|
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkiliBog'liq FİZİKİ TƏRBİYƏ-TURANƏZƏLƏ SİSTEMİ
İnsan bədənində 600-ə yaxın əzələ vardır. Orta hesabla bədən çəkisinin 40 faiz təşkil edir.
İnsan bədənində 3 tip əzələ toxuması mövcuddur:
-saya əzələ toxuması;
-ürək əzələ toxumaları;
-skelet əzələ toxumaları.
Saya əzələ toxuması-qeyri-ixtiyari təqəllüs xüsusiyyətinə malik olub, boru formalı orqanlarda: qida borusu, qan damarları v\ə respirator orqanlarda rast gəlinir.
Ürək əzələləri – bu əzələ toxumasına ancaq ürəkdə rast gəlinir.
Skelet əzələləri – sümüklərə bağlanır və iradi təqəllüs edərək insan bədəninin və ya ətrafların zaman və məkan daxilində yerdəyişməsini həyata keçirir. İnsanın yeriş, qaçış, tullanma və s. hərəki fəaliyyəti müxtəlif növ və müxtəlif sayda skelet əzələlərinin iştirakı ilə baş verir. Skelet əzələləri yalnız dartma rejimində təqəllüs edir. Bu səbəbdən oynaqlar əzələlərlə əhatə olunmuşdur. Hər hansı ətrafın, hətta adi barmağın bükülməsi bir əzələnin açılması, digər əzələnin isə eyni zamanda yığılması hesabına baş verir.
Bəzən bir hərəkətin icrasında bir neçə, hətta çoxsaylı əzələ qrupu iştirak edir. Adi hesab olunan qaçış hərəkətində 250-dən artıq əzələ iştirak edir. Eyni hərəkətin icrasında iştirak edən, oynağın bir tərəfində yerləşən əzələlər sinergist, əks tərəfdə yerləşən əzələlər isə antaqonist əzələlər adlanır.
Əzələnin strukturu. Hər bir skelet əzələsi xaricdən birləşdirici toxuma – fassiya ilə əhatə olunmuşdur. Bu əzələyə müəyyən forma verir və başqa əzələlərin sürüşməsi üçün mühit yaradır. Bu birləşdirici toxumanın daxilində çoxsaylı uzun və nazik əzələ lifləri yerləşir. Skelet əzələlərin daxili hissəsi əzələ liflərindən təşkil edilmişdir. Əzələ liflərinin özü isə çoxsaylı, paralel miofibrillərdən ibarətdir ki, onların da tərkibi müəyyən zülallardan: aktin və miozindəz ibarətdir. Əzələnin təqəllüs edən hissəsi məhz bu filomentlərdir.
Təqəllüs xüsusiyyətlərinə görə əzələ lifləri bir neçə qrupa bölünür: birinci qrupa aid olan liflər “ləng” (qırmızı) adlanır. Bu liflər nisbətən gec təqəllüs xüsusiyyətinə malik olsalar da, yüksək dözümlülüyə, yəni uzun müddət ərzində təqəllüs etmək, iş görmə qabiliyyətinə malikdirlər. Bu lifləri fərqləndirən qırmızı rəng əzələdə mioqlobinin və qan damarlarının çoxluğudur; ikinci qrup əzələ lifləri yüksək dözümlülük keyfiyyətlərinə malik olmasa da, güclü, sürətli təqəllüs qabiliyyətinə malikdir. Bu cür əzələ liflərində kapilyarlar az olduğuna görə mioqlobin aşağı səviyyədə olur. Lakin qlikogenin yüksək olması bu əzələ liflərində enerji mənbəyinin anaerob yolla bərpasına imkan verir.
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili
|