h
AT
- hərəkət müddətində avtomobil-saatlar;
yb
AT - yükün yükləmə - boşaltma
vaxtlarında avtomobil-saatlar;
b
AT
- texniki və təşkilati səbəblər üzündən boş dayanmadakı
avtomobil-saatlarıdır.
İstismar hesabatlarında naryadda olma vaxtının orta qiymətlərindən istifadə olunur və
aşağıdakı kimi hesablanır: Bir avtomobil üçün
is
ni
n
G
T
T
, avtomobil parkı üçün
is
n
n
AG
AT
T
Daşımaları yerinə yetirmək üçün hərəkət tərkibinin hazırlığını xarakterizə edən göstəriciyə
hərəkət tərkibinin texniki hazııiıq əmsalı
t
deyilir.
t
ih
ih
i
ih
t
G
G
G
G
G
i
G
təqvim günündə bir avtomobil üçün
t
ih
ih
i
ih
t
AG
AG
AG
AG
AG
burada
G
i h
və
AG
i h
- uyğun olaraq istismara hazır gün və avtomobil-günləri;
G
i
və
AG
i
-
təqvim gün və avtomobil-günləri;
G
t
və
AG
t
- təmirdə olan gün və avtomobil-günləridir.
Hərəkət tərkibinin xəttə çıxışını xarakterizə edən göstəriciyə hərəkət tərkibinin xəttə çıxış
əmsalı
c
deyilir və aşağıdakı kimi hesablanır.
G
i
təqvim günündə bir avtomobil üçün
f
is
n
i
is
c
G
G
G
G
G
G
t
təqvim günündə avtomobillər parkı üçün
f
is
n
i
is
c
AG
AG
AG
AG
AG
burada G
i s
və
AG
i s
- uyğun olaraq istismarda olan gün və avtomobil-günləri;
G
n
və
AG
n
- normalaşdırılan boş dayanma gün və avtomobil-günləri (istirahət, bayrarn və parkm işləmədiyi
başqa günlər); G
f
və A G
f
- qəbul edilən rejim əsasında iş günü və iş avtomobil-günləridir.
Təqvim vaxtından istifadəni xarakterizə edən göstəriciyə hərəkət tərkibindən istifadə
əmsalı
i
deyilir və aşağıdakı kimi hesablanır.
G
i
təqvim günündə bir avtomobil üçün
b
t
is
is
i
is
c
G
G
G
G
G
G
G
i
təqvim günündə avtomobillər parkı üçün
b
t
is
is
i
is
c
AG
AG
AG
AG
AG
AG
Burada
G
i s
və
AG
i s
- uyğun olaraq istismarda olan gün və avtomobil-günləri (təmirdə,
texniki və təşkilati səbəblər üzündən boş dayanmaları nəzərə almamaqla həqiqi istismarda olma
günləri); G
b
və AG
b
- texniki və təşkilati səbəblər üzündən parkda boş dayanma gün və
avtomobilgünləridir.
i
c
t
Mövzu 18.
Boru kəməri nəqliyyatı.
Boru kəməri - qaz şəkilli və maye, həmçinin bərk yanacaq və digər bərk maddələrin
borunun en kəsiklərindəki təzyiqlər fərqi hesabma nəql edilməsi üçün nəzərdə tutulan süni
qurğudur.
Nəql edilən mühitdən asdı olaraq boru kəmərləri aşağıdakılara bölünür: ammonyak, su,
hava, qaz, faydalı qazıntdar, kanalizasiya, neft, ərzaq, istilik və s. kəmərləri.
Boru kəməri nəqliyyatı ümumi qəbul olunmuş nəqliyyat anlayışına uyğun gəlmir: burada
hərəkət tərkibi, yol və s. yoxdur. Hərəkət tərkibi elə boru kəməri özüdür. Yük boruda təzyiq
altmda yerini dəyişir.
