aparılan dişli çarxı ilə birləşdirilir.Satellitlər planetar reduktor rolu oynayır və yarımox
dişli çarxlarını diferensialın gövdəsi ilə birləşdirir.Yarımox dişli çarxları (günəş) aparan
təkərlərlə yarımoxlarla şlisli birləşmə ilə birləşir. "Qazel" QAZ-3302 avt-bilinin diferensial
mexanizmində baş ötürmə differensialla birlikdə reduktor təşkil edir və arxa körpünün
karterində yerləşdirilir.Körpünün belə konstruksiyası "bandjo" adlandırılır.Diferensialın
gövdəsi iki hissədən 1,9 (satellitlərin sol və sağ qutularından) ibarət olub öz aralarında
boltlarla 2 birləşdirilir.Gövdədə satellitlərin iki oxu 7, dörd satellit 6 və dayaq şaybalı iki
konik yarımox dişli çarxları 4,8 yerləşdirilib.Yarımox dişli çarxlarının şlisli deşiklərinə
yarımoxların şlisli ucları daxil olur.Konik simmetrik diferensialın işini aydınlaşdıraq.Avt-bil
düzxətli hərəkət etdikdə hər körpünün aparan təkərləri eyni hərəkətə müqavimətlə
rastlaşır, onlar eyni sürətlə fırlanır və eyni yol gedir.Bu zaman diferensialın gövdəsi,
satellitlər və yarımox dişli çarxları bütöv halda fırlanır.Bu halda satellitlər öz oxları
ətrafında fırlanmır, yarımox dişli çarxlarını pərçimləyir və hər iki aparan təkərə eyni
burucu moment ötürülür.Avt-bil döndükdə, dönmə mərkəzinə tərəf daxili təkərə,xarici
təkərə nisbətən böyük hərəkətə müqavimət qüvvəsi təsir edir, o, ləng fırlanır və bununla
da daxili təkərin yarımox dişli çarxı öz fırlanma sürətini azaldır.Nəticədə aparan təkərlər
məhz bu tələb olunur. Avt-bil nahamar yollarda hərəkət etdikdə aparan təkərlər müxtəlif
müqavimətlə rastlaşır və müxtəlif yol gedir.Buna uyğun olaraq,diferensial onlar üçün
müxtəlif fırlanma sürəti,sürüşməsiz və yerində boş fırlanmasız diyirlənməni təmin edir.
Simmetrik diferensial ona ötürülən burucu momenti,bucaq sürətlərinin isttənilən
nisbətində bərabər paylayır.Belə diferensialın təkərlərarası qismində istifadə edilməsi
düzxətli hərəkətdə və həmçinin sürüşkən yollarda mühərriklə tormozlama halında
dəyanətliyi yaxşı təmin edir.Konik simmetrik diferensial kiçik sürtünməli diferensialdır.
Diferensialdakı sürtünmə avt-bilin keçicilik qabiliyyətini artırır, diferensial geri
qalan
təkərə qabağa gedən təkərə nəzərən daha böyük moment ötürülür.Bu zaman aparan
təkərlərdəki cəm dartıcı qüvvə artır.Lakin kiçik sürtünməli diferensialda cəm dartıcı
qüvvənin artımı cəmi 4-6% təşkil edir, bu isə avt-bilin dartıcı keyfiyyətlərini və keçicilik
qabiliyyətini artıra bilmir.Belə avt-bil sürüşkən yollarda avt-bilin keçicilik qabiliyyətini
məhdudlaşdırır.Aparan təkərlərdən biri sürüşkən, digəri isə quru bərk yol səthinə
düşdükdə bu xüsusi ilə aydın özünü göstərir. Burucu momentin cəmi avt-bilin hərəkəti
üçün kifayət etməzsə avt-bil dayanacaq.Bu zaman quru bərk yolda olan təkər
tərpənməz dayanacaq, sürüşkən yoldakı təkər isə -yerində fırlanacaq.Müasir
diferensiallar demək olar ki, bu çatışmamazlıqdan uzaqdır.Bu çatışmamazlığı aradan
qaldırmaq üçün onlarda müxtəlif konstruksiyalı bloklanan diferensiallardan istifadə
edilir.Bununla yanaşı müasir minik avtomobilləri kurs dəyanətliyi sistemi ilə təchiz
olunur, bu sistem hərəkət trayektoriyasından asılı olaraq burucu momenti oxlar arasında
və ayrı-ayrı təkərlər arasında optimal paylanmaya əsaslanır.