Velorikşa
(Qərb ölkələrində
velotaksi)
- velosipedçinin sürücü ilə sərnişin və ya (adətən, ikidən
çox olmayan) sərnişinlərin xüsusi konstruksiyalı velosipeddə daşınması ilə məşğul olan ictimai nəqliyyat
növüdür .
«Tuk- tuk» - üç təkərli, rikşaya bənzər, lakin motoru olan qapalı
motorollerdir. Banqkok şəhərində əsas yerdəyişmə vasitəsi hesab
olunur. Bu nəqliyyat növü şəhərlərdə ən təhlükəli yerdəyişmə
vasitəsi sayılır.
İntellektual nəqliyyat sistemləri. Hal-hazırda avtomatik
nəqliyyatın müxtəlif prototip və təcrübi nümunələri mövcud olsa da,
onlar istismar olunmurlar. Yalnız hazırlıq mərhələsində olan iki layihə vardır. Bunlar Londonun
Xitrou aeroportundakı ULTra şəbəkəsi və Abu - Dabi beynəlxalq aeroportu yaxınlığındakı
Masdar şəhərində hollandlar tərəfindən tikilən CyberCab sistemidir.
Fərdi sürətli nəqliyyatdan tutumuna və hərəkət rejiminə görə bir qədər fərqlənən bir sıra
avtomatik nəqliyyat sistemləri əvvəllər də mövcud olmuşlar. 1970 - ci illərin ortalarında
Yaponiyada CVS fərdi avtomatik nəqliyyat sistemi 800000 sərnişin daşımışdı. Bu sistem
nəqliyyat nazirliyi tərəfindən bağlandı. Səbəb kimi təhlükəsiz ara məsafəsi barəsində dəmir yolu
qaydalarının gözlənilməməsi göstərilsə də, sistemin bağlanmasının əsil səbəbi onun konstruktiv
çatışmamazlıqlarının olması idi.
ABŞ - da qrup şəkilli (hər nəqliyyat vasitəsində 8 oturan və 12 duran sərnişin) avtomatik
nəqliyyat sistemi olan Morgantown Personal Rapid Transit 1975 - ci ildən indiyə kimi hər gün
15000 sərnişin daşıyır.
Həm xüsusi, həm də adi yollarda hərəkət edən (Dual Mode) ııəqliyyat sistemləri.
Dual
Mode Transit (ingiliscədən tərcümədə - ikirejimli ictimai şəhər nəqliyyatı) və ya sadəcə
Dual Mode - elə nəqliyyat sistemidir ki, burada elektromobillər həm adi yollarla sürücülər
tərəfındən, həm də xüsusi yollarda avtomatik rejimdə idarə oluna biləıiər.
Mövzu 21.
Nəqliyyatda elm,ekologiya və təhlükəsizlik problemləri.
Müasir dövrdə ekoloji təhlükəsizlik qlobal problemlərdən biri kimi aktual olaraq qalır.
İnsanların ətraf mühitə neqativ təsirinin əsas istiqamətlərindən biri də ətraf mühitin
çirkləndirilməsidir. Bu çirklənmə təbii proseslərlə yanaşı, antronogen - yəni insanların təsərrüfat
fəaliyyəti ilə bağlı olur. Ətraf mühitin çirkləndirilməsi insan sağlamlığı üçün önəmli yeri olan su,
hava və torpağın fiziki-kimyəvi tərkibinin dəyişdirilməsi nəzərdə tutulur.
Məlum olduğu kimi, təbiətin mühafizə obyektlərindən biri də atmosferdir. Mahiyyət etibarı
ilə, hava və insanı əhatə edən ətraf mühit eyni zamanda təbii mühitdir.
Atmosferin çirklənməsi, xüsusən də antronogen yolla çirkləndirilməsi şübhəsiz ki,
nəqliyyat vasitələrinin sayının artması ilə funksional şəkildə əlaqədardır. Bildiyimiz kimi,
nəqliyyatın müxtəlif növlərinin fəaliyyəti nəticəsində hər gün atmosferə külli miqdarda zəhərli
qazlar atılır, ətraf mühitə yüksək texnogen təsir göstərilir və insanların sağlamlığı üçün ciddi
təhlükə yaranır.
