T texniki kolleci




Download 4,76 Mb.
Pdf ko'rish
bet35/102
Sana09.12.2023
Hajmi4,76 Mb.
#114579
TuriMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   102
Bog'liq
NV-konstruksiyası-və-nəzəriyyəsi

Sükan mexanizmi. 
Sükan mexanizmi sükan çarxının fırlanma hərəkətinin sükan intiqalının irəliləmə
hərəkətinə çevirərək,idarə olunan təkərlərin dönməsini təmin edir. Sükan
mexanizminin vəzifəsi sürücünün sükan çarxına tətbiq etdiyi qüvvəni artırıb, onu 
sükan intiqalına ötürməkdir. Sürücünün tətbiq etdiyi qüvvəni artırmaq,avt-qüvvənin
artırılması sükan mexanizminin ötürmə ədədi hesabına baş verir. Sükan mexanizminin
ötürmə ədədi avt-bilin tipindən asılı olub,minik avt-billəri üçün 15-20,yük avt-billəri və
avtobuslar üçün 20-25 arasında dəyişir.Belə ötürmə ədədi sükan çarxının bir-iki tam 
dövrü ərzində avt-bilin idarə olunan təkərlərinin .30-45
o
-yə bərabər maksimal bucaq
altında döndərilməsini təmin edir.Avt-billərdə müxtəlif tipli sükan mexanizmləri
tətbiq olunur.Belə mexanizmlərin konstruksiyası sükan çarxı valı üzərində yerləşdirilmiş
və dişli taması ilə ilişmədə olan dişli çarxdır.Sükan çarxı fırlandıldıqda, tamasa
sağa və ya sola hərəkət edir və ona birləşdirilmiş sükan dartqıları vasitəsi ilə idarə
olunan təkərləri döndərir.Minik avt-rində belə mexanizmin geniş istifadə olunmasına 
səbəb kontruksiyasının sadəliyi, kütləsinin və qiymətinin az olması, f.i.ə-nın yüksək
olması,dartqı və oynaqların sayının az olmasıdır.Bundan başqa avtomobilin eni
istiqamətdə yerləşdirilmiş tamasalı sükan mexanizminin gövdəsi mühərrik bölməsində 
mühərrikin,transmissiyanın və avt-bilin digər aqreqatlarının yerləşdirilməsi üçün
lazımi qədər yer saxlayır.Tamaslı sükan mexanizmləri böyük sərtliyə malik olur,bu
isə sərt manevrlərdə avtomobilin dəqiq idarəolunmasını təmin edir.Bununla
bərabər tamasalı sükan mexanizminin müəyyən çatışmamazlıqları da var: yol
nahamarlıqlarından dəyən zərbələrə qarşı həssas olması və belə zərbələrin sükan 
çarxına ötürülməsi;sükan idarəsinin vibroaktivliyinə meyllilik,detalların çox yüklənməsi, 
asılı asqılı avtomobildə belə sükan mexanizminin yerləşdirilməsinin ifadəsini yalnız
qeyri-asılı asqılı minik avtomobilləri ilə (idarə olunan oxa düşən yük 24 kN-a qədər
o lduqda) məhdudlaşdırıb.Tamasalı sükan mexanizmin tiplərində biri də dişlən 
mexanizmdir. Bu mexanizm də yuxarıda tısvir olunmuş sükan mexanizmində tamasanın 
üzərindəki dişlərin addımı dəyişəndir, özü də mərkəzdə addım,kənardakılardan 
böyükdür(şəkil 6.7). 


