BƏRABƏR BUCAQ SÜRƏTLİ KARDAN OYNAQLARI




Download 4,76 Mb.
Pdf ko'rish
bet27/102
Sana09.12.2023
Hajmi4,76 Mb.
#114579
TuriMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   102
Bog'liq
NV-konstruksiyası-və-nəzəriyyəsi

BƏRABƏR BUCAQ SÜRƏTLİ KARDAN OYNAQLARI. 
Qabaq və tam intiqallı avt-llərin layihələndirilməsi ilə məşğul olan konstruktorlar, 
diferensialdan təkərlərə burucu momenti necə ötürmək kimi ciddi problemlə 
üzləşdilər.Çarpazlı kardan oynaqları təklikdə bu problemi həll edə bilmirdi,belə ki, bir-
birinə birləşən valların oxları çox cüzi üst-üstə düşmədikdə aparılan valın bucaq sürəti 
gah artır,gah da azalır.Çarpazlı oynaqlar 45
0-
yə qədər bucaq altında effektiv işləyə bilər, 
lakin valla arasındakı bucaqlar(aparan-aralıq vallar arasında və aralıq valla- aparılan 
val arasında)bir- birinə bərabər olmalıdır.Keçən əsrin mühəndisləri bərabər bucaq 
sürətli oynağın yaradılması üzərində çox ciddi cəhdlə işlədilər.Çoxlu konstruksiyalar 
yaradıldı,lakin son on ildə bir-birindən konstruktiv fərqlənən dörd tip bərabər bucaq
sürətli oynaq daha çox istifadə edilir. yumruqlu-diskli."Veys" tipli dörd kürəli, "Rtseppa" 
tipli universal altı kürəli,"TRİPOD"tipli üçdişli.Konstruktiv həllərin çoxluğuna baxmayaraq
bərabər bucaq sürətli kardan oynaqlarında eyni prinsip gözlənilməlidir,çevrəvi qüvvələr 
ötürülən kontakt nöqtələri vallar arasındakı bucağın tənbölənindən küçən müstəvisi 


(tənbölən müstəvi) üzərində olmalıdır.Keçən əsrin 20-ci illərinin əvvəllərində fransalı 
Jan-Alber Qrequar ilk dəfə bərabər bucaq sürətli oynaq icad edən ixtiraçılardan biri 
oldu və konstruksiyanı patentləşdirdi."Trakta adlandırılan konstruksiya dörd ştamplanmış
detalı—iki çəngəli və iki fasonlu fincanı birləşdirən və bir-biri ilə ilişməyə girən iki
yumruqdan (buna görə də yumruqlu adlanır)ibarət idi.Kontakt sahəsi böyük alındığı 
üçün detallara düşən yük cütləşmiş kardan oynağı ilə müqayisədə kiçik olur və 
lazımi qədər böyük-50
0
bucaq altında işləyə bilir. 20—30-cu illərdə bu konstruksiya 
əksər qabaq intiqallı Avropa avt-rində istifadə edilirdi.Sonralar "Trakta" təkimlləşdirilərək
yumruqlu-diskli oynaq yaradıldı.Yumruqlu—diskli bərabər bucaq sürətli oynaq iki 
yumruqdan,iki içlikdən ibarətdir.İçliklərin xarici səthində silindrik boyuncaqlar, daxilində 
yastı yan oyuqlar emal olunur.Konstruksiyada hər bir yarımox diskin oxuna və içliklərin
boyuncuqlarına nəzərən,yəni bir-birinə perpendikulyar iki müstəvidə dönə bilər. 
Yunruqlu-diskli oynaq elə bil iki kardan oynağından ibarətdir. Daxili və xarici yarımoxlar 
eyni bucaq sürətləri ilə fırlanır.Yumruqlu-diskli oynaqda vallar arasında maksimal işçi
bucaq 45
0
olur.Yumruqlu oynağındetalları sürtünmə diyirlənməsi yox, sürtünmə 
sürüşməsi şəraitində işlədiyindən f.i.ə. digər oynaqlara nəzərən xeyli azdır.İstismar 
prosesində onlar bərk qızır, detalların işçi səthlərində yaranır.Hazırda bir-neçə on 
ildir ki,f.i.ə.-nin kiçik olması səbəbindən yumruqlu və yumruqlu-diskli oynaqlar 
minik avt-rində istifadə edilmir.Əvvəlki konstruksiyalatın bir sıra çatışmamazlıqlarını
alman mühəndisi Karl Veys aradan qaldıra bildi.1923-ci ildə o,öz bölücü kanallı kürəliı
kardan oynağın("Veys" tipli) patentləşdirdi. Bu oynaqda burucu moment dörd kürə ilə 
ötürülür.Bərabər sürətli kardan oynağının konstruksiyası müəyyən qövslə kanal 
yonulmuş iki yumruqdan ibarətdir.Dörd kürə simmetrik yerləşmiş kanalların 
kəsişməsundə tənbölən müstəvidə yerləşib.Avt-bil qabağa hərəkət etdikdə qüvvə bir 
cüt kürə ilə,arxaya hərəkət etdikdə isə digər cüt kürə ilə ötürülür."Veys"tipli dörd kürəli 
oynaq 40-60-cı illərdə əksər tam intiqallı avt-llərdə,o cümlədən UAZ-469,QAZ-66,QAZ-
69,ZİL-131 Sovet avt-ndə,Amerikanın Villis və Studebekker və Dodge avt-ində
istifadə olunurdu. Alfred Rtseppanın oynağında (1927-ci ildə patentləşdirilib)burucu 
moment altı kürə ilə ötürülür. Qynaq bölücü kanallı oynağa nəzərən mürəkkəb olsa 
da,daha kompaktdır, hazırlanma cəhətdən texnolojidir. Bu konstruksiya minik avt-bil 
yaradıcıları arasında elementlərdən ibarətdir.gövdə (kürəli fincanla birlikdə aparılan 
val), daxili ulduzcuq,bölücü ling və altı kürıni saxlayan seperator.Vallar meylləndikdə
bölücü ling seperatoru döndərir,o isə kürələri tənbölən müstəvidə yerləşdirir. Bölücü
lingli bərabər bucaq sürətli oynaq 37
0
–yə qədər bucaq altında işləyə bilir.Burucu 
moment altı oynaq vasitəsilə ötürüldüyündən bu oynaq kiçik ölçülərdə böyük burucu 
momentləri ötürə bilir,konstruksiya etibarlıdır,f.i.ə. yüksəkdir. Uzunömürlüyü 100-
200min km-ə çatır.Lada Kalina avt-lində idarəolunan təkərlərin intiqalı kimi bir-biri ilə 
valla birləşmiş universal GKN(daxili) və Rtseppa(xarici) kardan oynaqlarından istifadə
olunur.Valların oynaqlarla birləşməsi—şlisli birləşmədir,val uzununa yerdəyişmədən 
dayaq və stopor halqaları ilə fiksə olunub.Qynaq gövdədən, separatordan,qurşaqdan 
və altı kürədən ibarətdir.Kürələr gövdənin və qurşağın kanallarında yerləşdirilib.Xarici 
oynaqda kanallar radius üzrə hazırlanıb,bu onun 42
0
bucaq altında dönməsinə imkan
verir.Daxili GKH oynağın gövdədəsində kanallar düzünədir,bu detalların uzununa 
istiqamətdə hərəkətinə və intiqalı uzatmağa- qısalmağa imkan verir (bu asqının və


