Kəmərin tikintisi 2011 - ci ildə başlanmalı, 2013 - cii ildə başa çatmalıdır. Kəmərin layihə gücü
ildə 26 - 32 mlrd kub metr qaz təşkil edir.
Mövzu 19.
Şəhər nəqliyyatı.
Şəhər
dedikdə əhalisinin sayı müəyyən həddə (2 mindən az olmamaqla) çatmış və əsas
etibarı ilə sənaye, nəqliyyat, ticarət, mədəni və inzibati - siyasi funksiyaları yerinə yetirən
yaşayış məntəqəsi başa düşülür. Bizim respublikamızda rayon və respublika tabeliyində olan
şəhərlər ayırd edilir. Sosioloqların hesabatına görə 2000 - ci ildə Yer kürəsinin əhalisinin 80 %
şəhəıiərdə yaşamışdır. Şəhərlərin artması ilə onlarda olan nəqliyyat problemləri də artır.
Şəhərlərdə olan sərnişin axını magistral nəqliyyat növləri ilə yerinə yetirilən sərnişin axınından
15 dəfə çoxdur.
Böyük şəhəıiərdə minik avtomobillərinin artma tepmi əhalinin artım tempini 4-5 dəfə,
şəhər yollarının tikintisi tepmini 3 - 3,5 dəfə qabaqlayır. Dünyanın böyük şəhəıiərində minik
avtomobilləri parkı 1-1.5 mln ədədə çatır. Yaxın vaxtlarda nəqliyyat vasitələrinin sayının 3 - 5
dəfə, onların yürüşünün isə 1.5-2 dəfə artması gözlənilir.
Şəhər nəqliyyatı dartqının növünə (elektrik, daxili yanma mühərriki, insan əzələsinin
enerjisi və s.); şəhər ərazisinin zəbt edilməsinə (küçə, küçədən kənar, xüsusi ayrılmış zolaqda və
s.); sürətinə (sürətli, çox sürətli və s.); marşrutların təşkili texnologiyasına (adi. yarımekspres,
ekspres); daşıma qabiliyyətinə (aşağı, kiçik, orta, yüksək) görə təsnif olunur.
Şəhər sərnişin nəqliyyatının daşıma həcmi müxtəlif amillərdən, hər şeydən əvvəl əhalinin
sayından, onların şəhər ərazsində səpələnmə xarakterindən,
əhalinin nəqliyyat
hərəkətliliyindən, şəhərin planlaşdırma strukturundan. yaşayış və sənaye rayonlarının qarşılıqlı
yerləşməsindən, relyef şəraitindən və s.-dən asılıdır.
Nəqliyyat xidmətinə tələbi müəyyəıı edən xarakterik göstərici əhalinin nəqliyyat
hərəkətliliyi, yəni bir sakinin il ərzində yerinə yetirdiyi gedişlərin sayıdır. Bu göstərici təkcə
daşıma həcminə təsir edən, yuxarıda verilən amillərlə yox, həm də şəhərin sosial və mədəni
əhəmiyyəti. nəqliyyat sisteminin tarixən qərarlaşmış inkişafı əsasən də əhalinin ödəmə
qabiliyyəti ilə bağlıdır.