|
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkiliBog'liq FİZİKİ TƏRBİYƏ-TURANÜrəkgetmə (bayılma) – huşun müvəqqəti itməsidir. Bayılmaya səbəb istivurma, günvurma, güclü ağrı, qorxu, yorğunluq, kəllə-beyin zədələnmələri və s. Ola bilər. Belə olan halda:
- zərərçəkəni arxası üstə uzatmalı və ayaqlarını bir qədər hündürə qaldırmalı
- paltarının yaxasını açmalı
- təmiz havanın daxil olması üçün pəncərələri açmalı
- zərərçəkənin üzünə soyuq su çiləməli və ya naşatır spirti iylətməli.
Dəm qazından zəhərlənmə, yanğın və müxtəlif qəzalar zamanı zərərçəkənlər dərhal hadisə yerindən uzaqlaşdırılmalıdır.
Yanıqlar müxtəlif səbəblərdən – oddan, buxardan, kimyəvi maddələrdən, qızmış metallardan və s. Baş verə bilər. Yanıqların I, II, III və IV dərəcəli olur. Ən qorxulu yanıq IV dərəcəlidir. Yanıqlar zamanı güclü ağrılar olur, zəhərli maddələr yaranıb qana sorulur və zəhərlənmə baş verir. Zərərçəkənə ilk yardım zamanı onun yanan paltarını söndürmək, çoxlu maye içirmək lazımdır. Yanıq zamanı əmələ gələn suluqları deşmək, yaraya yağ və s. Maddələr sürtmək olmaz. Zədələnmiş sahənin üzərinə xüsusi yanıq əleyhinə sarğı qoyulur. Kimyəvi maddələr nəticəsində yaranmış yanıqlar zamanı yanan yer mütləq 15 dəqiqə axar su ilə yuyulmalıdır. Yanıq dəriyə yapışmış paltarı zorla dartıb çıxarmaq olmaz. Onu çox ehtiyatla kəsib çıxarmaq lazımdır.
Dəm qazından zəhərlənmə - Son dövrlərdə dəm qazından zəhərlənməyə tez-tez rast gəlinir. Zəhərlənmə zamanı aşağıdakı hallar müşahidə olunur:
Başgicəllənmə, quru öskürək, başağrısı, ürəkbulanma, qusma,qıcolma,huşun itməsi.
Zəhərlənmə zamanı yardım:
zərərçəkəni açıq havaya çıxarmalı
paltarının yaxasını açmalı
zərərçəkəni yarıoturaq vəziyyətə gətirib, alnına, sinəsinə soyuq kompres qoymalı;
zərərçəkən nəfəs almırsa, süni tənəffüs verilməli və ürəyi dolayı yolla masaj edilməlidir.
Boğulma, suda batma, elektrik və ildırım vurması zamanı – insanlara süni tənəffüs verilə bilər. Bu zaman zərərçəkən üfüqi vəziyyətdə uzadılır, ağzı təmizlənir, başı arxaya əyilir və ağzı açılır. Sonra dərindən nəfəs alıb onun ağzına hava üfürülür. Bu dəqiqədə 16-18 dəfə təkrar olunur. Əgər ürək dayanıbsa, o, dolayı yolla masaj edilir. Yəni hər nəfəsvermədən sonra ürəyi 3-4 sm dərinlikdə 4-5 dəfə sıxmaq lazımdır. Bunu iki nəfərin növbə ilə yerinə yetirməsi daha yaxşı nəticə verər.
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili
|