yarımox qırıldıqda,onu sadəcə çıxartmaq olar (əgər bu tam intiqallı avtomobildirsə -bir
körpü ilə hərəkət etmək olar).
Çatışmayan cəhətləri:
daha mürəkkəb konstruksiyadır;çəkisi çoxdur.
Avt-bilin qabaq və arxa oxlarının
intiqal valları mühərrikin burucu momentini aparan
təkərlərə ötürür,aparan təkərlərin lazımi dönməsini təmin edir və asqının rəqsləri zamanı
oxboyu yerdəyişməni kompensasiya edir və arzuolunmaz vibro səs-küy effektini izolə
edir.
Intiqal valları qabaq intiqallı avt-rdə ötürmələr qutusu və təkərin topu arasında, arxa
intiqallı və qeyri-asılı asqılı avt-rdə arxa körpünün baş ötürməsi və təkər topu arasında
yerləşdirilir.
Hərəkət zamanı yüklənmə dərəcəsinin fərqlənməsi və yol şəraiti ilə bağlı diferensialın və
təkər topunun bir-birinə nəzərən yerdəyişməsi baş verir.Tormozlama və sürətlənmə
zaman daimi yuxarı və aşağı hərəkət də intiqal ilə kompensasiya olunur.
Hər bir təkər intiqalı konstruktiv olaraq bir-biri ilə intiqal valı ilə birləşmiş iki bərabər
bucaq sürətli kardan oynağından ibarətdir:
aparan təkər tərəfdə yerləşən oynaq fiksə edilmiş, ötürmələr qutusu (diferensial) tərəfdə
olan digər oynaq isə (hərəkətli) plunjer tipli olur.
qeyd etmək lazımdır.