadisəni dövrəni qapadıqda və ya açıqda da müşahidə etmək olar. Dövrədə cərəyan şiddəti dəyişdikdə eyni zamanda maqnit seli də dəyişəcəkdir. Bu zaman Lens qaydasına əsasən əsas cərəyanın əksinə yönələn və ya onunla üst- üstə düşən induksiya cərəyanı meydana çıxır. Buna da açılma və ya qapanma zamanı meydana çıxan ekstra cərəyanlar deyilir.
ibarət olan dövrəyə baxaq.
Dövrə qapanan kimi, yəni onda cərəyan yaranan anda lampası parlaq yandığı halda, lampası ilə əvvəl zəif közərir, sonra parlaq yanır. Bu onu göstərir ki, dövrənin sarğac olan budağında cərəyanın qiyməti öz- özünə induksiya hadisəsinə görə tədricən artır.
Dövrəni açdıqca isə sarğacında əmələ gələn öz- özünə induksiya cərəyanı R omik müqaviməti qoşulan budağa axır və buna görədə hər iki lampa bir müddət eyni parlaqlıqla yanır və sonradan sönür.
Sarğacı kəsən maqnit seli, sarğacdan keçən cərəyan şiddəti ilə düz mütənasibdir:
Burada -öz- özünə induksiya əmsalı və ya sarğacın induktivliyi adlanır. Onda öz- özünə induksiya e.h.q. üçün alırıq
induktivliyi sabit qalarsa, (məsələn: dəmir içliyi olmayan solenoid) olur və .
Hər bir naqil müəyyən induktivliyə malikdir. Onun qiyməti naqilin forma və ölçülərindən asılıdır. Düz naqilin induktivliyi nisbətən çox az olur. Bir neçə sarğıdan ibarət olan spiral şəkilli naqilin daha çox olur.
Mənbəni dövrədən açdıqda dövrədə cərəyan azalır və öz- özünə induksiya e.h.q. yaranır.
Digər tərəfdən Om qanununa görə . Onda
zaman ərzində cərəyan -dan - dək azalarsa bu ifadəni inteqrallayıb alırıq
- bu ifadə açılma zamanı meydana çıxan ekstra cərəyanın ekspotensial qanunu ilə azalmasını göstərir.
Dövrəni yenidən qapadıqda mənbənin e.h.q. ilə yanaşı öz- özünə induksiya e.h.q.-də təsir edəcəkdir. Ona görə Om qanununa əsasən yaza bilərik
. Digər tərəfdən .
Onda
Bu qeyri bircins xətti differensial tənliyin həlli
- şəklindədir.
Göründüyü kimi qapanma zamanı meydana çıxan eksta cərəyan ekspotensial qanunla artır
|