Mövzu № 3
Klassik dinamika
Nyutonun qanunları.
İmpulsun saxlanma qanunu.
Kütləsi dəyişən cismin hərəkət tənliyi.
Mexaniki qüvvələr:
Sürtünmə qüvvələri (sükunət, sürüşmə, diyirlənmə və özlü sürtünmə);
Elastiki qüvvələr. Hük qanunu (deformasiyalar);
Cazibə qüvvəsi. Ümumdünya cazibə qanunu.
Nyutonun qanunları
Klassik dinamikanın əsasını Nyutonun qanunları təşkil edir.
Nyutonun birinci qanunu (ətalət qanunu)
Istənilən cisim ona xarici qüvvə təsir etməyincə öz sükunət və ya bərabər sürətli düzxətli halını saxlayır.
Nyutonun birinci qanunundan aşağdakı iki nəticəni alırıq:
1) sükunət və bərabər sürətli düzxətli hərəkət eyni mexaniki haldır (,)
2) sükunət və ya bərabər sürətli düzxətli hərəkət hallarını yalnız qüvvə dəyişdirə bilər.
2-ci nəticədən görünür ki, qüvvə cismin sürətini dəyişən (yəni cismə təcil verən) səbəbdir. Deməli, sükunət və bərabər sürətli hərəkət halı xarici təsirlərə məruz qalmayan bütün cisimlərin təbii halıdır, başqa sözlə, ətalət cismin hərəkət səbəbi deyil, cismin öz xassəsidir.
Nyutonun birinci qanunu ödənilən hesablama sistemi ətalət sistemi adlanır. Praktiki olaraq Yer və ona nəzərən sabit sürətlə (, ) hərəkət edən hesablama sistemlərini ətalət hesab etmək olar (nəzərə almayaraq ki, Yer öz oxu ətrafında fırlanır).
Nyutonun ikinci qanunu
Cismin ətalət xassəsini müəyyən edən sabit kəmiyyətə kütlə deyirlər Klassik mexanikada kütlə sabit kəmiyyətdir və heç nədən asılı deyil. Kütlə anlayışı həm maddə, həm də sahəyə aiddir.
ifadəsində k mütənasiblik əmsalı yazaq: .
Bütün kəmiyyətləri eyni vahidlər sistemində ölçdükdə k=1 götürülür. Onda alınır.
Cismin kütləsinin sürətinə, hasilinə impuls (hərəkət miqdarı) deyilir:
olduğundan alırıq.
Bu dinamikanın əsas tənliyi və yaxud hərəkət tənliyi adlanır. Onda Nyutonun ikinci qanunu belə ifadə eymək olar: hərəkət miqdarının dəyişməsi təsir edən qüvvə ilə düz mütənasib olub, qüvvə istiqamətində yönəlir.
- qüvvə impulsu adlanır.
Nyutonun üçüncü qanunu
Iki cismin qarşılıqlı təsiri həmişə qiymətcə bərabər və istiqamətcə əksdir
.
Başqa sözlə təsir əks təsirə qiymətcə bərabərdir. Təsir və əks təsir qüvvələri iki müxtəlif cismə tətbiq olunduğundan onları toplamaq olmaz.
İmpulsun saxlanma qanunu
Impulsun saxlanma qanunu Nyutonun II və III –cü qanunlarından nəticə kimi alınır.Fərz edək ki, N sayda cisim (maddi nöqtə) açıq sistem təşkil edir.K saylı cismin saylı cismə təsir qüvvəsini , saylı cismə təsir edən xarici qüvvələrin əvəzləyicisini isə işarə edək.
Sistemə daxil olan hər bir cisim üçün hərəkət tənliyini yazaq:
( 1 )
Bu tənlikləri tərəf tərəfə toplayaq və Nyutonun III- cü qanununa görə ……; və. s olduğunu nəzərə alaq
(yəni )
burada - sistemə təsir edən xarici qüvvələrin vektorial cəmi,- sistemin impulsudur.
Bu ifadə açıq sistemin impulsunun dəyişmə qanununun riyazi ifadəsidir. Həmin qanuna görə açıq sistemin impulsunun vahid zamanda dəyişməsi xarici qüvvələrin vektorial cəminə bərabərdir.
Sistem qapalı olduqda olur. Belə olduqda , yəni
olur. Qapalı sistemi təşkil edən cisimlərin impulslarının vektorial cəmi sabit kəmiyyətdir.
Bu qanunu top mərmisinin atılmasına tətbiq edək.
Atəşə qədər topun mərmisi ilə özü sükunətdə olduğu üçün impulsların cəmi sıfıra bərabərdir, yəni
Mənfi işarəsi sürətlərin bir birinə əks istiqamətlərdə olmasını göstərir. Deməli atəş zamanı mərmi irəli doğru gedirsə, top geri getməlidir. Buradan
yəni atəş zamanı top ilə mərminin aldığı sürətlər onların kütlələri ilə tərs mütənasibdir.
|