Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari




Download 135.69 Kb.
bet3/27
Sana15.03.2017
Hajmi135.69 Kb.
#80
TuriQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   27
2. Elektrik mühərrikləri
2.1. Elekrik mühərriklərinin, onların işəsalma-tənzimedici qurğularının və mühafizələrinin istismarı zamanı işəsalma və iş rejimlərində etibarlı işləmələri təmin edilməlidir.

2.2. Elektrik stansiyalarının xüsusi sərfiyyat şinlərində gərgnlik nominalın 100-105% həddində saxlanılmalıdır. Zəruriyyət yarandıqda nominal gücü saxlamaqla elektrik mühərriklərinin nominalın 90-110% gərginliklərində işləməsinə icazə verilir.

Qidalandırıcı şəbəkənin tezliyi nominal qiymətin ±2,5%- i həddində dəyişdikdə elektrik mühərriklərinin nominal güclə işləməsinə icazə verilir.

Nominal qiymətlərə görə gərginlik ±10%-ə və tezlik ±2,5%-ə qədər eyni vaxtda fərqləndikdə elektrik mühərriklərinin nominal gücü saxlanmalıdır. Buna o şərtlə icazə verilir ki, yüksəldilmiş gərginliklə və azaldılmış tezliklə və ya azaldılmış gərginliklə və yüksəldilmiş tezliklə işləyən zaman gərginlik və tezliyin fərqlənmələrinin mütləq qiymətlərinin cəmi 10%-dən artıq olmasın.

2.3. Elektrik mühərriklərinin və onların hərəkətə gətirdiyi mexanizmlərin üstündə fırlanma istiqamətini göstərən oxlar çəkilməlidir. Elektrik mühərriklərində və onların işəsalma qurğularında aid olduqları aqreqatın adı yazılmalıdır.

2.4. Tozlu və yüksək rütubətli otaqlarda quraşdırılan üfürülən elektrik mühərrikləri, temperaturu və təmizliyi zavod təlimatının tələblərinə müvafiq olan təmiz soyuducu hava ötürən qurğularla təchiz edilməlidir. Soyuducu hava yolunun (elektrik mühərriklərinin gövdəsinə hava boruları örtüklərinin birləşmə düyünlərinin, hava borularının, qapaqların) kipliyi ildə bir dəfədən az olmayaraq yoxlanılmalıdır.

Xarici soyuducu ventilyatorların fərdi elektrik mühərrikləri əsas elektrik mühərrikləri açıldıqda və qoşulduqda avtomatik olaraq açılmalı və qoşulmalıdır.



2.5. Rotor dolağı su ilə soyudulan və aktiv stator poladına malik, həmçinin daxilində su havasoyuducuları quraşdırılmış elektrik mühərrikləri gövdədə suyun əmələ gəlməsi barədə siqnal verən qurğularla təchiz edilməlidir. Susoyuducu sisteminin avadanlıqları və aparatlarının istismarı, kondensatın və suyun keyfiyyəti zavod təlimatlarının tələblərinə uyğun olmalıdır.

2.6. Yastıqların məcburi yağlanma sisteminə malik elektrik mühərriklərində yastıqların metalının temperaturu artdıqda və ya yağın daxil olması kəsildikdə siqnala və elektrik mühərrikinin açılmasına işləyən mühafizə quraşdırılmalıdır.

2.7. Məsul istilik-mexaniki avadanlıqların elektrik mühərriklərinin (fırlanma tezliyi tənzimlənən elektrik mühərrikləri daxil olmaqla) elektrik qidalanmasında fasilə yarandıqda əsas avadanlığın dayanıqlı texnoloji rejimi saxlanılmaqla işçi və ya ehtiyat qida mənbəyindən gərginlik təkrar verilən zaman elektrik mühərriklərinin qrup şəklində öz-özünə işə qoşulması təmin edilməlidir.

Qidalanma kəsildikdə texnoloji və ehtiyat elektrik mühafizəsinin gözləmə müddəti ilə müəyyənləşdirilən fasilə 2,5 saniyədən çox olmamalıdır.

Məsul mexanizmlərin siyahısı elektrik stansiyasının texniki rəhbəri tərəfindən təsdiqlənməlidir.