Daxili yanma mühərrikləri ilə işləyən avtonəqliyyat vasitələri atmosferi çirkləndirən
başlıca mənbə növü olaraq qalır. Hava hövzəsinin çirklənməsində avtonəqliyyat vasitələrinin
payı 80%-dir.
Hal-hazırda Azərbaycan Respublikasında 20,4 min avtobus və 70,0 min yük avtomobili
vardır. Son dövlət texniki baxışı ilə avtobusların yalnız 39,2%-nin, yük avtomobillərinin 25,4%-
nin texniki cəhətdən yararlı olduğu müəyyənləşdiril-mişdir. Avtomobillərin əksəriyyəti fiziki və
texniki cəhətdən həddi aşınmış, ekoloji göstəricilərinə görə isə istismara yararsız vəziyyətdədir.
Dünyada baş verən qloballaşma prosesində iqtisadiyyatın keçid dövrünü yaşayan
ölkəmizdəki avtomobillərin əksəriyyəti MDB ölkələrində istehsal edilmiş avtomobillərdir.
Bundan əlavə, 10 ildən artıqdır ki, ölkəyə xaricdən həmin ölkələrdə işləmə müddəti həddinə və
ekoloji cəhətdən yararsızlığına görə istismarı qadağan edilmiş avtomobillər idxal edilir.
Avtomobillərin modelləri bütün əsas göstəricilərinə görə (qənaətlilik, etibarlılıq, təhlükəsizlik,
ekoloji yararlılıq) sənayesi inkişaf etmiş ölkələrdən 8-10 il geridə qalır.
Belə avtomobillərin istismarı nəticəsində yanacaq sərfi və atmosferə atılan zərərli
maddələrin miqdarı artır. Bundan başqa, respublikada avtomobil parkının böyük əksəriyyətinin
özəlləşməsi də, onun maddi-texniki bazasının zəifləməsi nəticəsində ətraf mühitə öz mənfi
təsirini göstərmişdir.
Hal-hazırda respublikada istismar edilən avtomobillərin üçdə iki hissəsinin Bakı şəhərində
cəmləşdiyini nəzərə alsaq, ətraf mühitin mühafizəsi sahəsində qarşıda duran problemlərin nə
dərəcədə aktual olduğu aydın olar.
Hal-hazırda ölkəmizdə avtomobillərdən xaric olunan qaz tullantılarının zəhərlilik hədlərini
müəyyənləşdirən müasir ekoloji təhlükəsizlik standartları işlənib hazırlanmamışdır. Bu günədək
ölkədə keçmiş SSRİ-nin 1987-ci il standartları qüvvədədir ki, bu standartlar da nəinki bu günə
olan beynəlxalq tələblərə cavab vermir, hətta onlardan nəzərə çarpacaq dərəcədə geri qalır.
Azərbaycan Respublikasının beynəlxalq nəqliyyat xidmətləri bazarında Avropa Şurası
ölkələrinin nəqliyyat kompleksinə inteqrasiyası ondan milli avtomobil parkının təzələnməsi
prosesini sürətləndirməyi tələb edir.
Məlumdur ki, beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirmək üçün nəzərdə
tutulmuş avtonəqliyyat vasitələri, ilk növbədə, beynəlxalq sazişlərlə müəyyənləşdirilmiş əsas
parametrlərə, yol hərəkəti təhlükəsizliyinin tələblərinə, ekoloji, həmçinin daşınan yüklərin
saxlanması və sərnişinlərin sağlamlığının qorunması tələblərinə uyğun olmalıdır.
Avtonəqliyyat vasitələrinin uzunmüddətli istismarı onların texniki vəziyyətinin və daxili
yanma mühərriklərinin tənzimlənmə parametrlərinin pisləşməsinə gətirib çıxarır. Atmosferə
atılan zərərli maddələrin miqdarı avtonəqliyyat vasitələrinin aşınmasından daha sürətlə artır.