Boru kəmərləri müxtəlif diametrli metallik borulardan ibarətdir. Hər 100 - 140 km - dən
bir işi avtomatik nizamlanan nasos stansiyaları qoyulur. Qaz nəql olunduqda isə bir - birindən
200 km məsafədə kompressor stansiyaları nəzərdə tutulur. Boru kəməri nəqliyyatının
qurğularına paralel və ya kəsişən magistralların birləşdirilməsi və ayrılması və ayrı - ayrı
sahələrin bağlanması (həmçinin təmir məqsədi ilə) üçün olan xətti qovşaqlar da aiddirlər.
Boru kəməri nəqliyyatı neft və neft məhsullarmı nəql edən magistral, birləşdirici və
mədən, qaz nəql edən magistral və yerli kəmərlərə bölünür.
Hal - hazırda dünya neft kəmərləri şəbəkəsinin uzunluğu 400 min km-dən, magistral qaz
kəmərlərinin uzunluğu isə 900 min km-dən çoxdur.
Boru kəməri nəqliyyatı istənilən məsafədə səmərəlidir. Çıxarılan yanacağın üçdə iki
hissəsi, xam neftin 95 % və təbii qazın hamısı boru kəmərləri ilə nəql edilir. Boru kəmərinin
xarakterik xüsusiyyəti nəqliyyat prosesinin fasiləsiz olmasıdır. Azərbaycan Respublikasının
boru kəməri nəqliyyatının beş illik əsas iş göstəriciləri aşağıdakı cədvəldə verilmişdir.
Boru kəməri nəqliyyatının əsas texniki - iqtisadi xüsusiyyətləri və üstünlükləri
aşağıdakılardır:
Boru kəmərinin istənilən yerdə salınma imkanı;
Nəqletmənin kütləvi ölçüləri;
Nəqletmənin ən aşağı maya dəyəri (əgər nəqliyyatda orta maya dəyərini 100 % qəbul
etsək, boru kəməri nəqliyyatında bu 30 %, dəmir yolu nəqliyyatında 80 %, avtomobil
nəqliyyatında 1600% olar);
Yükün keyfiyyət və kəmiyyətinin mütləq qorunmasını təmin edən tam hermetiklik;
Doldurulma, boşaltma və bir yerdən başqa yerə vurma əməliyyatlarının tam
avtomatlaşdınlması;
İlkin kapital qoyuluşunun azlığı;
İqlim şəraitindən asdı olmaması, həmçinin lazımi izolyasiya və azsaylı personalın olması
şərti ilə ətraf mühitə mənfi təsirlərin olmaması.
Boru kəməri nəqliyyatının çatışmayan cəhəti daşınan yüklərin sayının azlığıdır.
Boru kəməri nəqliyyatı qarşısında duran ən böyük texniki problem kəmərlərin daşıma
qabiliyyətinin artırılmasıdır. Neft kəmərinin daşıma qabiliyyətinin borunun diametrindən
asıhlığını aşağıdakı rəqəmlər göstərir: borunun diametri 720 mm olduqda - ildə 15 mln t; 1020
mm olduqda -45 mln.; 1420 mm olduqda - 75 mln t. Bizim ölkəmizdə əvvəllər çəkilən
boruların diametri əsasən 1020 mm idi. Dıametrin böyüməsi ilə xüsusi kapital qoyuluşu azalır.
