Mexaniki qüvvələr
Sürtünmə qüvvələri.
Quru sürtünmə: səthləri bir birinə toxunan bərk cisimlər arasında onların nisbi hərəkəti zamanı yaranır. Belə sürtünmələr sükunət, sürüşmə və diyirlənmə sürtünmə qüvvələri ilə müəyyən olunur.
Sükunət sürtünmə qüvvəsi həmişə ədədi qiymətcə cismə tətbiq olunan qüvvəyə bərabər olub istiqamətcə cisimlərin toxunma səthi boyunca bu qüvvəyə əks yönəlir. Cismə təsir edən qüvvənin müəyyən qiymətində cisim tərpənərək sürüşməyə başlayır. Deməli, sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti var. Sükunət sürtünmə qüvvəsi bizə ağır cisimləri yerindən tərpətməyə mane olan qüvvədir.
Sürüşmə sürtünmə qüvvəsi cisim sürüşməyə başladığı andan yaranır və nisbi hərəkət istiqamətinin əksinə toxunan səthlər boyunca yönəlir.
Təcrübələr göstərir ki, toxunan səthlərin vəziyyətindən (kələ kötürlüyündən) və maddələrin növündən asılı olub, cismin normal təzyiq qüvvəsi ilə düz mütənasibdir:
Μ- mütənasiblik əmsalına, sürtünmə əmsalı deyilir.
Adətən , yəni
Sürtünmə qüvvəsi sürtünən səthlərin sahəsindən və onların bir birinə nisbətən vəziyyətindən asılı deyil.
Diyirlənmə sürtünmə qüvvəsi diyirlənmə zamanı yaranır.
Özlü sürtünmə . sürtünmə qüvvəsini azaltmaq məqsədi ilə həmin səthləri yağlayırlar. Yağlanmış səthlər arasında, bərk cismin maye daxilində hərəkəti zamanı yaranan sürtünmə özlü sürtünmədir. Özlü sürtünmə mayenin növündən və temperaturundan asılı olan özlülük əmsalı ilə xarakterizə olunur. Bütün növ sürtünmə qüvvələri toxunan cisimlərin zərrəcikləri arasındakı qarşılıqlı təsirlə əlaqədardır və elektromaqnit təbiətlidirlər.
Elastiki qüvvələr cisimlərin bilavasitə qarşılıqlı təsiri nəticəsində yaranırlar və onların deformasiyası ilə müşaiyət olunur. Cismə tətbiq olunan qüvvə onu deformasiyaya uğradır. Deformasiyalar elastiki və plastiki olur.
Qüvvələrin tətbiq olunma xarakterinə görə bərk cisimlərdə müxtəlif növ elastiki deformasiya baş verir: dartılma (sıxılma), burulma, əyilmə və sürüşmə deformasiyaları.
Dartılma deformasiyası. Hük qanunu.
- nisbi uzanma.
- mütləq uzanma (dartılma zamanı >0, sıxılma zamanı<0 )
Təcrübələrlə müəyyən olunmuşdur ki, elastiki deformasiyada nisbi deformasiya nümunənin en kəsiyinə təsir edən qüvvə ilə düz mütənasibdir:
Burada : S- nümunənin en kəsiyinin sahəsi, F- en kəsiyə təsir edən qüvvə, - mütənasiblik əmsalıdır.
- əmsalı , nümunənin elastikliyini xarakterizə edir və elastiklik əmsalı adlanır. Nümunənin vahid en kəsiynə perpendikulyar istiqamətdə təsir edən qüvvə gərginlik adlanır:
Onda
- Hük qanunu
- Yunq modulu adlanır.
olduqda - Yunq modulu ədədi qiymətcə vahid nisbi uzanma yaradan normal gərginliyə bərabərdir.
- Yunq modulu, ədədi qiymətcə nümunəni iki dəfə uzada bilən normal gərginliyə bərabərdir.
Sürüşmə düformasiyası.
Hər bir en kəsiyə toxunan istiqamətdə F qüvvənin təsiri ilə tangensial gərginlik yaranır.
Tangensial gərginliyin təsiri ilə nümunə üzlərinə parallel olan hər bir üfüqi təbəqə alt təbəqəyə nəzərən sağa doğru sürüşür. Nəticədə nümunə üzlərinə perpendikulyar olan ixtiyari düz xətt müəyyən bucağı qədər sağa meyl edir. Belə deformasiya sürüşmə deformasiyası adlanır (qrafit qələmin yazısı).
Sabit qaldığından nisbəti sürüşmə deformasiyasını xarakterizə edən kəmiyyət kimi qəbul olunur:
; ().
Adətən kiçik olduğundan . Onda .
Təcrübələrlə müəyyən olunmuşdur ki, nisbi sürüşmə tangensial gərginliklə düz mütənasibdir: , n- mütənasiblik əmsalıdır.
- sürüşmə modulu adlanır.
olduqda . Deməli, sürüşmə modulu ədədi qiymətcə sürüşmə bucağı yaradan tangensial gərginliyə bərabərdir.
0>
|