Tormoz mexanizmləri.
Tormoz mexanizmlərinin ən çox yayılmış növü fırlanan hissələrin tərpənməz hissələrə
sürtünmə prinsipinə əsaslanan sürtünməli tormoz mexanizmləridir. Fırlanan detalların
formasına görə diskli və barabanlı tormoz mexanizmləri istifadə edilir.Barabanlı
tormozlarda fırlanmayan detallar qəliblər və ya lent, diskli tormozlarda isə- yalnız
qəliblər ola bilər.Hazırda avt-billərdə əsasən qəlibli barabanlı və diskli tormoz
mexanizmləri istifadə olunur.
Tormoz mexanizmlərinin müxtəlif əlamətlərə görə təsnifatı verilmişdir.Qəlibli
barabanlı tormozlar –öz xarici oxşarlıqlarına baxmayaraq konstruksiyasına və
xüsusiyyətlərinə görə bir-birindən çox fərqlənir.Şəkil 7.4-də qəlibli barabanlı tormoz
mexanizmlərinin əsas sxemləri verilmişdir.
Əsasən qəliblərin dayaqlarının yerləşməsinə və qəliblərin aralayaraq,onları daxildən
barabanın iç tərəfinə sıxmaq üşün tətbiq olunan qüvvələrin xarakterinə görə fərqlənir.
Konstruksiyadakı xüsusiyyətlər iş xüsusiyyətlərindəki fərqlərin yaranmasını da müəyyən
edir.Tətbiq qüvvələri bərabər və dayaqları bir tərəfdə yerləşən tormoz mexanizmi,a
şəkil göstərilib. Qəliblər yaylarda dartılır.Qəliblərin ucları təkər silindrlərinin porşenlərinə
söykənir.İşçi silindrlər baş tormoz silindri ilə və öz aralarında boru xətləri ilə birləşir.
Tətbiq qüvvələrinin eyni olması işçi silindrin porşenlərinin diametrlərinin eyni olması ilə
əldə edilir.Dayaqları paylanmış tormoz mexanizmi- şəkil .7.4,b),hər biri uyğun
dayaq barmağı üzərində yerləşdirilmiş iki eyni qəlibə malikdir. Porşenlərin diametri eyni
olduğundan qəliblərə təsir edən- qüvvələr eyni olur. Servotormoz (şəkil 7.4.c)avt-
bildə transmissiya duracaq tormozu kimi istifadə edilir. Servotormozun dayaq diski
ötürmələr qutusuna bərkidilir,onun üzərində iki qəlib,sıxıcı və nizamlayıcı mexanizm
yerləşdirilir.Qəliblər dartıcı yaylarla sıxıcı mexanizmin ayırıcı mexanizminə sıxılır.Sol
qəlibin dartıcı yayının qüvvəsi sağ qəlibinkindən az olur.Tormozlama zamanı ilk olaraq
dartıcı yayı zəif olan sol qəlib barabana sıxılır,tormozlama avt-bilin qabağa hərəkəti
zamanı baş verərsə bu qəlib baraban tərəfindən tutulur və onun aşağı ucu sağ qəlibi
hərəkət etdirir.Hər iki qəlib aktiv qəlib kimi işləyir,həm də sağ qəlib üçün sıxıcı qüvvə sol
qəlibdən ötürülən sürtünmə qüvvələri olur.Transmissiya duracaq tormozunun yaratdığı
tormoz momenti baş ötürücü tərəfindən artırıldığı üçün 1902(şəkil 7.4.d)qəliblər ayırıcı
yumruqla hərəkət etdirilir.Yumruğun profili elə hazırlanır ki,qəliblərin uclarının
yerdəyişməsi eyni olsun.Tormoz mexanizminin tarazlaşması təmin edilir. tormoz
momentləri və üstlüklərin yeyilməsi eyni olur.Şəkil 7.5-də tətbiq qüvvələri bərabər
olan,dayaqları bir tərəfdə yerləşmiş barabanlı tormoz mexanizmi göstərilmışdir. Tormoz
sipəri avt-bilin arxa körpüsünün tirinə sərt bərkidilir, işçi tormoz silindri,qəliblərin
dayaqları isə öz növbəsində sipərə bərkidulir.Tormoz pedalını sıxdıqda,silinfrdə porşenlər
aralanmağa və tormoz qəliblərinin yuxarı uclarına təsir etməyə başlayır. Yarımhalqa
formasında olan qəliblər öz üstlükləri ilə dairəvi tormoz barabanının daxili səthinə sıxılır.
Fırlanan barabanla fırlanmaya qəliblər arasında yaranan sürtünmə qüvvələri barabanı
tormozlayır.Tormoz barabanı təkərin topuna bərkidildiyinə görə barabanın
tormozlanması avt-bilin tormozlanmasını yaradır. Tormoz pedalına təsir kəsildikdə,
qaytarıcı yaylar qəlibləri başlanğıc vəziyyətə qaytarır. Tormoz mexanizmində baraban
saat əqrəbinin əksi istiqmətdə fırlandıqda tormozlama aparılarsa 2 mövqeyi ilə işarə
olunan qəlib baraban tərəfindən tutulur və öz dayağına sıxılır,nəticədə bu qəlib
tərəfindən yaranan tormoz mimenti artır,bu qəlib aktiv və ya öz-özünə sıxılan qəlib
adlanır.Digər qəlib isə öz dayağından aralanmağa çalışlır,yaranan tormoz momenti
azalır,bu qəlib passiv və ya öz-özünə aralanan qəlib adlandırılır. Diskli tormoz ilk dəfə
1902-ci ildə İngiltərədə doktor F.V.Lançestr tərəfindən patentləşdirilib.Hazırda müasir
minik avt-llərinin işçi tormozunda barabanlı tormozlar praktiki olaraq çox az istifadə
olunur,onlar diskli tormoz mexanizmləri ilə əvəz edilib.
|