|
Avtobus (avtomobil - omnibusBog'liq VNS-mühazirəAvtobus (avtomobil - omnibus- sözlərinin qısaldılması) - sərnişin daşımaları üçün nəzərdə
tutulan və səkkizdən çox adam tutan avtomobildir. Trolleybus və tramvaydan fərqli olaraq
avtobusun asma məftillərə və rels yollara ehtiyacı yoxdur. Uzunluğu 5,5 m olan avtobuslar
mikroavtobus (rus təsnifatına görə ən kiçik tutumlu) adlanırlar, dünyanın əksər yerlərində
mikroavtobuslara tutumu 9 - 1 6 sərnişin olan avtobuslar aid edilir . Dünyada ilk avtobus
1801 - ci ildə Riçard Trevitik (İngiltərə) tərəfındən hazırlanmışdır. Buxar miihərriki olan bu
maşın 8 sərnişin daşıya bilirdi. Benzinlə işləyən ilk daxili yanma mühərrikli avtobus Almaniyada
1894 - 1895 - ci illərdə «Bens» zavodunda istehsal edilmişdir. O, səkkiz sərnişin götürür və 15
km - lik trassa üzrə alman şəhərləri Zigen, Netfen və Doyç arasında işləyirdi. Dünyada ilk daxili
yanma mühərrikli şəhər avtobusu 12 aprel 1903 - cü ildə Londonda marşruta çıxdı.
Dünyada ən uzun avtobus marşrutu uzunluğu 5455 km olan və Pert və Brisben
(Avstraliya) şəhərlərini birləşdirən marşrutdur. Bu marşrut 1980-ci il 9 apreldə açılmışdır.
Marşrutda gcdiş vaxtı 75 saat 55 dəqiqə çəkir.
Ən uzun avtobus, uzunluğu 32,2 m olan «DAF Super Siti Treyn» avtobusudur. Əsas
salonda 110 oturan və 140 duran, ikinci salonda isə 60 oturan və 40 duran sərnişin yeri vardır.
Avtobus Zairin keçmiş prezidenti Mobutu Sese Seko tərəfındən layihələndirilmişdir. Avtobusun
sərnişinsiz çəkisi 28 tondur.
2001 - ci ildə Rusiyada ilk 15 - metrlik üçoxlu avtobus «Voljanin - 6270» buraxıldı.
Avtobusun uzunluğu 15220 mm, sərnişin tutumu 160 nəfərdir. Bu avtobus dünyada ən uzun
qoşalaşmamış (tək) avtobusdur.
İstiqamətləndirilən avtobus və ya şpurbus - xüsusi (bəzən rels, bəzən də optik və ya maqnit
sistemləri şəklində olan) istiqamətləndiricilərlə avtomatik olaraq öz hərəkət trayektoriyasında
saxlanılan avtobusdur. İstiqamətləndirilən avtobusun hərəkət zolağı digər nəqliyyat
hərəkətindən ayrılmış olur. İstiqamətləndirilən avtobus avtobusun və tramvayın üstünlüklərini
birləşdirir. Bu sistem 1970 - ci illərdə Almaniyada «Mersedes - Bens» kompaniyası tərəfindəıı
hazııianmışdır. Sistemin yaradılmasında ilkin məqsəd avtobusların (trolleybusların) dar
tunellərdən qəzasız keçməsini təmin etmək olmuşdur.
İstiqamətləndirilən avtobuslar müasir Böyük Britaniyada (İpsviç, Lids, Bredford. Krouli,
Edinburq şəhərlərində) geniş yayılmışdır. İstiqamətləndirici diyircəkləri olan ən uzun istiqa-
mətləndirilən avtobus xətti, O - Bahn, Adelaida (Avstraliya) şəhərindədir. Bu xətt 1986-cı ildə
açılmış, uzunluğu 12 km-dir.
|
| |