qorxulu həddə çatır.İşçi tormozdan istifadə edərək sürücü tormozlama aparır. sürəti
aşağı salır.Bir qədər sonra avt-bil yenidən sürətlənir və proses təkrarlanır. Davamlı
enişlərdə bu şinlərin,tormoz üstüklərinin yeyilməsinə,ən başlıcası isə tormoz
mexanizminin temperaturunun artmasına səbəb olur.Tormoz mexanizmlərinin
üstlükləri qızdıqda, üstlüyün barabana sürtünmə əmsalı azalır və nəricə olaraq tormoz
mexanizminin effektivliyi azalır.Qızmış tormoz mexanizmli avt-bilin tormoz
xüsusiyyətlərinin kəskin pisləşməsi ağır nəticəli yol- nəqliyyat hadisəsinə səbəb ola
bilər.Köməkçi tormoz sistemi davamlı enişlərdə işçi tormoz sistemindən istifadə
edilnədən avt-bilin kiçik sabit sürətlə hərəkətini təmin edir.Soyuq işçi tormoz sistemi
istənilən anda maksimal effektivliklə tormozlama aparmaq imkanında olmalıdır. Köməkçi
tormoz sistemi avt-bilin sürətini sıfıra qədər azalda bilməz. Normativ sənədlərə görə
köməkçi tormoz sisteminin effektivliyi 7%-lik 7 km uzunliğunda enişdə avt-bilin sürətini
(30
-
+
5)km/saat həddində saxlamalıdır.Konstruktiv olaraq köməkçi tormoz üç üsulla
hazırlanır.mühərrik
aerodinamik tormoz da tətbiq olunur.Hər bir tormoz sistemi
tormoz mexanizmlərindən və tormoz intiqalından ibarətdir.Tormoz mexanizmləri birbaşa
təkərlərdə və ya transmissiyanın fırlanan detallarında yerləşdirilə bilər.İntiqal vasitəsi ilə
tormoz mexanizmləri idarə olunur. Əksər tormoz sistemlərində,idarə edilməni
yüngülləşdirən,tormoz sisteminin effektivliyini və artıran gücləndiricilər və ya digər
quruluşlar yerləşdirilir.Tormoz idarəsinə yüksək tələblər qoyulur,ki,o,avt-bilin aktiv
təhlükəsizliyinin təmin olunmasının çox vacibi vasitələrindən biridir.Avtonəqliyyat
vasitələrinin tormoz sistemlərinə aid,bir neçə beynəlxalq normativ sənədlər qəbul
edilib.Onlardan ən vacibi BMT-nin Avropa İqtisadi Komissiyasının 13 saylı Qaydalarıdır.
Minik avt-llərrində,kiçik tonnajlı yük avt-llərində və mikroavtobuslarda tormoz
sistemlərinin effektivliyini və tormozlanma zamanı dayanıqlığı artıran tormoz
gücləndiriciləri və həmçinin digər quruluşlar istifadə edilən əksər avt-llərin tormoz
intiqalında tormozların antibloklayıcı sistemi(ABS) olur.