|
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkiliBog'liq FİZİKİ TƏRBİYƏ-TURANTənəffüs sistemi
Orqanizmin oksigenlə təchizində və karbon qazının orqanizmdən xaric edilməsində iştirak edir. Tənəffüs sistemində ağ ciyərlər əhəmiyyətli rol oynayır. Məhz ağ ciyərin alveolarında qazların mübadiləsi (qanın hemoqlabində olan dəmir ionların hesabına oksigenin hemoqlabinə birləşməsi və karbon qazının xaric olunan havaya ötürülməsi) baş verir. Fəal hərəki fəaliyyət, sistemli məşğələlər ağ ciyərin həyat tutumunun artmasına, qazların mübadiləsi mexanizminin təkmilləşməsinə şərait yaradır.
İfrazat sistemi
Orqanizmi parçalanma məhsullarından təmizləyib, artıq suyu orqanizmindən xaric edir. Bu işdə böyrəklər və tər vəzləri olduqca böyük rol oynayırlar. Fiziki hərəkətlərin təsirindən ifrazat sistemi orqanizmin təmizlənməsinə daha fəal şəkildə qoşulur. Qan dövranının sürətlənməsi, işlək orqanlarda, əzələlərdə hərarətin yüksəlməsi ümumilikdə ifrazat sisteminin işini daha da canlandırır. Tər ifrazı artır, bərpa prosesi sürətlənir.
Ürək-damar sistemi
Ürək və qan damarlarından ibarətdir. Maddələr mübadiləsinin baş verməsi ürəyin fəaliyyətindən asılıdır. Ürək əzələsinin təqəllüsü nəticəsində oksigen və qida maddələri ilə zənginləşmiş qan damarlar vasitəsi ilə orqan və toxumalara çatdırılır. Ürək nə qədər yaxşı işləyərsə orqanizm bir o qədər oksigenlə keyfiyyətli təmin olunur, maddələr mübadilə məhsullarından və karbon qazından azad olur. Saatlarla yazı masasının arxasında oturmaq televizor və kompüterə baxmaq, hərəkətsizlik, böyüyən orqanizm üçün olduqca ziyanlı təsirə
malikdir. Ürək və damar sistemi hərəkətsizliyə çox tez reaksiya verir. Nəticədə ürəyin, damarların və daxili orqanların fəaliyyəti pozulur. Orqanizmin iş qabiliyyəti aşağı düşür. Şagirdlərin əqli fəaliyyət prosesi pisləşir. Fiziki hərəkətlərin sistemli icrası qan-damar sisteminə müsbət təsir göstərir. Bu sistem daha qənaətcil işləməyə başlayır. Ürək əzələlər qalınlaşır, çəkisi artır, ölçüsü böyüyür. Yeriş, Kris qaçış, orta və uzaq məsafələrə qaçışlar, turist gəzintiləri qan-damar sisteminə əhəmiyyətli təsir göstərir
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili
|