Məsələn, yeni avtomobillərdə yalnız 1-3 il ərzində zərərli qaz tullantılarının səviyyəsini
istehsalçı müəssisənin zəmanət verdiyi həddə saxlamaq mümkündür. İstismar prosesində cari
nasazlıqlar və tənzimləmələrin pozulması zəhərlilik göstəricilərinin və yanacaq qənaətliliyinin
pisləşməsinə gətirib çıxarır. Əlverişsiz yol şəraiti, yanacaq-sürtgü materiallarının keyfiyyətinin
aşağı olması avtonəqliyyat vasitələrinin qovşaq və aqreqatlarının sürətlə yeyilməsinə, yanacaq
sərfinin və xaric qazların zəhərliliyinin artmasına səbəb olur. Texniki qulluq və təmirin
keyfiyyətinin hələlik yüksək səviyyədə olmaması, müasir avadanlıqların və ixtisaslı
mütəxəssislərin çatışmaması avtonəqliyyat vasitələrinin iş qabiliyyətinin tam bərpa olunmasına
mənfi təsir göstərir. Nəticədə avtomobil istehsalı sənayesinin ekoloji standartların tələblərinə
uyğun olan təkmilləşdirilmiş mühərrik istehsalı sahəsində səyləri reallaşmır.
Karbüratorlu avtomobillərdə mühərrikin yanacaq sistemindəki nöqsanlar zərərli
tullantıların miqdarını 30-40%, alışma sistemində 25-30%, mühərrikin mexaniki hissəsində 20-
25%, avtomobilin transmissiya və hərəkət hissəsində 15% artırır. Yanacaq sistemindəki
tənzimləmələrin pozulması isə dəm qazının miqdarını 70% və daha çox artıra bilər. Dizel
mühərriki ilə işləyən avtomobillərdə yanacaq sistemindəki hər hansı bir nasazlıq yanacaq
sərfinin və tüstüləmənin artmasına təsir edir. Məsələn, isiklik yanacaq verilişinin normadan 25%
çox artırılması işlənmiş qazların tüstülülüyünü 40% artırır. Yanacaq aparat detallarının həddi
aşınması isə, yanacaq sərfini 8-10%, tüstüləməni isə 20-30% artırır.
İstismar edilən avtonəqliyyat vasitələrinin ekoloji parametrlərini həddi səviyyədə saxlamaq
üçün onların texniki vəziyyətinə diaqnostika stendləri və avadanlıqlarından istifadə olunmaqla
dövri nəzarət zəruridir.
Son zamanlar respublikada texniki-təmir stansiyaları /sahələri/ şəbəkəsi, bir sıra yeni,
müasir stansiyalar istisna olmaqla, texniki normalara və standartların tələblərinə cavab
verməyən, primitiv şəkildə yaradılmış özəl texniki-təmir sahələrinin hesabına genişlənmişdir.
Bütün bunlar isə göstərilən xidmətin mənfi nəticələri olan yol-nəqliyyat hadisələrinin baş
verməsinə, avtomobillərin vaxtından qabaq təkrar təmirə dayanmasına və ətraf mühitin
çirklənməsinə səbəb olur.
Qeyd etmək lazımdır ki, "TASİS-TRASEKA" proqramına müvafiq "Tarixi İpək Yolu"nun
bərpası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası ərazisindən keçən beynəlxalq yüklərin
avtomobil nəqliyyatı ilə daşınması zamanı ətrafa atılan zərərli maddələrin miqdarı daha da
artacaqdır. Bu isə respublikada ekoloji vəziyyəti daha da gərginləşdirəcək.
"Tarixi İpək Yolu"nun bərpası ilə ölkəmiz qədim dövrlərdə olduğu kimi, Avropa ilə Asiya
arasında təbii körpüyə çevriləcəkdir. "Avropa-Qafqaz-Asiya" nəqliyyat dəhlizinin yaradılması
Qafqaz, Otra və Mərkəzi Asiya ölkələrinə dünya iqtisadi bazarına daxil olmağa imkan
yaradacaqdır.
Hələ 1993-cü ilin may ayında Avropa Komissiyasının çağırışı ilə Brüsseldə Mərkəzi Asiya
və Qafqazın yeni dövlətlərinin, həmçinin Avropa İqtisadi Birliyi ölkələrinin nümayəndələrinin
birgə görüşü keçirilmişdir. Görüşün yekunları üzrə TRASEKA-nın "Avropa-Qafqaz-Asiya"
nəqliyyat dəhlizinin yaradılması haqqında Bəyannamə qəbul edilmişdir. Bununla, "TASİS-
TRASEKA" texniki yardım proqramının layihələrinin həyata keçirilməsinin təməli
qoyulmuşdur. Onun qarşısında duran vəzifə - yüklərin Avropa və Asiyaya, həmçinin geriyə
fasiləsiz, tez və etibarlı nəqlinin təmin edilməsidir. Proqram yaxın yüz ildə nəqliyyat dəhlizinə
daxil olan ölkələrin vahid iqtisadi məkana qlobal, istiqamətləndirilmiş inteqrasiyasını nəzərdə
tutur. Yeni nəqliyyat dəhlizi şimal marşrutundan 2000 km-dək qısadır ki, bu da yüklərin nəql
etdirilməsi vaxtını nəzərə çarpacaq dərəcədə qısaldır. İkincisi, şimal dəhlizindən fərqli olaraq,
TRASEKA bütün rejimlərdə işləyir - burada temperatur əslində, adətən 50C-dən aşağı düşmür.