Boru kəmərinin daşıma qabiliyyətini boruda təzyiqin yüksəldilməsi yolu ilə də artırmaq
olar, lakin bu zaman çoxqatlı borulardan istifadə olunması tələb olunur ki, bu da borunun
qiymətini qaldırır. Daşıma qabiliyyəti, həmçinin ikinci xəttin çəkilməsi ilə də artırıla bilər. Qazın
mayeləşmiş halda nəqli zamanı məhsuldarlıq 3- 4 dəfə artır, lakin onun kimyəvi aktivliyinin
artması boruların hazırlanması üçün xüsusi poladlar tələb edir. Təbii qaz yerdən təxminən 40°C
temperaturda çıxır və onu qruntun temperaturuna qədər soyutmaq lazımdır. Qaz xətlərinin
daşıma qabiliyyətini artırmaq üçün qazın temperaturunu mənfı 70 - 75°C - yə qədər aşağı
salmaq və borularda istilik izoləedicilərdən istifadə etmək lazımdır. Məhsuldarlıq, qazın
turbulentliyiııi aşağı salmaq, nəqletmə sürətini artırmaq yolu ilə də yüksəldilə bilər. Bunun üçün
maye yük axınını bölən süni «bitkilər»dən istifadə edilir.
Diametri 1420 mm olan 1 km boru xəttinə 700 t boru işlənir. Metallurqlar qarşısında duran
əsas məsələ nazik divaıiı daha möhkəm boruların hazuianmasıdır. Ən vacib problemlərdən biri
boruların həm daxili, həm də xarici korroziyasının qarşısının alınmasıdır. Boruların daxili
izolyasiyası buraxma qabiliyyətini 5-8 % artırır, lakin bu borunun ümumi dəyərini də yüksəldir.
Boruları korroziyadan müdafıə etmək üçün müxtəlif metodlar tətbiq olunur. Ən etibarlı vasitə
boruların emallaşdırılrılmasıdır, lakin onun qiyməti çox olduğundan az tətbiq olunur. İnkişaf
etmiş ölkələrdə boruları xüsusi korroziyaya davamlı kimyəvi maddələıiə izolyasiya edirlər.
Daxili izolyasiya üçün lak - rəng örtüyü istifadə edilir.
Təbii iqlim şəraitindən asılı olaraq boru kəməri bilavasitə yerə, xüsusi estakadalara və ya
qazıb yerə basdırmaqla düzülə bilər. Su hövzələrini keçdikdə boru kəmərini suyun dibinə
düzürlər. Təhlükəli rayonlarda çoxqatlı borulardan istifadə ediıiər ki, bu da işçi təzyiqi 15 MPa
qaldırmağa imkan verir. Kəmərin hazııianmasında lazer lehimləməsi və qaynağından istifadə
edilir və bununla tikişlərin keyfiyyəti artır.
Metal tutumunu, kütləni, korroziyanı azaltmaq üçün plastmas borular tətbiq edilir. ABŞ,
Kanada, Almaniya və başqa ölkələrin təcrübəsi bu mateıialm rentabelliyini təsdiq etmişdir - It
plastmas boru 7,5 t polad və 12 t çuqun borunu əvəz edir. Bəzi plastik materiallar 70 mm
diametrdə 25 MPa təzyiqə davam gətirir. Lakin onların möhkəmliyi və istiliyə davamlığı hələlik
lazımi səviyyədə deyildir.
Ekoloji vəziyyətə yaxşı nəzarət etmək məqsədi ilə nasazlıqların təyyarədə qoyulmuş lazer
analizator vasitəsilə kənardan tapılması üsulu işlənilmişdir.
BORU KƏMƏRİ NƏQLİYYATININ TARİXİ VƏ NÜMUNƏLƏRİ
Neft kəməri - boru kəməri nəqliyyatının mühəndis - texniki qurğusu olub neftin nəql
olunması üçündür.
1863 - cü ildə rus alimi D.İ. Mendeleyev neft və neft məhsullarının bir yerdən başqa yerə
vurulması üçün boru kəmərindən istifadə etmək ideyasını təklif etdi və boru kəmərinin tikilməsi
prinsiplərini izah etdi.
1878 - ci ilin sonunda Abşeron yarımadasmda Balaxanı neft mədənlərini Bakının
neftayırma zavodlan ilə biıiəşdirən uzunluğu 10 km olan neft kəməri istifadəyə verildi.
|