Trolleybus (ingiliscətrolleybus, trolley - diyircəkli cərəyan
qəbul edən vəbus - latıncadanOmnibus - «hamı üçün kareta» sözünün qısa forması) - cərəyanı
xarici mənbədən trolley vasitəsilə alan elektrik ötürücülü relssiz (adətən, sərnişin) nəqliyyat
vasitəsidir. Trolleybus elektrik cərəyanını iki məftilli (asılmış) kontakt şəbəkəsindən ştanqa tipli
cərəyan qəbul edicisi vasitəsilə alır. Hərəkət üçün düzləndiricisi olan yarım stansiyadan 550 v
gərginlikli sabit cərəyan qəbul edilir. Trolleybuslar əsasən şəhərlərdə istifadə olunur.
Trolleybusların hərəkət sürəti 30 - 120 km/saa arasmda dəyişir.
İlk trolleybus 1882 - ci ildə Almaniyada mühəndis Verner fon Simens tərəfindən (öz
kəşfini o,Electromote adlandırmışdı) yaradılmışdır. İlk trolleybus xətti 1882-ci ilin 29 aprelində
Berlin ətrafında Halensee adlı yerdə açılmışdır. 1882 - ci ildə ABŞ - da belçikalı Şarl Van Depule
«trolleybus diyircəyini» - elektrik naqilindən cərəyanm nəqliyyat vasitəsinin üstündə qoyulmuş
şlanq və diyircək vasitəsilə qəbul edilməsi - kəşf etdi. Trolleybusun tətbiq olunduğu ilk şəhər
1927 - ci ildə Almaniyanın İnsterburq (hal - hazırda Kalininqrad vilayətinin Çernyaxovski) şəhəri
oldu. Rusiyada ilk trolleybus 1933 -cü ildə Moskvada (LK - 1) meydana çıxdı. 1938 - ci ildə artıq
Moskva küçələrində ikimərtəbəli trolleybuslar işləyirdi
Avtobus əhalisi 250 minə qədər olan şəhərlərdə əsas, bəzi hallarda isə yeganə şəhər
nəqliyyatı növü olaraq istifadə edilir. Avtobus xidməti
praktiki olaraq bütün şəhərlərdə vardır. O, şəhərlə kənd
arasındakı rabitədə əvəzedilməzdir. Dünyanm əksər
şəhərlərində şəhər nəqliyyatı kimi metropoliten və
avtobusdan istifadə olunur. Bəzi ölkələrdə xüsusi
ayrılmış zolaqlarda sürətli avtobus rabitəsi tətbiq olunur.
Ekspres daşıma texnologiyasının tətbiqi nəticəsində
avtobuslarla daşıma sürəti 50 - 60 km/saata
çatır. Belə tədbirlər avtobus xətlərinin buraxma qabiliyyətini 25 min sərnişin/saat-a çatdırmağa
imkan verir.