|
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkiliBog'liq FİZİKİ TƏRBİYƏ-TURANB9 (feol turşusu) – feol turşusu qan yaranma, eritrositlərin, leykositlərin, trambisitlərin əmələ gəlməsində iştirak edir, boy artımını sürətləndirir, daxili orqanlarda piy təbəqəsinin yaranmasını azaldır. Feol turşusu təzə meyvə, tərəvəzdə - pomidordan, paxlalı bitkilərdə, yerkökündə, gül kələmində, şomuda, cəfəridə, kərəvizdə, həmçinin heyvanların qaraciyərindən kifayət qədər vardır. Qida hazırlanması prosesində temperatur təsirindən qidada olan feol turşusunun 60-90%-i parçalanır. Foel turşusunun çatışmamazlığı nazik bağırsağın xəstəliyi ilə əlaqədar ola bilər. Eyni zamanda , qidadan feol turşusunun orqanizmə sorulması üçün B12 vitamininin olması zəruridir. Feol turşusuna gündəlik tələbatın həcmi 0,2-0,3 mq-dır.
B15 vitamini – yağ mübadiləsini yaxşılaşdırır. Toxumalara oksigen sorulmasını yüksəldir. Ürək, sklet əzələləri və qaraciyərdə enerji daşıyan maddələrin (kreotinfisfat və qlikogen) miqdarını artırır.
C vitamini (askorbin turşusu) – orqanizmdə dəmirin sorulmasını (dəmir ionlarını) asanlaşdırır və bununla da hemoqlobinin yaranmasını, eritrositlərin formalaşmasını sürətləndirir, orqanizmdə zülalın – kollagenin əmələ gəlməsinə şərait yaradır. Bu zülal ayrı-ayrı hüceyrələri birləşdirərək vahid toxuma şəklində formalaşdırır. Onun çatışmaması zamanı orqanizmdə yaralar çox gec sağalır. Askorbin turşusu qan damarlarının elastikliyini və keçiriciliyini artıran digər bir zülalın da sintez olunmasına şərait yaradır. Bu zülal ifraz olunmadıqda damarlardan qan axması baş verir. Askorbin turşusu orqanizm üçün fövqaladə xüsusiyyətə malikdir. O, orqanizmin təbii imunobioloji müqavimətini artırır.İnsan orqanizmində C vitamini sintez olunmur, ona görə də onun qida maddələri ilə orqanizmə daxil edilməsi zəruri amildir. C vitamininə olan gündəlik təlabat 25-50 mq-dır. Uzun müddət C vitaminin çatışmaması qan damarlarının xüsusən də kapilyar damarların sıradan çıxmasına gətirib çıxarır, sonra damaq iltihablaşır, qan azlığı yaranır, qanın arterial təzyiqi aşağı düşür. Dodaqlar, burun və dırnaqlarda göyərmə nəzərə çarpır. Askorbin turşusu daha çox göyərtidə, meyvə və tərəvəzdə olur. Bu vitamin xüsusən itburnuda, qara qarağatda, limonda, tam yetişməmiş qozda və sitrus meyvələrində daha çox olur.
D vitamini – bu qrup vitaminlər orqanizmdə kalsium və fosfor mübadiləsində iştirak edir. Mərkəzi sinir sisteminin fəaliyətində mühüm rol oynayan fosfor turşusu mübadiləsini sürətləndirir, boy artmasına müsbət təsir göstərir, qalxanabənzər və cinsi vəzilərin funksional vəziyyətini yaxşılaşdırır. Bu vitamin daha çox balıq və kərə yağında, süddə, yumurta sarısında, balıq kürüsündə, mayada rast gəlinir. D vitaminin çatışmaması uşaqlarda raxit (sümük boşluğu) xəstəliyinin inkişafına səbəb olur ki, bu da dayaq-hərəkət aparatında müəyyən deformasiyaların yaranmasına gətirib çıxarır. Bu vitaminə olan gündəlik tələbat 0,001 -0,002 mq –dır.
K vitamini –bu vitamin qanın laxtalanma qabiliyyətini artırır. Onun çatışmaması zamanı kapilyarların dayanaqlılığı, möhkəmliyi azalır. K vitamini yaraların sağalmasını sürətləndirir, ağrıkəsici və antibakterial təsirə malikdir. Bu vitaminə olan gündəlik tələbat 1-2 mq-dır.K vitamini ağ və gül kələmdə, yerkökündə, şomuda, pomidorda rast gəlinir. Yüksək temperatura davamlıdır, yağda yaxşı həll olunur.
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili
|