Şübhəsiz ki, bu marşrutun nəqliyyat şəbəkəsinin Azərbaycan Respublikası əhalisinin sıx
məskunlaşdığı rayonlarından keçəcəyi nəzərə alınmalıdır.
Nəqliyyat şəbəkələri nəqliyyat sisteminin iki mühüm yarımsistemindən biridir. Nəqliyyat
şəbəkələri stasionar ekoloji təhlükə mənbəyidir.
İkinci yarımsistem isə, nəqliyyat şəbəkəsindən istifadə edən nəqliyyat vasitələridir. Bu
nəqliyyat vasitələri qeyri-stasionar ekoloji təhlükə mənbəyi kimi, ətraf mühiti zərərli maddələrlə,
müxtəlif zəhərli birləşmələrlə, elektromaqnit sahəsi və s. ilə çirkləndirməkdə həlledici rol
oynayır.
Nəqliyyat şəbəkələrinin normal fəaliyyətini təmin etmək üçün onların müvafiq
infrastrukturu yaradılmalıdır. Həm nəqliyyat şəbəkələrinin, həm də bu şəbəkələrdən istifadə edən
nəqliyyat vasitələrinin ekoloji təhlükəsizliyinin təmin edilməsi sisteminin də nəzərdə tutulması
mühüm əhəmiyyət kəsb edir. Ekoloji təhlükəsizlik sisteminə zəruri şəkildə müasir tələblər nəzərə
alınmaqla, təşkil edilmiş analitik informasiya mərkəzi daxil olmalıdır.
Avtonəqliyyat vasitələrinin ekoloji təhlükəsizliyinin təmin edilməsində çoxplanlı mühüm
vəzifələrdən biri də dövlət ekoloji nəzarət sisteminin yaradılmasıdır.
Bu məqsədlə respublikanın sərhəd-keçid məntəqələrində, iri şəhərlərin giriş-çıxış
yollarında, habelə magistral avtomobil yollarında daim fəaliyyət göstərən ekoloji postların
çoxaldılması zəruridir. Həmçinin dövlət ekoloji nəzarət qaydalarını və onun həyata keçirilməsini
reqlamentləşdirən normativ aktlar səmərəli şəkildə tətbiq edilməlidir.
Normativ aktlarda dövlət nəzarətini həyata keçirən oqranların qarşılıqlı əlaqəsinin
mexanizmi öz əksini tapmalı, ətraf mühiti çirkləndirməyə görə ödənişin həyata keçirilməsi
qaydaları və tarifləri dəqiqləşdirilməlidir.
Azərbaycan Respublikası bu gün beynəlxalq nəqliyyat siyasətinin həyata keçirilməsində
fəal iştirak edir. Onun inkişaf istiqamətləri dəqiq müəyyənləşdirilmişdir: nəqliyyat kompleksinin
beynəlxalq sistemə sürətli inteqrasiyası, hüquq qaydalarının beynəlxalq nəqliyyat hüququ
normaları ilə harmonizasiyası, multimodal daşımaların inkişafı, qısa müddətdə, az vəsait itkiləri
ilə beynəlxalq yük və sərnişin daşımalarını maneəsiz həyata keçirməyə imkan verən unifiksiya
edilmiş qanunların qəbul edilməsi, ekoloji təhlükəsizliyin təmin edilməsi və s.
