• Yunimodal
  • T texniki kolleci




    Download 3,83 Mb.
    Pdf ko'rish
    bet78/89
    Sana19.11.2023
    Hajmi3,83 Mb.
    #101194
    TuriMühazirə
    1   ...   74   75   76   77   78   79   80   81   ...   89
    Bog'liq
    VNS-mühazirə

    Y
    T
    n
    G
    D
    K
    E
    X
    X



    . burada X - hesabi daşımaları yerinə yetirmək üçün 
    lazım olan illik istismar xərcləri, man; E
    n
    - əsaslı qoyuluşun səmərəliliyinin normativ əmsalı, 
    adətən 0,12 hədlərində qəbul olunur; 
    T
    K
    - verilmiş daşımaları yerinə yetirmək üçün daimi 
    qurğuların inkişafı və hərəkət tərkibinin alınmasına sərf olunan əsaslı qoyuluş, man; D
    Y

    nəqletmə prosesində olan yük kütləsinin ümumi dəyəridir (xalq təsərrüfatınm dövriyyə 
    vasitələri), man. 
    İstismar xərclərinə cari yanacaq, enerji, material, avadanlıq, təmir, amortizasiya və daşımaların 
    yerinə yetirilməsi ilə əlaqədar olan əmək haqqı xərcləri aiddir. Əsaslı qoyuluş xərclərinə magistral və 
    qovşaqların buraxma qabiliyyətinin inkişaf etdirilməsi və verilmiş daşımaları yerinə yetirmək üçün 


    hərəkət tərkibinin, uyğun inventarm alınmasma çəkilən birdəfəlik xərclər aiddir. Yolda olan yük 
    kütləsinin miqdarı aşağıdakı ifadə ilə hesablanır: 
    sut
    or
    sut
    V
    l
    P
    P

    burada P
    sut
    - yükün sutkalıq göndəriş norması, t; l
    or
     - 
    daşımaların orta uzaqlığı, km; V
    sut
     -
    yükün 
    orta sutkalıq yerdəyişmə sürətidir, km / sutka. 
    1 t yükün orta qiyməti topdansatış qiymətlərə müvafiq müəyyən edilir. 
    Daşımaların müxtəlif nəqliyyat növləri arasmda paylanma məsələsi həll edilən zaman 
    mövcud nəqliyyat xətlərinin buraxma qabiliyyəti kifayət qədər olduqda əsaslı qoyuluş xərcləri 
    nəzərə alınmır. Əsas meyar kimi müəyyən korreksiyalardan sonra daşımaların maya dəyəri, 
    həmçinin tariflər götürülə bilər. 
    Nəqliyyatın müxtəlif növlərinin inkişafı bir-biri ilə əlaqədar kompleks şəkildə 
    aparılmalıdır. Bu zaman nəqliyyatın hansı növünün nə dərəcədə inkişaf etdirilməsi problemi 
    yaranır və iki qarşılıqlı əlaqəli məsələnin həll olunmasmı tələb edir: 
    Nəqliyyatın universal növlərindən dəmir yolu həm yük, həm də sərnişin daşımalarında ən 
    qənaətcil hesab oluna bilər. Bəzi daşıma növlərində boru kəməri nəqliyyatı ilə daşımalar daha 
    ucuz başa gəlir. Lakin bu nəqliyyat növü universal hesab olunmur, digər nəqliyyat növləri ilə 
    yalnız neft və qaz daşınmasmda rəqabət apara bilir. 
    Dəmir yolu nəqliyyatı daşımaların kütləviliyi, maya dəyərinin aşağı və məhsuldarlığın 
    yüksək olmasına görə vahid nəqliyyat sistemində əsas yeri tutur. Praktiki olaraq bu nəqliyyat 
    növü daşıma qabiliyyətinə görə bütün nəqliyyat növlərindən yüksəkdir. 
    Dəniz nəqliyyatı universal nəqliyyat növləri içərisində yük daşımalarının daha qənaətcil və 
    yüksək məhsuldarlığına görə seçilir. Qitələrarası yük daşımalarında dəniz nəqliyyatı praktiki 
    olaraq əvəzedilməzdir, lakin daxili kabotaj daşımalarında bu nəqliyyat növü sahilyanı rayonlarda 
    digər nəqliyyat növləri ilə müqayisə oluna bilər. Başqa sözlə bu nəqliyyat növü geniş ərazi 
    universallığına malik deyildir. 
    Çay nəqliyyatı yüksək məhsuldarlığa və nisbətən aşağı maya dəyərinə malikdir, lakin bu 
    nəqliyyat növünün də ərazi üzrə universallığı məhduddur. Bəzi şimal ölkələrində çay 
    nəqliyyatının əsas çatışmayan cəhəti mövsümilikdir. 
    Avtomobil nəqliyyatında yük daşımalarınm maya dəyəri çox yüksəkdir. Əmək 
    məhsuldarlığma görə bu nəqliyyat növü axırıncı yer tutur və digər nəqliyyat növləri ilə 
    müqayisə oluna bilmir. Lakin bütün yerüstü nəqliyyat növlərindən yalnız avtomobil nəqliyyatı 
    unikal manevretmə qabiliyyətinə və daşımaları «qapıdan - qapıya» prinsipi ilə yerinə yetirmək 


