İdarə edici quruluş mexanizmin giriş valında yerləşdirilmiş zolotnik (təzyiq modulyatoru)
şəklində hazırlanır.Nasosun yaratdığı təzyiq hesabına işçi maye sükan mexanizmindəki
zolotnikli paylayıcı klapana daxil olur.Sükan valı düzxətli vəziyyətdə olarsa,işçi maye
zolotnik paylayıcıdan keşərək baka qayıdır(sarı rəng).Sürücü sükan çarxını döndərdikdə,
zolotniki paylayıcı klapan işçi mayeni (şəkil 6.24,b-qırmızı zəng) tamasalı sükan
mexanizminin sonunda yerləşən silindrdəki porşenin uyğun tərəfinə yönəldir.Porşenə
təsir edən işçi mayenin istənilən təzyiqi tamasanın yerdəyişməsinə səbəb olur,bu
lazımı
istiqamətdə döndərir.Porşenin əks tərəfindən işçi maye,zolotnikli paylayıcıdan
keçməklə, baka qayıdır((şəkil
6.24.b-yaşıl rəng) . Əgər sürücü sükan çarxını əks tərəfə
döndərərsə, əks proses baş verir.Sükan idarəsi gücləndirici, sırada çıxarsa ,sükan
mexanizminin mexaniki təsiri saxlanılır. Lakin sürücü xeyli çox qüvvə sərf etməli
olur. Hidrogücləndidricinin növlərindən bir də elektrohidravlik gücləndiricidir.
Gücləndiricilərdə hidravlik nasosun elektrik mühərriki avt-bilin bort şəbəkəsindən
qidalanır.Elektrik mühərrikinin dövrəsində elektron nizamlama sxeminin tətbiq
olunması imkanının olmasıdır.Sürətdən asılı olaraq sükanda qüvvənin nizamlanması
sistemə əlavə komfort və təhlükəsizlik gətirir.Düzünə hərəkət.—Avt-bil düzünə
hərəkət etdikdə zolotnik və paylayıcı giliz torsion vasitəsi ilə neytral vəziyyətdə
saxlanılır.Sükan gücləndiricisinin vericisi sükan çarxının dönmə sürəti siqnalını yaratmır.
İşçi maye idarəetmə qovşağından keçərək,praktiki olaraq təzyiqi artırmadan baka
tökülür.Zolotnikdə və paylayıcı gilizdə idarəedici yarəqlar bir-birinə nəzərən elə
vəziyyətdə olur ki,işçi maye qüvvə silindrin hər iki həcminə daxil olur və onlardan
axaraq paylayıcı gilizin yarıqlarından keçməklə baka axır(şəkil 6.27,a).Sola
dönmə.—
Torsionu fırlatdıqda zolotnikin paylayıcı gilizə nəzərən dönməsi baş verir.Bu halda
zolotnikin idarəedici yarıqları işçi mayenin qüvvə silindrinin sağ həcminə
daxil
olma yolunu açır(şəkil 6.27,b).Təzyiq altında silindrə daxil olan işçi maye sükan
idarəsinin işinə kömək edir. Eyni zamanda zolotnuk işçi mayenin qüvvə
silindrinin sol
tərəfinə daxil olma yolunu bağlayır və oradan boşaltma yolunu açır.İşçi silindrin sağ
həcmindəki təzyiqin təsiri ilə işçi maye sol həcmdən boşaltma boru xəttinə sıxışdırılır.
İdarə olunan təkərlərin dönmə prosesi başa çatdıqdan
sonra torsion zolotniki
paylayıcı gilizə nəzərən neytral vəziyyətə qaytarır.
Sağa dönmə.- Proses sola