Metro qatarı bir neçə vaqondan ibarət olur: idarəetmə kabinası olan iki baş vaqon və
onların arasında bir - brinə birləşdrilmiş birdən altıya qədər aralıq vaqonlar. Metro vaqonu,
adətən tramvay vaqonundan uzun, dəmir yolu vaqonundan isə qısadır (19-28 m). Metro qatarı
gərginliyi 750-900 V olan sabit cərəyanla üçüncü (kontakt) relsdən qidalanır. Metropolitenin
koleyası müxtəlif ölkələrdə müxtəlifdir və adətən, həmin ölkənin dəmir yollarının koleyasına
düz gəlir (məsələn, MDB-də 1520 mm).