• Yüngül metro (metropoliten)
  • İlk elektrik sərnişin tramvay xətti Verner fon Simens
  • Sürətli tramvay
  • Şinlər üzərində hərəkət edən metro




    Download 3,83 Mb.
    Pdf ko'rish
    bet71/89
    Sana19.11.2023
    Hajmi3,83 Mb.
    #101194
    TuriMühazirə
    1   ...   67   68   69   70   71   72   73   74   ...   89
    Bog'liq
    VNS-mühazirə

    Şinlər üzərində hərəkət edən metro avtoyol elementləri istifadə olunan relsli nəqliyyat 
    texnologiyasıdır. Qatarlarda beton və ya xüsusi poladdan hazırlanmış cığır üzərində diyirlənən, 
    rezin şinlər istifadə edilir. Şinlər üzərində hərəkət edən qatarların ən mühüm üstünlüyü səs - 
    küyün səviyyəsinin adi qatarlara nisbətən az olmasıdır. Hamar hərəkət demək olar ki, heç bir 
    silkələnmə yaratmır, qatarın sürətlənmə və tormozlanmasına az vaxt sərf olunur, qatarlar daha 
    yüksək yoxuşluq (130 %o - ə qədər) dəf edə bilirlər.
    Yüngül metro (metropoliten) - yerüstü müntəzəm relsli şəhər nəqliyyatının, əsasən, 
    küçədənkənar sürətli növüdür. Yüngül metro, metro ilə sürətli 
    tramvay arasında sərhəd mövqeyi tııta bilər.
    Əhalisi 500 mindən yuxarı və 9 min sərnişin/saat - dan çox 
    sabit sərnişin axını olan şəhərlərdə əsas şəhər nəqliyyatı kimi 
    tramvay istifadə
    edilir. 
    Tramvay (ingiliscə, tram - vaqon, vaqonetka və way -yol) 
    dedikdə verilmiş marşrutlar üzrə, əsasən şəhərlərdə sərnişin 
    daşımalarında istifadə olunan elektrik dartqılı relsli küçə ictimai nəqliyyatı növü başa 
    düşülür.Tramvaylar XIX əsrin birinci yarısında, elektrik tramvayları isə XIX əsrin sonunda 
    meydana gəlmişlər. Birinci və ikinci dünya müharibələri arasındakı çiçəklənmə dövründən sonra 
    tramvayların enmə dövrü başlandı, lakin XX əsrin sonlarından tramvayların şöhrəti yenidən 
    xeyli artmışdır. İlk elektrik sərnişin tramvay xətti Verner fon Simens tərəfındən Berlin və 
    Lixterfeld arasında 1881-ci ildə çəkilmişdir. Müxtəlif şəhərlərdə tramvayların koleyası fərqlənir, 
    çox zamaıı adi dəmir yolunda istifadə olunan koleya (Rusiyada - 1524 mm, Qərbi Avropada - 
    1435 mm) tramvayda da saxlanılır. Tramvaylar üçün həm adi dəmir yolu relsləri, həm də xüsusi 
    tramvay (novlu) relsləri istifadə oluna bilər. İlk tramvaylarda üçüncü, kontakt relsi istifadə 
    edilirdi, lakin yağış zamanı qısa qapanma təhlükəsi olduğundan bu sistemdən imtina edildi. 
    Bordo şəhərində tramvay xətti salınarkən (2003 - cü il) kontakt relsinin müasir, təhlükəsiz 


    variantı istifadə olunmuşdur. Şəhərin mərkəzində tramvay cərəyanı küçə səviyyəsində 
    yerləşdirilmiş üçüncü relsdən alır.
    Bəzi ölkələrdə tramvayın hesabi çatdırma sürəti 14 - 20 km/saat arasında olur. İstismar 
    sürəti 24 km/saat - dan yuxarı olan tramvay sistemləri «sürətli» adlandırılır. 
    Sürətli tramvay küçədən kənar. əsasən yeriistü müntəzəm sürətli şəhər nəqliyyatı növüdür. 
    Sürətli tramvaym şəhər mərkəzində yerləşən dayanacaqları bəzən yeraltı salınır. Belə 
    tramvayları metrotram da adlandırırlar. 
    Metrotram
    (həmçinin: pre-metro, semi-metro, yeraltı tramvay) əsasən sürətli (bəzi 
    hallarda adi) tramvayın bir növü olub yeraltı - yerüstü relsli şəhər nəqliyyatıdır. Çox vaxt 
    metrotramı o hallarda tikirdilər ki, adi metro tikintisi üçün yer çatışmasın. 

    Download 3,83 Mb.
    1   ...   67   68   69   70   71   72   73   74   ...   89




    Download 3,83 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Şinlər üzərində hərəkət edən metro

    Download 3,83 Mb.
    Pdf ko'rish