güc aqreqatlarının qarşılıqlı yerdəyişmələrini kompensasiya etmək üçün lazımdır). 
Daxili oynaqda valın maksimal buraxıla bilən meyllənməsi 20

ilə məhdudlaşır.Ox 
boyu yerdəyişmədə kürələr diyirlənmir,sürüşür,bu oynağın f.i.ə-nı azaldır. Qynağın
hermetikliyi qoruyucu örtüklə təmin olunur.Qynağın örtüyü oynağın gövdəsinə və 
intiqalın valına taxılır və xamıtlarla bərkidilir. "BİRFİLD" oynağı "Rtseppa" 
oynağının inkişaf yariantlarından biridir.Bu oynaqda vallar arasında bucaqlar
dəyişdikdə kürələrin kanallarda tələb olunan yerdəyişməsi bölücü linglə deuil, 
yumruqda və fincanda dəyişən dərinlikli oyuqların yonulması ilə əldə edilir.Bu yolla
seperatorun kürələrlə birlikdə yumruğa və fincana nəzərən proporsional yerdəyişməsi
təmin edildi.Bundan başqa kanalların en kəsiyinin profili dairə qövsü üzrə deyil,ellips
üzrə hazırlandı, bu kanalların qıraqlarının əzilməsinin və 8qəlpələnməsinin qarşısını 
aldı.Bu oynağın f.i.ə. dönmə bucağından asılı olaraq 95—99% qədərdir,oynaq 45


yə qədər bucaq altında isləyə bilir. "TRİPOD"-TİPLİ üçdişli oynaq da "Rtseppa" dan
törəmədir. lakin onun konstruksiyası əvvəlkilərdən ciddi fərqlənir.
"Tripod" oynağında üç diyircək oynağın sapfalarına yerləşdirilir. Sürtünmə qüvvələrini 
azaltmaq üçün diyircəklər iynəli yastıqlar üzərində yerləşdirilir və gövdədə açılmış qaçış 
yolunda diyirlənmə hərəkəti edir.Bu oynaq minik avt-rdə və kiçik tonnajlı yük avt-rində 
istifadə edilir.Üçdişli oynaqlar iki tipdə olur: sərt və universal.Birincilər vallar arasındakı
bucaq 43
o
–yə qədər olduqda burucu momenti ötürür, lakin bu zaman oxboyu 
yerdəyişmə yolverilməzdir, buna görə də onlar "sərt" adlandırılıb.Avt-bildə onlar xarici 
oynaq kimi istifadə edilir.Universal üçgedişli oynaqlarda oxboyu yerdəyişmə 
yolveriləndir, bu isə qeyri-hamar yollarda hərəkət etdikdə qabaq asqının və qüvvə 
aqreqatlarının rəqslərini kompensasiya etmək üçün lazımdır.Digər tərəfdən belə-
oynaqlar kiçik bucaqlarda (25
o
-yə qədər) istifadə edilə bilər, buna görə də adətən onlar 
bərabər bucaq sürətli kardan oynaqlarında daxili oynaq kimi istifadə edilir. 

Download 4,76 Mb.
1   ...   23   24   25   26   27   28   29   30   ...   102




Download 4,76 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



BƏRABƏR BUCAQ SÜRƏTLİ KARDAN OYNAQLARI

Download 4,76 Mb.
Pdf ko'rish