ibarətdir.Bölünmüş baş ötürmələr konik və ya hipoid cüt şəklində mərkəzi reduktordan
və təkər toplarında və ya təkərə yaxın yerləşdirilmiş iki reduktordan ibarətdir.
Baş ötürmənin işini arxa körpünün sxemində aydınlaşdıraq.Burucu moment
kardan
+ötürməsindən flans 1 vasitəsi ilə aparan vala 2 ötürülür. Aparan konik dişli çarx
aparan valın üzərində onunla birlikdə fırlanır.Aparan dişli çarx 3 aparılan dişli çarxı 4
fırladır və burucu moment yarımoxlar 6 vasitəsilə aparan təkərlərə 5 ötürülür.
Konik baş ötürmədə dişlərin möhkəmliyini və eyni zamanda ilişmədə olan dişlərin
sayını artırmaq üçün,adətən, əyrixətli spiral dişli çarxlar istifadə olunur.Yük avt-bilinin
birqat konik baş ötürməsinin kiçik dişli çarxı (aparan dişli çarx) 9 valla birlikdə bütöv
hazırlanır və aparan flans ilə kardan ötürməsinə birləşdirilir.
Valın əyilməsini azalatmaq üçün o dişli çarxın hər iki tərəfində yerləşən üç diyircəkli
yastıq üzərində yerləşdirilib.Konik diyircəkli radial-dayaq yastıqlar 10 gövdədə və aparan
val üzərində, diyircəkli radial yastıq 4 isə yalnız aparan val üzərində bərkidilib və
karterdə sərbəst yerləşdirilib. Böyük dişli çarx (aparılan dişli çarx) 12 iki konik diyircəkli
radial-dayaq yastıq 2 üzərində fırlanan diferensialın gövdəsinin flansına bərkidilib.
Diyircəkli radial-dayaq yastıqları ilkin gərilmə ilə yerləşdirilir.Baş ötürmənin dişli
çarxlarını zavodda seçirlər və xüsusi dəzgahda bir-birinə uyğunlaşdırırlar.Onların
ilişməsini nizamlayıcı araqatlarının 8 qalınlığını yığım zamanı dəyişməkl -kiçik dişli çarxı
böyük dişli çarxa nəzərən hərəkət etdirməklə nizamlayırlar. Böyük burucu moment
ötürüldükdə böyük dişli çarxa təsir edən oxboyu qüvvə onu çəpləşdirən moment
yaradır.Buna görə də ilişmənin pozulmasının qarşısını almaq üçün yük avtomobillərinin
baş ötürmələrində nizamlanan dayaq yerləşdirilir, böyük yüklənmə ötürülərək böyük dişli
çarx yan tərəfi ilə bu dayağa söykənir.İkiqat bölünmüş baş ötürmədə burucu moment
əsasən təkər reduktorlarında artır.Baş ötürmənin mərkəzi reduktorunun spiral dişli bir
cüt dişli çarxı olur.
Kiçik dişli çarxın 4 valı (aparan val) 1 iki diyircəkli radial-dayaq yastığına 2 söykənir.
Konik böyük dişli çarx 3 diferensialın gövdəsinə bərkidilib.Təkər reduktoru planetar
hazırlanıb.Planetar mexanizmin dişli çarxları düz dişlidir. Burucu moment diferensialdan
iki yarımox 5 vasitəsilə günəş dişli çarxa 7 ötürülür.Günəş dişli çarxdan burucu moment
üç satellitə 9 ötürülür.Satellitlər aparan bəndin 10 oxlarında radial diyircəkli yastıqlar
üzərində yerləşdirilib,oxların sonu aparan bəndin deşiklərinə preslənib.Aparan bənd
sancaqlarla təkərin topuna 8 bərkidilib.Tərpənməz dişli tac 6 arxa körpünün tirinə
bərkidilir.