2.8. Qısa qapanmış rotorlu elektrik mühəriklərinin soyuq vəziyyətdən ardıcıl 2 dəfə, isti vəziyyətdən isə 1 dəfə işə qoşulmasına icazə verilir. Sonraki işə qoşulmalara zavod təlimatlarında müəyyən edilən müddət ərzində elektrik mühərrikinin soyudulmasından sonra icazə verilir.

Əsas mühafizə ilə açılmış elektrik mühərrikinin təkrar işə qoşulmasına müayinə və izolyasiyanın müqavimətini yoxlamaq məqsədilə ölçmələr aparıldıqdan sonra icazə verilir.

Ehtiyatı olmayan məsul mexanizmlərin mühərrikini xarici baxış keçirildikdən sonra təkrar işə qoşmağa icazə verilir. Ehtiyat mühafizənin işləməsi nəticəsində açılmış mühərriklərin açılma səbəbi aşkar edilənə qədər təkrar işə qoşulması qadağan edilir.

İkisürətli elektrik mühərriklərinin və fırlanma tezliyi tənzimlənən mühərriklərin işəburaxılma xüsusiyyətləri və digər iş rejimləri elektrik mühərriklərinin və tənzimlənən elektrik intiqallarının istismarı üzrə nümunəvi və zavod təlimatları nəzərə alınmaqla tərtib edilən yerli təlimatlarda göstərilməlidir.



2.9. Uzun müddət ehtiyatda olan elektrik mühərrikləri və ehtiyatın avtomatik qoşulma qurğuları texniki rəhbərliyin təsdiqlədiyi cədvəl üzrə mexanizmlərlə birlikdə baxışdan keçirilməli və yoxlanılmalıdır. Bu halda açıq havada yerləşən elektrik mühərriklərinin stator dolağının izolyasiya müqaviməti və absorbsiya əmsalı yoxlanılmalıdır.

2.10. Mexanizmlərlə birləşdirilmiş elektrik mühərriklərinin yastıqlarında ölçülmüş titrəmələrin şaquli və eninə təşkilediciləri (titrəmə sürətinin orta kvadratik qiyməti və ya rəqsetmənin iki qat amplitudası) zavod təlimatlarında göstərilən qiymətlərdən yuxarı olmamalıdır.

Texniki sənədlərdə bu cür göstəricilər olmadıqda mexanizmlərlə birləşdirilmiş elektrik mühərriklərinin yastıqlarının titrəmələri aşağıdakı qiymətlərdən yuxarı olmamalıdır.


sinxron fırlanma sürəti,

dövr/dəq...................................3000 1500 1000 750 və bundan az

yastıqlarda yolverilən

titrəmələr, mkm.........................30 60 80 95


Tüstüsoranlarla və fırlanan işlək hissələri tez yeyilən digər mexanizmlərlə birləşdirilmiş, həmçinin 15 ildən artıq istismarda olan elektrik mühərrikləri üçün yastıqların yüksək titrəmələri ilə aqreqatların işləməsinə yüksək titrəmə səbəblərinin aradan qaldırılması üçün zəruri olan müddət ərzində icazə verilir.

Bu şəraitlərdə titrəmə normaları aşağıdakı qiymətlərdən yuxarı olmamalıdır:


sinxron fırlanma tezliyi,

dövr/dəq...................................3000 1500 1000 750 və bundan az

yastıqlarda yolverilən

titrəmələr, mkm..........................50 100 130 160


Məsul mexanizmlərdə titrəmələrin ölçmə dövriliyi elektrik stansiyasının texniki rəhbərliyinin təsdiqlədiyi qrafik üzrə təyin olunmalıdır.

2.11. Elektrik mühərriklərinin yükünə, fırçalı aparatlara, titrəmələrə, elementlərin və soyuducu cismin temperaturuna (stator dolağı və nüvəsi, havanın, yastıqların və s.) nəzarəti, yastığlara (yağın tələb olunan səviyyəsinin saxlanılması), havasoyuducularına və dolaqlara soyuducu havanın, suyun verilməsi qurğularına texniki xidməti, həmçinin elektrik mühərriklərinin iş buraxılması, fırlanma tezliyinin dəyişilməsi və nəzarəti, dayandırılması üzrə əməliyyatları mexanizmlərə xidmət edən sexin növbətçi heyəti yerinə yetirməlidir.