    imkanına malikdir. Ərazi universallığına görə avtomobil nəqliyyatı aviasiyadan sonra ikinci yer 
    tutur. Lakin kütləvi daşımaların yerinə yetirilməsi üçün təkmil yolların olması vacibdir. 
    Hava nəqliyyatı öz xarakterik xüsusiyyətlərinə görə bütün digər yerüstü nəqliyyat 
    növlərindən bahadır. İri təyyarələrdə sərnişin daşımalarının maya dəyəri dəmir yoluna yaxındır. 
    Bununla bərabər hava nəqliyyatı digər nəqliyyat növləri üçün qeyri - mümkün hesab olunan 
    sürət almağa imkan verir və yüksək universallığa malikdir. 
    İstənilən ııəqliyyat növünün mühüm səmərəlilik göstəricilərindən biri yük (sərnişin) 
    daşımalarının çatdırnıa sürətidir. Dəmir yollarında orta texniki sürətin 45 - 50 km / saat, hərəkət 
    sürətinin 80 - 90 km / saata bərabər olduğu halda, yüklərin çatdırma sürəti (yük göndərənin 
    anbarından yük alanın anbarına kimi bütün yol boyu) 10-15 km / saat təşkil edir. Vaxt itkisi 
    əsasən göndərmə və təyinat stansiyalarında, həmçinin texniki stansiyalarda qatar yaradılması 
    prosesində müşahidə olunur. Dəmir yolunda sərnişinlərin çatdırma sürəti 50 - 70 km / saat, 
    əksər qatarlarm hərəkət sürəti 80 - 100 km / saat, hətta 120 - 160 km / saat təşkil edir. 
    Dəniz və çay nəqliyyatında yüklərin çatdırma sürəti dəmir yolundakı sürətin 60 - 70 %. - i 
    qədərdir. Boru kəməri ilə neft daşımalarının sürəti isə dəmir yolu sürətinin 40 - 50 % - ni təşkil 
    edir. 
    Avtomobil nəqliyyatı yüklərin çatdırma siirətinin xeyli yüksək olması ilə fərqlənir və dəmir yolu 
    nəqliyyatındakı sürətdən 1,8-2 dəfə çoxdur. Bəzi tədqiqatlara görə avtomobil nəqliyyatı yükləri 200 km 
    məsafəyə dəmir yoluna nəzərən 5,5 dəfə, 50 km-ə isə 9-10 dəfə tez çatdırır. Əgər dəmir yolu 
    daşımalarında avtomobil nəqliyyatı da iştirak edirsə bu nisbət avtomobil nəqliyyatının xeyrinə olaraq 
    dəyişir
    Əgər 100 km - ə qədər olan daşıma məsafəsini qısa, 100 - 500 km - orta və 500 km - 
    dən yuxarını uzaq qəbul etsək müxtəlif nəqliyyat növlərinin tətbiqinin aşağıdakı prinsipial 
    sxemini vermək olar. 
    • 
    Dəmir yolu nəqliyyatı - uzaq və orta məsafələrdə yük, orta məsafələrdə və 
    şəhərətrafı rabitələrdə əsas sərnişin nəqliyyatı növüdür. 
    • 
    Avtomobil nəqliyyatı - yüklərin qısa məsafələrdə, qiymətli (xüsusilə tez xarab olan) 
    yüklərin orta məsafələrdə, sərnişinlərin qısa və orta məsafələrdə daşınmasında 
    kütləvi nəqliyyat növüdür. 
    • 
    Hava nəqliyyatı - sərnişinlərin uzaq və bəzi orta məsafələrdə, qiymətli və defisit 
    yüklərin çox uzaq məsafələrdə daşınmasında əsas nəqliyyat növüdür. 


