• Enos Electric Raılway
  • T texniki kolleci




    Download 3,83 Mb.
    Pdf ko'rish
    bet72/89
    Sana19.11.2023
    Hajmi3,83 Mb.
    #101194
    TuriMühazirə
    1   ...   68   69   70   71   72   73   74   75   ...   89
    Bog'liq
    VNS-mühazirə

    Monorels ndqliyyat
    iri yaşayış rayonlarını iş yerləri ilə, şəhər nəqliyyatıııın son 
    stansiyalarmı şəhərətrafı ərazilər, aeroportlar, istirahət zonaları, şəhər - peyklər ilə 
    əlaqələndirmək üçün istifadə edilir. 
    Monorels relsli nəqliyyatın bir növü olub, ənənəvi relsli nəqliyyatdan qatarların iki rels 
    yox, bir rels üzərində hərəkəti ilə fərqlənir. Monorels sistemlər qatarın asılma üsuluna görə 
    asma, dayaq və yan asılmalı olurlar.
    1824 - cü ildə Böyük Britaniyada ilk işlək monorels Henri 
    Robinzon Palmer tərəfindən tikildi. Bu monorels hərbi dəniz qüvvələri tərəfindən yalnız yük 
    daşımaq üçün istifadə edilirdi. Dünyada ilk sərnişin monorelsi 1826 - cı ilin iyun ayının 25 - də 
    açıldı. Bu monoresl də Palmerin prinsipi ilə işləyirdi. 
    Elektrotexnikanın inkişafı ilə monorelslərdə elektrik dartqısından istifadə edilməyə 
    başlandı. Enos Electric Raılway kimi tanınan ilk elektrik monorels yollarından biri 1887 - ci ildə 
    Qrinvileydə (Nyu Cersi ştatı) tikildi.
    Tokio metrosunda şinlər üzərində hərəkət edən vaqonların şinlərinin partlaması zamanı 
    qatarın sapmasını sığortalamaq üçün vaqonun altında yerləşən monorelsdən istifadə edilir. 
    Monorels yolların əsas üstünlüyü metropoliten kimi şəhər küçələrində yer tutmamasıdır. 
    Lakin metrodan fərqli olaraq monorelsin tikilməsi xeyli ucuzdur. Bundan başqa monorels qatar 
    iki relsli qatara nisbətən daha dik yamacları qalxa bilir. Həmçinin nəzəri olaraq monorels adi rels 
    qatarlarından daha çox sürət ala bilməlidir, belə ki, monorelsdə qatarın relsdən çıxması 
    təhlükəsi yoxdur. 2007-ci ilin məlumatına görə ictimai nəqliyyat rolunu oynayan monorelslərin 
    sayı o qədər də çox deyil. Avropada cəmi üç monorels, Vuppertalda, Dortmundda və Moskvada, 


    vardır. Onların ümumi uzunluğu 21 km - dir. Düsseldorfda Aeroport və dəmir yolu stansiyasını 
    birləşdirən monoresl də vardır. 
    Trolleybus
    əhalisi 300 min və sərnişin axını 6 - 9 min sərnişin/saat - dan çox olan 
    şəhərlərdə tətbiq edilir. Daha böyük daşıma qabiliyyəti olan 
    nəqliyyat növlərinin olmadığı halda trolleybus əsas, digər hallarda 
    isə köməkçi şəhər nəqliyyatı kimi istifadə oluna bilər. Bəzi hallarda 
    trolleybus uzunluğu 100 km - ə çatan marşrutlarda (Simferopol - 
    Aluşta - Yalta) da tətbiq olunur. 

    Download 3,83 Mb.
    1   ...   68   69   70   71   72   73   74   75   ...   89




    Download 3,83 Mb.
    Pdf ko'rish