Dəyişən addım dişli çarxı fırlatdıqca, sükan idarəsinin ötürmə ədədini artırmağa
imkan verir.Faktiki olaraq bu sistemdə sükan çarxı nə qədər çox fırladılırsa, 
sürücüdən tələb olunan qüvvə bir o qədər az olur.Düz xətt üzrə getdikdə sükan
idarəsi,sükan çarxının kənar vəziyyətə qədər döndərilmə halına nəzərən "ağrıdır", 
bu manevr etməni və parklamanı asanlaşdırır.Dəyişən ötürmə ədədli ədədli sükan
mexanizmində proporsional artan ötürmə ədədi nəzərdə tutulub.VAZ-2110 avt-
bilinin sükan idarəsində sükan mexanizminin karteri 5 alüminm xəlitəsindən tökmə
üsulla hazırlanıb.Onun daxilində iki yastıq üzərində tamasa 19 ilə ilişmədə olan
intiqal dişli çarxı 26 yerləşdirilir. Qabaq yastıq 25 (valın başında) – diyircəkli, arxa
yastıq 27 (sükan valına yaxın) isə- kürəvidir.Kürəvi yastıq oxboyu yerdəyişmənin
qarşısını almaq - onun daili halqası valda stopor halqası 28 ilə saxlanılır, xarici
halqası isə sükan mexanizmin karterində qayka 31 ilə öz yuvasına sıxılır.Qaykanın
oyuğunda kipləşdirici halqa 30, qayka və stopor halqası arasında isə -qoruyucu
şayba 29 var.Qaykanın öz-özünə açılmasına dişli stopor şaybası mane olur.Qayka
qoruyucu örtüklə (toztutucu) 16 örtülüb.Toztutucuda və karterdə tamasanı orta
vəziyyətə gətirmək üçün (təkərlərin görüşməsini nizamladıqda) nişanlar var. 
Tamasa intiqal dişli çarxının dişlərinə metal keramik dayaq 21 vasitəsilə yayla 22 
sıxılır.Rezin halqa 20 dayağı karterdə kipləşdirir.Yay isə öz növbəsində nizamlayıcı
qayka ilə 23 sıxlır.Sükan intiqalı iki sükan sartqısından və qabaq asqının teleskopik 
dayaqlarına qaynaq olunmuş dönmə linglərindən 11 ibarətdir. Hər dartqı öz növbəsində 
iki hissədən –daxili 12 (uzun) və xarici 9 (qısa) dartqılardan və həmçinin uclarında 
əks istiqamətinli xarici yivlər yonulmuş, ortasında isə altıüzlü nizamlayıcı dartqıdan


8 (daxili və xarici dartqıları birləşdirən) ibarətdir. Nizamlayıcı dartqı fırladıldıqda, 
sükan dartqısının uzunluğu dəyişir.Nizamlama başa çatdıqdan sonra sükan dartqılarının
ucları boltlarla dartılır.Xarici (qısa) dartqı 9 kürəvi oynaqla 10 dönmə linginə 11
birləşib. Çirkəndən qorunmaq üçün oynaq rezin qoruyucu örtüklə örtülüb. Oynaq, 
ucluqla sökülməyən konstruksiya təşkil edir,buna görə də o sıradan çıxdıqda ucluq 
dəyişməli və təkərlərin görüşməsi nizamlanmalıdır.Sonsuz vint mexanizmndə sükan
valının sonunda silindrik sonsuz vint nəzərdə tutulur. Sonsuz vint sükan
mexanizminin üstünlüyü böyük ötürmə ədədinin (22:1-ə qədər) asan əldə
edilməsidir.Dişli sektorun dişləri sonsuz vintlə daimi ilişmədədir,sükan valının
istənilən döndərilməsi dişli sektorun dönməsinə səbəb olur. Sükan soşkası dişli
sektora bərkidilib və bir qayda olaraq 70
o
dönə bilir.İşçi elementlərin sürüşmə
sürtünməsi hesabına belə tipli sükan mexanizminin yeyilməsi nisbətən yüksəkdir,lakin
onu nizamlamaq olar. 

Download 4,76 Mb.
1   ...   31   32   33   34   35   36   37   38   ...   102




Download 4,76 Mb.
Pdf ko'rish