• Asma - kanat nəqliyyat
  • Funikulyor
  • T texniki kolleci




    Download 3,83 Mb.
    Pdf ko'rish
    bet75/89
    Sana19.11.2023
    Hajmi3,83 Mb.
    #101194
    TuriMühazirə
    1   ...   71   72   73   74   75   76   77   78   ...   89
    Bog'liq
    VNS-mühazirə

    Marşrut taksilər avtobus rabitəsinin bir növü olub şəhərin məhdud ərazilərində əsas 
    şəhər nəqliyyatı növlərinə köməkçi rolunu oynayır.
    Marşrut taksi qoyulmuş marşrut üzrə sərnişinlər və baqaj daşımalarını həyata keçirən 
    avtobusların xüsusi iş rejimidir. Bu iş rejimində «adi» avtobuslardan fərqli olaraq xiisusi 
    üstünlüklər nəzərdə tutula bilər (məsələn, «tələbata görə» dayanacaqlara icazə verilməsi. Bu 
    hal Rusiyada 19 mart 2009 - cu ildən rəsmi olaraq qadağan edilmişdir). 
    Marşrut taksilərin meydana gəlməsi ABŞ - da 1910 - cu illərə təsadüf edir. Bir qayda 
    olaraq marşrut taksi xətlərində adi taksilərdən fərqli olaraq gediş haqqı taksometrlə yox, ya 
    vahid tariflə, ya da tarif sahələri tətbiq etməklə alınır. Bütün marşrut taksiləri fərqləndirən - 
    daha yüksək gediş haqqı (avtobusdan 1,5-3 dəfə çox), gediş haqqına güzəştlərin və vahid gediş 
    biletlərinin olmaması kimi xüsusiyyətlər vardır. Marşrut taksi kimi ən kiçik və kiçik tutumlu 
    avtobuslar istifadə olunurlar. Marşrut taksi xətləri çox vaxt ictimai nəqliyyat xətləri ilə üst - üstə 
    düşür.
    Asma - kanat nəqliyyat. Funikulyorlar və kanat yollar dağlıq və təpəlik relyefə malik 
    şəhərlərdə istirahət zonaları, yaşayış rayonları, idman kompleksləri ilə rabitə yaratmaq üçün 
    tətbiq edilir. Onların daşıma qabiliyyəti az olduğundan yerli əhəmiyyətli köməkçi nəqliyyat kimi 
    istifadə edilirlər. 
    Funikulyor (frans. funiculaire, lat. funiculııs - kəndir. kanat) - 
    sərnişin və yüklərin dik trassa üzrə kiçik məsafələrə daşınması üçün 
    nəzərdə tutulan kanat dartqısı olan relsli nəqliyyat vasitəsidir. 
    Ən çox yayılmış funikulyor növü yuxarı stansiyada yerləşən 
    mühərrikdən keçən sərt kanatla birləşdirilmiş iki vaqonu olan 
    funikulyorlardır. Funikulyorların çox dik (orta hesabla 70 % ( 37°)) qısa 
    trassası, adətən iki stansiyası və fərdi qaydada layihələndirilmiş vaqonları olur. 

    Download 3,83 Mb.
    1   ...   71   72   73   74   75   76   77   78   ...   89




    Download 3,83 Mb.
    Pdf ko'rish