dayanacaqda düşdüyü ana qədər tsikl kimi baxılan sadə nəqliyyat yerdəyişməsi
marşrut gedişi
adlanır. Marşrut gedişi nəqliyyat növünün dəyişdirilməməsi ilə xarakterizə olunur. YDM və TM
arasında bir və ya bir neçə marşrut gedişindən təşkil olunmuş nəqliyyat yerdəyişməsi
şəbəkə
gedişi adlanır.
Beləliklə, şəbəkə gedişi sadə və mürəkkəb ola bilər. Mürəkkəb şəbəkə gedişləri sadələrdən
yolda nəqliyyat növünün (və ya marşrutun) dəyişdirilməsi ilə fərqlənir. Bir nəqiiyyat vasitəsinin
digərinə dəyişdirilməsi həmişə bir marşrut gedişinin qurtarması və digərinin başlanması
deməkdir.
Qeyd etmək lazımdır ki, marşrul və şəbəkə gedişlərinin fərqinin aydınlaşdınlması
nəqliyyat hesabatlarında və sərnişin daşımalarının həcminin təyin olunmasmda böyük əhəmiyyət
kəsb edir.
Mürəkkəb yerdəyişmələri yerdəyişmə zənciri ilə qarışıq salmamaq məsləhətdir. İstənilən
sadə və mürəkkəb yerdəyişmə YDM və TM arasında, heç bir aıalıq TM - nə dəyməmək şərti ilə
həyata keçirilən yerdəyişmədir, belə ki, istənilən TM - nə təşrif buyurmaq baxılan
yerdəyişmənin sonu deməkdir.
Yerdəyişmə zənciri ardıcıİ yerinə yetirilən bir neçə yerdəyişmənin