|
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkiliBog'liq FİZİKİ TƏRBİYƏ-TURANEndokrin sistemi
Endokrin sistem və ya humoral sistem (lat. Humor – “maye” deməkdir) – bədənin müxtəlif hissələrində müxtəlif hormonlar ifraz edən və xüsusi maddələr yaradan vəzilərin (qalxanabənzər vəz və böyrəküstü vəz) yaratdığı bioloji orqanlar sistemidir.
11-13 yaş qızlar və 13-14 yaş oğlan yeniyetmələrdə əhəmiyyətli morfofunksional dəyişikliklər baş verir, maddələr mübadiləsinin yüksək aktivliyi müşahidə olunur, hüceyrə və toxumaların təbəqələşməsi artır, boyatma prosesi intensivləşir.
Yeniyetmə dövründə oğlanların və qızların fiziki inkişaf tempinin eyni olması, eyni zamanda bu halın cinsi yetişkənlikdə də müşahidə olunması bir sinifdə təhsil alan şagird kontingentinin müxtəlifliyinə gətirib çıxarır. Bununla əlaqədar olaraq, “bioloji yaş” anlayışının izahına ehtiyac duyulur. Bioloji yaş anlayışı altında həyatın müəyyən bir dövrünə qədər yaşamış orqanizmin yetginlik dərəcəsi başa düşülür. Bununla yanaşı “xronoloji” və ya “təqvim” yaşı dedikdə insanın doğulduğu andan keçən vaxt göstəricisi nəzərdə tutulur. Həm uşaqların, həm də yeniyetmələrin fərdi inkişafında bioloji və təqvim yaşları arasında aşağıdakı üç variantda fərqlərə rast gəlinir:
1.Retardasiya – bioloji yaşın təqvim yaşından geridə qalması;
2.Orta – bioloji və təqvim yaşlarının eyniliyi;
3.Akselerasiya – bioloji yaşın təqvim yaşından yüksək olması.
Sinir sistemi
Sinir sistemi mərkəzi və ətraf olmaqla iki qrupa bölünür. Mərkəzi sinir sisteminə baş və onurğa beyin aiddir. Ətraf sinirlərə isə sinir lifləri, sinir hüceyrələrini birləşdirən sinirlər, həmçinin insan orqanizmindəki bütün sinir hüseyrələri daxildir.
Fiziki hərəkətlərin, oyunların açıq havada icrası ümumilikdə şagirdlərin sinir sisteminə müsbət təsir göstərir, digər tərəfdən ümumtəhsil məktəblərin krikulumunda inkişafı nəzərdə tutulan dinamik, statik müvazinətlərin, koordinasiyanın məqsədli inkişaf etdirilməsi şagirdlərin sinir sisteminə, onun inkişafına yönəlmiş vasitə kimi nəzərdə tutulmuşdur.
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili
|