müddət, bəzi hallarda üç ilə qədər saxlanmasına imkan verir. Bu rejim mal yiyəsinə gomrük
orqanlarmın icazəsi ilə gömrük anbarında yükü daha kiçik partiyalara bölməyə, çeşidləmə və
qablaşdırmağa imkan verir. Mal yiyəsi yükünü anbardan hissə - hissə və ya bütöv şəkildə götürə
bilər. Birinci halda gömrük haqqı da hissə - hissə ödənilə bilər. Bu, yük sahibi üçün böyük
üstünlükdür.
Nəqliyyat-ekspedisiya və gömrük-anbar xidmətləri bazarının əsas çatışmayan cəhəti onun praktiki
olaraq kor-təbii formalaşmasıdır. Bəzən istənilən avtonəqliyyat müəssisəsi, müştərilərə
minimum servis
xidmətləri göstərməyə qadir olmasa belə, məhdud ərazidə gömrük terminalı yaratmaq fıkrinə düşür. I
,akin müasir dünyada anbar biznesinin iri loqistik və nəqliyyat - paylanma mərkəzləri şəklində
inteqrasiyası prosesi gedir. Bu, yük ycrdəyişməsi prosesini səmərələşdirməyə, mal və xidmətlərin
istehsalı, paylanması və istehlakı sahəsində maksimal iqtisadi səmərə almağa imkan verir.
Yaranmış vəziyyət obyektiv olaraq daşıma prosesində ayrı - ayrı təkmilləşdirmələr
aparmanı yox, prinsipial olaraq yeııi yük yerdəyişməsi sistemi yaratmanı tələb edir.
Müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsində bir nəqliyyat növünün ərazisində
digərinə məxsus olan infrastrukturun yaradılması mühüm rol oynayır. Məsələn, dəniz və çay
nəqliyyatlarının qarşılıqlı əlaqəsi iki üsulla: yükün çay gəmisinə bilavasiə dəniz gəmisindən və ya
limanda yerləşən anbarlardan yüklənməsi yolu ilə həyata keçirilir. Dəniz nəqliyyatı üçün ən
proqressiv hesab olunan daşımaların «çay - dəniz» gəmiləri ilə yerinə
yetirildiyi intermodal
sistemdir.
Dəmir yolu nəqliyyatı ilə əlaqə liman ərazisində sahnmış dəmir yolu sahəsi ilə yerinə
yetirilir ki, bu da birbaşa və ya anbardan boşaldıb -yükləmə aparmanı asanlaşdırır.
İlk dəfə bu cür qarşılıqlı əlaqə Şimali Amerika kontinen-tində meydana gəlmişdir. Amerika
digər kontinentlərlə dəniz nəqliyyatı vasitəsilə əlaqələndiyindən, dəniz nəqliyyatı quru
nəqliyyatı ilə müxtəlif texnologiya və əlaqələrin inkişafını tələb edirdi. Bunlar vasitəsilə yüklərin
ölkə daxilində aparılıb - gətirilməsi həyata keçirilməli idi. Amerikada
lend-bric (ingiliscədən
land -
torpaq, quru, ölkə və
bridge - körpü), yəni ölkənin ərazisindən «körpü» (quru körpüsü);
mini -