Mövzu 23. Elektromobil,hidrogen nəqliyyatının yaranması və problemləri.
Daxiliyanma mühərrikləri ilə işləyən avtomobillərdən 50 il əvvəl işıq üzü görmüş elektromobillər bu
yaxınlaradək birincilərin kölgəsində qalmışdı. Yalnız son illərdə elektrokarlara yenidən böyük maraq yaranıb.
Görəsən
onları
hansı
tale
gözləyir:
parlaq
gələcək,
yoxsa
yenidən
unudulmaq?
Daxiliyanma mühərrikləri ilə işləyən avtomobillər tədricən öz dövrünü başa vurur. Neft məsullarının
kəmiyyəti getdikcə azalır, planetdə ekoloji vəziyyət pisləşir, inkişaf etmiş Qərb ölkələrinin
diktatura rejimli
üçüncü dünya ölkələrindən neft asılılığı getdikcə daha təhlükəli olur. Alternativ yanacaqla işləyən
avtomobillər kifayət qədər çoxdur, amma onların hər bir növünün öz çatışmayan cəhətləri var. Belə cəhətlər
elektromobillərdə də var, amma məhz elektrokarlar bazarda ənənəvi avtomobilləri sıxışdırmağa daha
yaxındır. Yeri gəlmişkən qeyd edək ki, elektromobillər Karl Bensin özüyeriyən arabasından da əvvəl işıq üzü
görüb,
amma
hələ
də
kütləvilik
qazanmayıb.
Görəsən
bunun
səbəbi
nədir?
Elektromobillərin problemləri yaxşı məlumdur və yarım əsrdir ki, bu problemlər dəyişməz qalır: enerji ilə tam
yükləndikdən sonra bu avtomobillərin qət etmək iqtidarında olduğu məsafə qısadır, akkumulyatorlarının
həcmi az, çəkisi yüksəkdir, avtomobil sürətlə hərəkət edərkən enerji sərfiyyatı yüksək olur, batareyaların
yüklənməsi xeyli vaxt aparır. Əlbəttə, son vaxtlar bu sahədə yaxşılığa doğru irəliləyiş hiss olunur. Litium-ion
batareyaları avropalı və ya amerikalı avtomobil sahibinin orta gündəlik kilometrajından artıq enerji ehtiyatı
yığa bilir. Batareyaları yükləmənin yeni standartları cəmi yarım saata onları doldurmağa imkan verir. Bundan
başqa, elektromobillərin qiyməti tədricən ucuzlaşır və onlar, demək olar ki, ənənəvi avtomobillərdən heç nə
ilə
geri
qalmır.
Amma
cavablandırılmalı
olan
xeyli
suallar
əvvəlkitək
qalır.
Məsələn, enerjini haradan götürməli? Əlbəttə, bərpa olunan enerji mənbələri var: külək enerjisi stansiyaları,
su elektrik stansiyaları və s. Bu siyahıya atom elektrik stansiyalarını da əlavə etmək olar. Amma bununla belə,
elə Çinin özündə elektrik enerjisini kömürü yandırmaqla əldə edirlər. Beləliklə, təbii resursların asılılığından
qurtulmaqdan danışmaq hələ tezdir. Üstəlik, elektrik enerjisi artıq indidən çatışmır, bəs elektromobillərin
sayı artdıqdan sonra vəziyyət necə olacaq? Renault Fluence Z.E. elektromobili üçün 20.000 kilometrə bərabər
olan orta illik kilometrajla və hər 100 km məsafəyə 20 kVt/saat enerji sərfiyyatı ilə bir ildə 4000 kVt/saat və
ya ayda 330 kVt/saat enerji tələb olunur. Bu, o deməkdir ki, şəhərdə bir ailənin enerji istehlakı üç dəfə
artacaq!
Üstəlik, havaya buraxılan zərərli maddələrin miqdarının sıfıra bərabər olduğu barədə məlumatlar
həqiqətəuyğun deyil. Sadəcə olaraq, indi havanı avtomobilin özü deyil, onun üçün enerji hasil edən elektrik
stansiyası çirkləndirəcək. Hətta atom elektrik stansiyaları şəbəkəsinin inkişaf etdiyi və alternativ enerjiyə
xüsusi əhəmiyyət verildiyi Fransada belə, atmosferə atılan zərərli maddələrin miqdarı 12q/km təşkil edir.
Çində isə elektromobil hətta atmosferi müasir dizel avtomobillərindən də çox çirkləndirir!
Beləliklə, elektromobillər lazımdırmı? Elektromobillərin hazırlanmasına və inkişafına milyardlarla dollar vəsait
yatırılsa da, onların satışlarının həcmi hələlik yüksək deyil. 2011-ci ildə cəmi 50.000 elektromobil öz alıcısını
tapıb. Shell şirkətinin bu yaxınlarda dərc etdiyi ən nikbin proqnozlara əsasən, 2050-ci ildə dünya avtomobil
parkında elektromobillərin payı 40%-dən çox olmayacaq. Cari onilliyə gəlincə, ekoloji cəhətdən təmiz
avtomobillərin payı 3-4%-i aşmayacaq. Odur ki, ənənəvi avtomobillər əsrinin elektromobillər əsri ilə əvəz
olunması tezliklə baş verməyəcək!
Avtomobillərin artan populyarlığı dünyada müşahidə olunur: elektrikli avtomobilləri seçən bir
çox insan yalnız yanacaq qənaət etmək istəyi ilə deyil, ətraf mühitin daxili yanma mühərriki
istifadə edərkən qaçılmaz olan tullantılardan qorunmaq istəyi ilə də idarə olunur. Ancaq
elektrikli avtomobillər təbiət üçün həqiqətən təhlükəsizdir və ya bu bir mifdir?