    • 
    Çay nəqliyyatı - çay yollarının cazibə dairəsində orta və uzaq məsafələrə kütləvi 
    yüklərin daşınmasında, sərnişinlərin kruiz məqsədləri ilə daşımalarında əsas nəqliyyat 
    növüdür. 
    • 
    Dəniz nəqliyyatı - xarici ticarət yüklərinin kütləvi daşımalarında, həmçinin dəniz 
    yollarına rahat çıxışı olan rayonlarda kabotaj yüklərinin daşınmasında əsas nəqliyyat 
    növüdür, eyni zamanda dəniz nəqliyyatı kruiz üzrə sərnişinlərin daşımalarını da yerinə 
    yetirir. 
    • 
    Boru kəməri nəqliyyatı - neft və qaz yüklərinin istənilən məsafəyə daşınmasında 
    kütləvi xüsusiləşdirilmiş nəqliyyat növüdür. 
    Göstərilən təsnifat müxtəlif nəqliyyat növlərinin əsas fəaliyyət dairəsini əks etdirir. Bu 
    o demək deyildir ki, əsas fəaliyyət dairəsindən kənarda bu və ya digər nəqliyyat növü hər 
    lıansı konkret daşıma üçün ən səmərəli ola bilməz. 
    MÜXTƏLİF NƏQLİYYAT NÖVLƏRİNİN KOMPLEKS İNKİŞAFI VƏ QARŞILIQLI
    ƏLAQƏSİ 
    Yük və sərnişin daşımalarının əsas hissəsi iki və daha çox nəqliyyat növünün iştirakı ilə 
    həyata keçirilir. Dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin 80 % - i sənaye nəqliyyatında, yəni 
    dalan yollarında yaranır və udulur. Dəniz limanlarına gələn yüklərin təxminən 90 % - i dəmir 
    yolu nəqliyyatına ötürülür. Çay nəqliyyatının yüklərinin 50 % - ə qədəri də dəmir yolu 
    nəqliyyatına qəbul olunur. Neft yüklərinin böyük miqdarı boru kəməri ilə dəmir yolu, dəniz, çay 
    və avtomobil nəqliyyatı növlərinə ötürülür. Avtomobil nəqliyyatı praktiki olaraq bütün 
    nəqliyyat növləri ilə qarşılıqlı təsirdə olur. Avtomobil nəqliyyatının rolu digər nəqliyyat növləri 
    ilə yerinə yetirilən sərnişin daşımalarında xüsusilə böyükdiir. 
    Nəqliyyat növlərinin qarşılıqlı təsirdə olduqları məntəqələr müxtəlif nəqliyyat növlərinin 
    qovuşduğu qovşaqlarıdır. Tarixən nəqliyyatın ayrı - ayrı növlərinin obyektlərinin yerləşdirilməsi 
    prosesində onların bir - biri iiə rahat əlaqələndirilməsi nəzərə alınmamışdır. Bu vəziyyət hər 
    nəqliyyat növü qovşaqlarının yük və sərnişinlərin son mənzili kimi qəbul edilməsi konsepsiyası 
    əsasında yaranmışdır. Hüquqi və faktiki olaraq qovşaqlarda tranzit axınların nəqliyyat prosesi 
    qırılmışdır. Qovşağa bir nəqliyyat növü ilə gələn sərnişin gedişin davam etdirilməsi iiçün digər 
    nəqliyyat növünə yeııi bilet almalı, yük sahibi isə gələn yükü boşaltdıqdan sonra onu yola 
    salmaq üçün başqa nəqliyyat növünə təhvil verməli idi. 
    Yalnız birbaşa qarışıq daşımalarda, yəni yük birinci göndərmə məntəqəsindən «birbaşa 
    sənəd» əsasında göndərildikdə yük sahibi boşaldıb - yükləmə məntəqəsində yükün bir 


    nəqliyyat növündən digərinə yüklənməsi qayğısından azad olur. Bu işi nəqliyyat işçiləri yük 
    sahibi olmadan yerinə yetirirlər. 
    Yüklərin və sərnişinlərin çatdırılmasında iştirak edən nəqliyyat növlərinin sayından asılı 
    olaraq çatdırma sistemləri bir növlü (yunimodal) və çoxnövlü (multimodal) olurlar. Yunimodal 
    daşımalar dedikdə hər hansı bir nəqliyyat növü ilə yerinə yetirilən bırbaşa daşımalar başa 
    düşülür. Multimodal daşımalar ən azı iki müxtəlif nəqliyyat növü ilə yerinə yetirilən birbaşa 
    qarışıq daşımalardır. 
    Müştərilərə nəqliyyat xidmətinin oxşarlığmı təmin etmək məqsədilə nəqliyyatın müxtəlif 
    növləri bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməlidir.  
    Müxtəlif nəqliyyat növlərinin qovşaqlarda səmərəli işini sutkalıq və ya daha böyük 
    müddətə hazırlanmış fasiləsiz plan-qrafiklər təmin edir. Fasiləsiz nəqliyyat prosesi dedikdə 
    nəqliyyat qovşağında elə proses başa düşülür ki, qəbul olunan yüklər qoyulmuş vaxt 
    müddətində yola salmsmlar. 
    Qovşaqlarda müxtəlif nəqliyyat növlərinin qarşılıqlı təsirinin daha təkmil forması vahid 

    Download 3,83 Mb.
    1   ...   74   75   76   77   78   79   80   81   ...   89




    Download 3,83 Mb.
    Pdf ko'rish