• Drujba neft kəməri
  • Şimal ekspoıt marşrutu Bakı - Novorossiysk
  • Bakı - Batumi nef t kəməri




    Download 3,83 Mb.
    Pdf ko'rish
    bet66/89
    Sana19.11.2023
    Hajmi3,83 Mb.
    #101194
    TuriMühazirə
    1   ...   62   63   64   65   66   67   68   69   ...   89
    Bog'liq
    VNS-mühazirə

    Bakı - Batumi nef t kəməri - 1929 - 1930 - cu illərdə Bakı ətrafı neft mədənlərindən Qara 
    dəniz sahillərinə neft nəql etmək üçün tikilmişdir. Kəmərin tikilməsi ideyasını 1880 - cı ildə 
    D.İ.Mendeleyev irəli sürmüşdür. Kəmərin ilk variantı 1897 - 1907 - ci illərdə kerosin daşımaq 
    üçün Bakı-Batumi dəmir yolu boyunca salınmışdı. 
    Drujba neft kəməri - dünyanın ən iri magistral neft kəmərlərindəndir. 1960 - cı illərdə SSRİ 
    müəssisələri tərəfindən neftin Volqa-Ural rayonundan Qarşılıqlı iqtisadi yardım təşkilatının 
    Şərqi Avropada yerləşən sosialist ölkələri: Macarıstan, Çexoslovakiya, Polşa və ADR-ə nəql 
    olunması üçün tikilmişdir. 
    Drujba neft kəmərinin marşrutu Almetevskdan başlayır, Samara və Bryanskdan keçib 
    Mozıra qədər uzanır, sonra iki yerə şaxələnir: şimal (Belorusiya, Polşa, Almaniya, Latviya və 
    Litvanın ərazisi ilə) və cənub (Ukrayna, Çexiya, Slovakiya və Macarıstanın ərazisi ilə). 
    Drujba neft kəməri sisteminə 8900 km boru kəməri (onlardan 3900 km-i Rusiyanın 
    ərazisindədir), 46 nasos stansiyası, 38 aralıq nasos stansiyası, 1,5 mln m
    3
    neft tutan rezervuar 
    parkı daxildir. Neft kəməri ilə «uzaq xaric»ə ildə 66,5 mln ton, o cümlədən 49,8 mln ton 
    kəmərin şimal şaxəsi üzrə, neft ixrac olunur. 
    Azərbaycan respublikasmın neft ixrac edən aşağıdakı kəməıiəri daimi fəaliyyət göstərir: 
    Bakı - Supsa (Gürcüstan) (Qərb eksport marşrutu), Bakı - Novorossiysk (Şimal eksport 
    marşrutu) və Bakı - Tbilisi - Ceyhan. 
    Şimal ekspoıt marşrutu Bakı - Novorossiysk. Boru kəmərinin marşrutu Səngəçal 
    terminalından Xəzər dənizinin sahili boyu Rusiyanın ərazisi ilə Novorossiysk limanına kimidir. 
    Xəttin uzunluğu 1400 km, borunun diametri 530 mm, buraxma qabiliyyəti gündə 115000 barrel 


    (gündə 15750 t) təşkil edir. Boru kəməri 1997 -ci ildə «Çıraq» yatağından «ilkin neftin» qəbulu 
    üçün istismara verilmişdir. Bu boru kəməri hələ sovet vaxtlarında da mövcud idi. 
    Bakı - Novorossiysk boru kəmərinin çatışmayan cəhətləri- nə 'nəqliyyat xərclərinin 
    yiiksək, buraxma qabiliyyətinin aşağı olmasını, həmçinin daha qiymətli Azərbaycan neftinin 
    ucuz sibir nefti ilə qarışmasını aid etmək olar.

    Download 3,83 Mb.
    1   ...   62   63   64   65   66   67   68   69   ...   89




    Download 3,83 Mb.
    Pdf ko'rish