• A vitamini (retinol)
  • Vitamin B1 (tiamin)
  • Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili




    Download 0,82 Mb.
    bet31/64
    Sana22.06.2024
    Hajmi0,82 Mb.
    #265180
    TuriTəhsil proqramı
    1   ...   27   28   29   30   31   32   33   34   ...   64
    Bog'liq
    FİZİKİ TƏRBİYƏ-TURAN

    VİTAMİNLƏR


    Vitaminlər qida maddələrinin sorulması və orqanizmdə biokimyəvi reaksiyaların baş verməsində çox mühüm rol oynayırlar. Onların bir çoxu orqanizmə qida vasitəsilə daxil olurlar, bəziləri bağırsaqların mikrob florası tərəfindən sintez olunaraq yaradılır və qana sorulur. Hər hansı vitaminin qida rasionunda çatışmaması “hipovitominoz” adlanan xəstəliyin yaranmasına səbəb olur.
    Orqanizmdə maddələr mübadiləsinin normal getməsi bir sıra vitaminlərin aslıdır:
    A vitamini (retinol) – insan orqanizmdə gedən oksidləşmə-bərpa proseslərində, görmə funksiyasının təmin olunmasında, uşaqlarda boyunun artmasında və müxtəlif infeksion xəstəliklərə qarşı orqanizmin müqavimətin formalaşmasında iştirak edir. A vitaminin çatışmaması “toyuq korluğu” , dərinin quru olması, dırnaqların kövrəkliyi və onlarda xəstələrin əmələ gəlməsi, iştahın azalması və tez yorulma kimi əlamətləri olur.
    İnsan orqanizminə hazır formada ancaq heyvani mənşəli qida ilə daxil olur. Bu vitamin balığın və heyvanın qaraciyərində daha çox rast gəlinir. Az miqdarda süddə, qaymaqda, kərə yağında, yumurtada mövcuddur. Bitki mənşəli qida məhsullarında bu vitamin karotin şəklində mövcuddur ki, bu da nazik bağırsaqlarda və qaraciyərlərdə asanlıqla A vitaminə çevrilir. Karotinin əsas mənbəyi göyərti və tərəvəzlərdir: yerkökü, cəfəri, qırmızı istiot, şüyüd, pomidor, şomu, göy soğan ; həmçinin, meyvə və giləmeyvələrdə ; ərik, portağal, limon , şaftalı, itburnu , qara qarağat , moruqda kifayət qədərdir. Karotinin müvafiq qida maddələrindən orqanizmə daha yaxşı sorulması üçün onlar bitki yağları və ya xama ilə qəbul edilməlidir. Sağlam insanın A vitaminə olan sutkada tələbatı 1.5 mq, karotinə tələbatı isə 3mq-dır
    Vitamin B1 (tiamin) – yağ, mineral, karbohidratların və su mübadiləsinin tənzimlənməsində böyük rol oynayır. Bu vitamin eyni zamanda sinir, ürək-damar sistemi, həzm orqanlarına, həmçinin, hüceyrə tənəffüsünə müsbət təsir göstərir. İnsan orqanizmində tiamin nazik bağırsaqlarda yaranır, lakin onun miqdarı kifayət qədər olmadığından qida ilə orqanizmə daxil edilməsi zəruridir. B1 vitaminin çatışmaması zamanı karbohidratların oksidləşməsi axıra kimi getmir və toxumalarda mübadilənin ara məhsulları – üzüm və süd turşusu toplanır və nəticədə sinir impulslarının ötürülməsi prosesi pozulur, hərəkətin icra tezliyi ləngiyir. B1 vitaminin hətta cüzi çatışmamazlığı mərkəzi sinir sisteminin funksiyasının pozulmasına gətirib çıxarır ki, özünü əhval-ruhiyyəsinin asağı düşməsində, tez yorulmada, baş ağrısında, yuxusuzluqda, konsentrasiyanın (diqqətin) azalmasında büruzə verir. Kəskin çatışmamazlığı orqanizmdə “beri-beri” adlanan ağır xəstəliyin yaranmasına səbəb olur. Bu xəstəlik ətrafların hissiyatının azalması, ürək fəaliyyətinin pozulması (ürək vurğularının artması) və orqanizmin infeksiyalara qarşı müqavimətinin azalması ilə müşaiyət olunur. Sağlam insanın B1 vitamininə olan gündəlik tələbatı 2 mq-dır. Bu vitaminə iri buynuzlu heyvanların qaraciyərində, böyrəyində, arpa və qarabaşaq yarmalarından rast gəlinir. Tikintinin ən yaxşı mənbəyi paxlalı bitkilər (araxis, fındıq, qoz) hesab olunur. Bu vitaminin çatışmaması zamanı profilaktik tədbir kimi çörək kvasinın və mayanın qəbul edilməsi tövsiyyə olunur.

    Download 0,82 Mb.
    1   ...   27   28   29   30   31   32   33   34   ...   64




    Download 0,82 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili

    Download 0,82 Mb.