• Mexaniki bloklamada
  • Avtomatik bloklamada
  • Diferensialın bloklanması




    Download 4,76 Mb.
    Pdf ko'rish
    bet31/102
    Sana09.12.2023
    Hajmi4,76 Mb.
    #114579
    TuriMühazirə
    1   ...   27   28   29   30   31   32   33   34   ...   102
    Bog'liq
    NV-konstruksiyası-və-nəzəriyyəsi

    Diferensialın bloklanması. Təkərlərarası və oxlararası bloklama mövcuddur. 
    Təkərlərarası bloklama yolla ilişməsi yaxşı olan təkərə aparan təkərə daha çox moment 
    ötürür.Əgər təkər buz üzərində fırlanırsa, diferensial çox güman ki,mənfi təsir 
    göstərəcək. Sadə diferensial hər iki təkərə eyni burucu moment ötürür. Təkərlərarası 
    bloklama hesabına ilişməsi yaxşı olan daha çox moment alır. Oxlararası bloklama da 
    təkərlərarası bloklama kimi işləyir,lakin o, burucu momentin oxlar arasında bölünməsini 
    təmin edir.Ötürülən burucu moment dartıcı qüvvədən və diferensialın bloklama 
    mexanizminin bloklama dərəcəsindən asılı olur.Bloklama dərəcəsi
    S faizlərlə göstərilir 
    və aşağıdakı kimi hesablanır: 
    S=(burucu momentlərin fərqi / burucu momentlərin cəmi ) x 100 %. 
    Diferensialın bloklama konstruksiyalarının iki tipi mövcuddur: 
    mexaniki bloklama;avtomatik bloklama. 
    Mexaniki bloklamada diferensialın bloklanması əllə mexaniki və ya pnevmatik 
    intiqalın köməyi ilə qoşulur.Qoşulmuş vəziyyətdə yumruqcuqlu mufta sağ intiqal valını 
    diferensialın gövdəsi və aparılan konik dişli çarxla birləşdirir.Qoşulma muftasının daxili 
    dişli tacı və yumruqcuqlu mufta ilə sağ intiqal valı və diferensial sərt birləşdirilir.Bunun 
    nəticəsi olaraq diferensialın konik dişli çarxları aparan bənd kimi işləyir, diferensial 
    100% bloklanır. 
    Avtomatik bloklamada yarımox dişli çarxlarının fırlanma tezliklərinin dəyişməsi və 
    aparan təkərlərə ötürülən burucu momentin ilişmə şəraitinə uyğun paylanması 
    avtomatik baş verir.İlişməsi yaxşı olan təkər çox böyük moment alır.Bloklanmanın 
    qoşulması avtomatik baş verir,adətən,bloklama dərəcəsi 25 %-dən 75 %-ə qədər təşkil 
    edir.Avtomatik bloklamanın müxtəlif tipləri var.Diferensialın avtomatik bloklanma 
    sistemləri tam intiqallı avtomobillərin transmissiyası paraqrafında geniş baxılıb. 



    Download 4,76 Mb.
    1   ...   27   28   29   30   31   32   33   34   ...   102




    Download 4,76 Mb.
    Pdf ko'rish