• Sonsuz vint baş ötürməsi
  • Konik baş ötürmə
  • Hipoid baş ötürmə
  • T texniki kolleci




    Download 4,76 Mb.
    Pdf ko'rish
    bet28/102
    Sana09.12.2023
    Hajmi4,76 Mb.
    #114579
    TuriMühazirə
    1   ...   24   25   26   27   28   29   30   31   ...   102
    Bog'liq
    NV-konstruksiyası-və-nəzəriyyəsi

    Baş ötürmə 
    Baş ötürmə aparan təkərlərə ötürülən mühərrikin burucu momenti artırır və onların 
    fırlanma sürətini lazımi həddə qədər azaldır.Əsas dişli çarx cütlərinin tipinə görə baş 
    ötürmələrin aşağıdakı növləri var: sonsuz vint, konik, hipoid və silindrik.Baş ötürmənin
    bir dişli çarx cütü varsa, o, birqat, iki dişli çarx cütü varsa, ikiqat adlanır. 


    Sonsuz vint baş ötürməsi digər baş ötürmə tipləri ilə müqayisədəən kiçik qabaritə 
    malikdir və ən az səs əmələ gətirir. Lakin f.i.ə kiçikdir (0,9-0,92 ), istehsalı mürəkkəbdir 
    və dişli tac üçün bahali qalaylı bürünc tələb olunur.Buna görə də hazırda istifadə edilmir. 
    Konik baş ötürmə 1913-cü ildə "Qlisson" firması dairəvi dişli ilişmə icad etdikdən 
    sonra geniş istiifadə edilməyə başlanılıb.Konik ötürmənin konstruktiv xüsusiyyəti aparan 
    və aparılan dişli çarxların təpələri bir nöqtədə yerləşir.Belə ötürmənin dişli çarxlarına 
    təsir edən qüvvələr konik dişli çarxların düzgün ilişməsini pozmağa çalışır, buna görə də
    baş ötürmənin bütün elementləri: karter, yastıq qovşaqları lazımi qədər sərt olmalıdır. 
    Konik ötürmədə, adətən, diyircəkli konik yastıqlar istifadə olunur,sərtliyi təmin etmək 
    üçün onlar da ilkin gərilmə ilə yerləşdirilir.Dişli çarx cütünün ilişmə dəqiqliyinin təsirini 
    azaltmaq üçün aparan dişli çarxın dişlərinin əyrilik radiusu aparılan dişli çarxın dişlərinin 
    əyrilik radiusundan bir qədər kiçik götürülür.Konik ötürmədə dişlər arasında sürtünmə 
    sürüşməsi kiçik olduğundan f.i.ə lazımi qədər yüksəkdir (0,97-0,98). Bununla bərabər 
    mövcud ötürmələr arasında,o, ən böyük qabaritə malikdir və iş zamanı daha çox səs-
    küy salır. 
    Hipoid baş ötürmə avtomobillərdə avtomobilin kütlə mərkəzini azaltmaq cəhdi ilə 
    bağlı 1925-ci ildən istifadə edilir.İlk vaxtlar o ancaq minik avtomobillərində də geniş 
    istifadə edildi.Konik ötürmədən fərqli olaraq hipoid ötürmənin dişli çarxlarının oxları 
    kəsişmir.Bu zaman aparan dişli çarxın oxu aparılan dişli çarxın oxuna nəzərən, 
    adətən,aşağı sürüşdürülür.Hipoid ötürmənin əsas üstünlükləri: konik ötürmədən 
    qabaritinin kiçik olması; dişə düşən yükün az olması; iş zamanı səs-küyün az olması, 
    belə ki, konik ötürmə ilə müqayisədə hipoid ötürmədə daha çox diş ilişmədə olur və 
    avtomobilin tərtibatına təsir göstərmək imkanının olmasıdır (kütlə mərkəzinin aşağı 
    salınması, kuzovun döşəməsində kardan keçən tunelin kiçildilməsi və sairə). Digər 
    tərəfdən hipoid ötürmədə sürüşmə sürtünməsinin olması f.i.ə-ni 0,96-ya qədər azaldır. 

    Download 4,76 Mb.
    1   ...   24   25   26   27   28   29   30   31   ...   102




    Download 4,76 Mb.
    Pdf ko'rish