Soyuducu kameralardan cərəyandaşıyıcı hissələr keçdikdə bu kameraların hüdudlarında soyudulma sxeminə nəzarəti və texniki xidməti elektrik sexinin heyəti həyata keçirməlidir.



2.12. Bədbəxt hadisələr zamanı, elektrik mühərrikinin gövdəsində, işəsalma və təsirləndirmə qurğularında tənzimlənən elektrik intiqalı şkaflarında tüstü və ya alov yarandıqda, hərəkətə gətirilən mexanizmlər zədələndikdə elektrik mühərrikləri dərhal şəbəkədən açılmalıdır.

Elektrik mühərriki ehtiyat (əgər o mövcuddursa) işə buraxıldıqdan sonra aşağıdakı hallarda dayandırılmalıdır:



  1. yanan izolyasiyanın iyi gəldikdə;

  2. elektrik mühərriklərinin və ya mexanizmlərin titrəmələri kəskin artdıqda;

  3. yastıqlarda temperatur yol verilməz dərəcədə artdıqda;

  4. buraxıla bilən qiymətlərdən yuxarı ifrat yüklənmələrdə;

  5. elektrik mühərriklərinin zədələnmə təhlükəsi (su basması, buxarlanma, qeyri-normal səs-küy və s.) olduqda.

2.13. Gücü 100 kVt-dan yuxarı olan dəyişən cərəyanlı elektrik mühərrikləri üçün texnoloji proseslərə nəzarət zəruri olduqda, həmçinin texnoloji ifrat yüklənmələrə məruz qalan mexanizmlərin elektrik mühərrikləri üçün stator cərəyanına nəzarət təmin edilməlidir.

Sabit cərəyanlı elektrik mühərriklərində yanacaq qidalanma intiqalları, turbinin qəza yağ nasosları və valın kipləşdirilməsi üçün onların gücündən asılı olmayaraq lövbərin cərəyanına nəzarət edilməlidir.



2.14. İstilik avtomatikası və ölçmələri sexinin xidmət etdiyi siyirtmələrin elektrik mühərrikləri istisna olmaqla, elektrik mühərriklərinin təmiri və profilaktik sınaqlarını, təmir zamanı onların sökülməsi və quraşdırılmasını, statorun daxilində quraşdırılan havasoyuducularının, fırçalı-kontakt aparatlarının və işəsalma- tənzimləyici qurğuların təmirini elektrik sexinin heyəti yerinə yetirməlidir.

2.15. Aqreqatların mərkəzləşdirilməsini və balanslanmasını; birləşdirici muftaların (elektrik mühərriklərinin və mexanizmlərin yarımmuftalarının) və çıxarılan yastıqların (uc lövhələrin xarici hissələrində, həmçinin şaquli icralı mühərriklərin yükdaşıyıcı çarpazlarında quraşdırılan yastıqlar daxil olmaqla) çıxarılması, təmiri və quraşdırılmasını; elektrik mühərriklərinin sürüşən yastıqlarının içliyinin, özüllərin və çərçivələrin, yağ sisteminin (yastıqların məcburi yağlanmasında), havasoyuducularına, dolaqlara və elektrik mühərrikinin digər elementlərinə hava, həmçinin su verən qurğuların, elektrik mühərriklərinin statorunun daxilində quraşdırılmayan soyuducuların təmiri sadalanan mexanizmlərə xidmət edən sexin heyəti və ya həmin elektrik stansiyasında avadanlıqları təmir edən müəssisənin heyəti tərəfindən aparılmalıdır.

Yerli şərait nəzərə alınmaqla elektrik mühərriklərinin ayrı-ayrı düyün və sistemlərinin təmiri üzrə funksiyaların yuxarıda göstərilən paylaşdırılmasından mümükün kənarlaşmalar elektrik stansiyasının texniki rəhbəri tərəfindən sərəncamla təsdiq edilməlidir.



2.16. Elektrik mühərriklərində ölçmələr və profilaktik sınaqlar qüvvədə olan normativ sənədlərin tələlərinə uyğun təşkil olunmalıdır.

Download 135.69 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   27




Download 135.69 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari

Download 135.69 Kb.