Avtonəqliyyat vasitələrinə olan tələblərin həyata keçirilməsi və ekoloji təhlükəsizliyin
daha səmərəli şəkildə təmin edilməsi məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi
zəruridir:
- Avropa Şurasının direktivləri və BMT Avropa İqtisadi Komissiyasının qaydaları nəzərə
alınmaqla, EURO ekoloji normativlərinin mərhələlərlə qəbul edilməsi proqramının işlənib
hazırlanması;
- standartlar, ekoloji sertifikatlaşdırma qaydaları və avtomobil nəqliyyatının ətraf mühitə
zərərli təsirinin səviyyəsini tənzimləyən digər normativ-hüquqi sənədlər paketinin işlənib
hazırlanması;
- avtomobil nəqliyyatının ətraf mühitə zərərli təsirinin azaldılmasını təmin edən,
avtonəqliyyat parkının təzələnməsi prosesini sürətləndirən stimullaşdırma sisteminin işlənib
hazırlanması;
- respublikanın sərhəd-keçid məntəqələrində, iri şəhərlərin giriş-çıxış yollarında, həmçinin
magistral avtomobil yollarında müasir avadanlıqlarla təchiz edilmiş, avtonəqliyyat vasitələrinin
ekoloji göstəricilərinə nəzarət edən ekoloji postların yaradılması;
- respublikanın sərhəd-keçid məntəqələrinin zəruri texniki vasitələrlə təchiz edilməsi və
avtonəqliyyat vasitələrinə unifikasiya edilmiş nəzarət sisteminin yaradılması;
- beynəlxalq standartların tələblərinə cavab verən ətraf mühiti idarəetmə sisteminin və
informasiya təminatı sisteminin yaradılması;
- beynəlxalq standartların tələblərinə müvafiq surətdə avtonəqliyyat vasitələrinə təminatlı
texniki xidmət göstərən texniki-təmir stansiyaları şəbəkəsinin genişləndirilməsi, texniki qulluq
və təmirin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi.
Mövzu 22.
Daşımaların əsas nəqliyyat növləri arasında səmərəli paylanması.
Yük və sərnişin daşımalarının müxtəlif nəqliyyat növləri arasmda faktiki paylanması
göstəricilərinin analizi onların optimal olub-olmaması barəsindəki suala cavab vermir. Bu sualın
cavabı həddindən artıq çətindir. Hansı nəqliyyat növünün hansı yükdən nə qədər daşımalı
olduğu sualı kütləvi tədqiqatlar tələb edir.
Yük daşımalarının perspektiv planlaşdırılmasında daşıma həcmlərinin müxtəlif nəqliyyat
növləri arasında paylanması məsələsini çox vaxt nəqliyyat xərclərinin minimumu meyarına görə
həll edirlər. Bu məqsədlə ayrı - ayrı xətlər və yük növləri üzrə çoxvariantlı texniki - iqtisadi
hesabatlar aparır, sonra onları bir - biri ilə uyğunlaşdırırlar. Çox vaxt bu məsələ həll olunarkən
keçmiş illərdə yaranmış ənənəvi paylanma nəzərə alınır ki, bu da seçməni asanlaşdırır. Əgər hər
hansı nəqliyyat növü bu və ya digər daşımalarda aşkar üstünlüyə malikdirsə, onda uyğun
daşımalar həmin nəqliyyat növünə təhkim edilir. Seçmə zamanı alternativ variantlar meydana
çıxarsa, yəni hər hansı daşıma növü bir neçə nəqliyyat növü ilə yerinə yetirilə bilərsə, onda
onlardan optimal olanının seçilməsi məsələsi ortaya çıxır.
Verilmiş daşımaların yerinə yetirilməsi üçün optimal nəqliyyat növünün seçilməsi baxılan
nəqliyyat növlərinin bir və ya bir neçə meyara görə müqayisəsi yolu ilə aparılır.
Optimallıq meyarı kimi ayrı - ayrı və ya ümumiləşdirilmiş göstəricilər qəbul oluna bilər.
Ayrı - ayrı göstəricilərə nəqliyyat işi, çatdırma sürəti, yanacaq və enerji sərfi və ya digər natural
göstəricilər aiddir. Əsas ümumiləşdirilmiş göstərici kimi daşımalara sərf olunan gətirilmiş xərclər
qəbul olunur. Bu göstərici illik istismar xərcləri ilə verilmiş daşımaları yerinə yetirməyə lazım
olan əsaslı qoyuluşun müəyyən hissəsinin cəmidir. Gətirilmiş xərclər aşağıdakı ifadə ilə
müəyyən olunur:
)
(
|