• Birinci metropoliten xəttinin (London, 1863) açılışı
  • ŞƏHƏR NƏQLİYYATININ QISA İNKİŞAF TARİXİ




    Download 3,83 Mb.
    Pdf ko'rish
    bet69/89
    Sana19.11.2023
    Hajmi3,83 Mb.
    #101194
    TuriMühazirə
    1   ...   65   66   67   68   69   70   71   72   ...   89
    Bog'liq
    VNS-mühazirə

    ŞƏHƏR NƏQLİYYATININ QISA İNKİŞAF TARİXİ 


    İctimai şəhər nəqliyyatının yaradılması ideyası fransız fiziki B. Paskala (1623 - 1662) 
    məxsusdur. 
    Kütləvi şəhər nəqliyyatının inkişaf tarixini şərti olaraq bir neçə mərhələyə bölmək olar. 
    Birinci mərhələdə (XIX əsrin ortala- rına qədər) o dövr üçün adi hesab olunan yollarda yalnız 
    canlı dartqı istifadə olunurdu. İkinci mərhələ (XIX əsrin ortası - XIX əsrin sonu) sənayenin 
    sürətli inkişafı və buna uyğun olaraq şəhərlərin böyüməsi ilə xarakterizə olunur. Bu dövrdə 
    canlı dəmir yolu meydana gəldi ki, bu da ənənəvi canlı dartqı ilə o dövr üçün yeni hesab 
    olunan rels yollann birləşməsindən yaranmışdı. Bu birləşmə nəqliyyatın daşıma imkanmı və 
    çatdırma sürətini artırmağa imkan verdi. «Konka» deyilən bu nəqliyyat növü əslində kütləvi 
    marşrut nəqliyyatının ilk nümayəndəsi idi. Canlı dəmir yolunun inkişafı ilə cyni zamanda 
    şəhərlərdə rels yollarda buxar dartqısından da istifadə etməyə cəhd göstərilirdi. «Buxar 
    tramvayları» Qərbi Avropanın bir sıra ölkələrində məhdud şəkildə yayılmışdı. Birinci 
    metropoliten xəttinin (London, 1863) açılışı da bu dövrə təsadüf edir. Bu metro xəttində adi 
    dəmir yolu qatarı parovozlarla hərəkətə gətirilirdi. XIX əsrin son 25 ili şəhər sərnişin 
    nəqliyyatında elektrik enerjisinin müvəffəqiyyətlə istifadə olunması ilə fərqlənir. 
    Üçüncü mərhələ (XIX əsrin sonu XX əsrin birinci rübü) böyük və iri şəhərlərin küçələrində 
    elektrik tramvayının peyda olması ilə səciyyələnir. Metropoliten xətlərində buxar dartqısı 
    elektrik dartqısı ilə əvəz olundu. Bu dövrdə hələlik kütləvi sərnişin daşımalarında əhəmiyyətli 
    yer tutmayan avtomobil nəqliyyatı meydana gəldi. 
    Dövdüncü mərhələ (XX əsrin birinci rübündən indiyə qədər) avtomobil nəqliyyatının 
    intensiv inkişafı ilə fərqlənir. Kütləvi şəhər nəqliyyatında bu, avtobusların meydana gəlməsi və 
    geniş yaylması ilə bağlıdır. Avtobuslar tramvayların mövqeyini əhəmiyyətli zəiflətdi və bəzi 
    şəhəıiərdə onu tam əvəz etdi. İri şəhərlərdə daha çox sürətli küçədənkənar sərnişin nəqliyyatı - 
    metropoliten inkişaf tapdı. 
    Qarşıdan gələn beşinci mərhələ əhalinin qruplarla yerləşməsi sisteminin inkişafı ilə sıx 
    əlaqədardır. Bu sistemdə əsas şəhər xeyli sayda yaşayış məntəqələrini özündə birləşdirən şəhər 
    aqlomerasiyasının mərkəzi hesab olunur. Hal - hazırda yaxın yerləşmiş şəhərlərin birləşməsi - 
    qovuş- masından yaranan konurbasiyaya elektro və turboqatarlar vasitəsilə xidmət olunur (V—
    200km/saat). Təkərli nəqliyyatın sürət imkanları bu qiyməti 250 km/saat - a və daha çox 
    artırmağa imkan verir ki, bu qiyməti də qrup sistemində kifayətləndirici hesab etmək olmaz. 
    Qrup sisteminin diametri bəzi hallarda bir neçə yüz kilometrə çatır. Təkərsiz nəqliyyatın (hava 
    və ya maqnit yastığında) inkişafındakı nailiyyətlər yaxın gələcəkdə şəhər aqlomerasiyalannda 
    sürətin 500km/saat və daha çox qiymət almasına imkan verəcəkdir. 


    Mövzu 20. 
    Şəhər nəqliyyatının növləri və istifadə şəraiti. 
    Şəhərin vahid nəqliyyat sistemi çoxsahəli şəhər təsərrüfatının bir hissəsi olub özündə 
    aşağıdakıları birləşdirir: nəqliyyat vasitələri (hərəkət tərkibi); yol qurğuları (rels yollar, tunellər, 
    estakadalar, körpülər, yol keçidləri. stansiyalar, duracaqlar); elektrik təchizatı stansiyaları; təmir 
    emalatxanaları və zavodları; depolar, qarajlar, texniki xidmət stansiyaları və s. Şəhərin nəqliyyat 
    sisteminə həmçinin velosipedlər də daxildir və bunun üçün səkilərdə xüsusi velosiped yolları 
    salınır. 
    Şəhər nəqliyyatının konkret növünün işini xarakterizə edən əsas göstəricilər daşıma 
    qabiliyyəti və hərəkət sürətidir.

    Download 3,83 Mb.
    1   ...   65   66   67   68   69   70   71   72   ...   89




    Download 3,83 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    ŞƏHƏR NƏQLİYYATININ QISA İNKİŞAF TARİXİ

    Download 3,83 Mb.
    Pdf ko'rish