|
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkiliBog'liq FİZİKİ TƏRBİYƏ-TURANZülal (protein)- orqanizmin toxumalarının inkişafını və bərpasını təmin edir. Yağlar və karbohidratlar -orqanizmi fiziki və funksional fəaliyyətini həyata keçirmək üçün enerji ilə təchiz edir.
Vitaminlər- maddələr mübadiləsinə təsir göstərməklə orqanizmin inkişafını sürətləndirir və qabiliyyətini yüksəldir.
Mineral maddələr – orqanizmdə gedən proseslərə nəzarət edir.
Su- orqanizmdə gedən prosesləri, ilk növbədə maddələr mübadiləsini asanlaşdırır.
Liflər- qidanın orqanizmdə mənimsənilməsini asanlaşdırmaq üçün zəruri amildir.
Orqanizmin möhkəmləndirilməsi – onun dayanaqlığının və genetik müdafiə mexanizminin təkmilləşməsinə yönəlmiş tədbirlər sistemidir. Sağlamlaşdırıcı tədbirlərə günəş , hava və su prosedurlarıdan istifadə daxildir.
Möhkəmləndirmə prinsipləri:
1.Tədricilik- orqanizmin qeyri-adi şəraitə birdən deyil, tədricən uyğunlaşmasıdır. Bu səbəbdən sağlamlaşdırıcı vasitələrin orqanizmə təsiri də tədricən artmalıdır.
2.Sistemlik-Saglamlaşdırıcı vasitələrdən istifadə sistemli xarakter daşımalı, onlar gündəlik tələbata çevrilməlidir. Vasitələrin istifadəsində fasilənin olması orqanizmin sağlamlaşdırıcı vasitələrin təsirinə qarşı həssaslığını azaldır.
3. Fərdi xüsusiyyətlərin nəzarətə alınması – yaş, sağlamlıq vəziyyəti, fiziki inkişafı, həyat tərzi, yaşadığı mühit.
4. Müxtəlif sağlamlaşdırıcı vasitələrdən istifadənin isti və soyuq prosedurlarla növbələşdirilməsi.
Möhkəmləndirmə vasitələri: güşən vannaları – onlardan istifadə mərkəzi sinir sisteminin tonusunu yüksəldir, daxili sekresiya vəzilərinin fəaliyyətini fəallaşdırır, maddələr mübadiləsi və qanın tərkibini yaxşılaşdırır, dəridə D vitaminin yaranmasına şərait yaradır. Bütün bunlar isə insanın əhval-ruhiyyəsini və iş qabiliyyətinə müsbət təsir edir; hava ilə orqanizmin möhkəmləndirilməsi – bu vasitədən daha çox yaz və yay aylarında istifadə etmək daha əlverişlidir. Bu maddaələr mübadiləsini gücləndirir, sinir, ürək-damar sistemini möhkəmləndirir; su ilə orqanizmin möhkəmləndirilməsi – su prosedurları orqanizmi daha intensiv möhkəmləndirmə xüsusiyyətinə malikdir. Əsas amil suyun hərarətidir. Su prosedurlarının sistemli qəbulu bədənin müxtəlif soyuqdəymələrinə qarşı ən etibarlı vasitədir. Su ilə orqanizmin möhkəmlənməsi zamanı yaş dəsmalla silmək, su tökmək, duş və çimmək kimi prosedurlardan istifadə olunur. Yaş dəsmalla silmək sinir sisteminə, qan dövranına, tənəffüsə yüngül tonuslaşdırıcı və oyandırıcı təsir göstərir. Yaş dəsmal və ya süngər (qubka) ilə əvvəlcə qurşağa qədər, sonra isə bütövlükdə bədən silinir. (yayda suyunhərarəti +26oC+28o C, qışda isə + 30o C + 32o C olmalıdır); ayaq pəncələrinin yuyulması – bütün il ərzində yatmazdan qabaq edilir.Pəncəni yumaq üçün ilkinn olaraq suyun tempiraturu +26o C +28o C olmalıdır.Sonra temperatrur +12o C +15o C çatdırılır.Yuyulduqdan sonra pəncə qızarana kimi ovuşdurulur; ağız boşluğu və boğazın qarqara edilməsi – hər gün səhər və axşam yerinə yetirilir. Suyun ilkin temperaturu +23o C +25o C olmalı, hər həftədə tədricən 1-2o C azaltmaqla +5o C +10o C - ə çatdırılmalıdır; su tökmə - orqanizmə yaş dəsmalla silməkdən daha çox möhkəmləndirici təsir göstərir.Bunun üçün 1-2 vedrə su hazırlamaq lazımdır. Suyun ilkin temperaturu yayda +28o C, qışda isə +30o C olmalıdır. Tədricən suyun temperaturu +18o C -20o C-ə çatdırlır. Suyu elə tökmək lazımdır ki, o başdan dabana kimi bərabər axaraq tökülsün. Sonra bədən qızana kimi sürtülməlidir.İcra müttədi 3-4 dəqiqə olmalıdır; duş – fiziki işdən sonra çox əhəmiyyətlidir. Suyun ilkin temperaturu +35o C olmalıdır. Sonra hər 6-7 gündən bir 1-3o C azaltmaqla +18o C +20o C-ə çatdırlır. Sinir sistemini möhkəmləndirmək üçün kontrast duş, isti və sərin suyun növbələşdirilmiş ardıcılıqla qəbulundan istifadə edilir. Prosedura bədənin dəsmalla möhkəm silinməsi ilə tamamlanmalıdır; açıq su hövzəsində çimmək – bu üsul orqanizmin möhkəmləndirilməsinin ən effektli üsuludur, bu zaman orqanizm su, hava və günəş şualarının kompleks təsirinə məruz qalır. Çimmək üçün günün səhər və axşam saatları, suyun temperaturunun isə 20-24o C arasında olması məqsədəuyğundur; fəaliyyət və istiraht rejimi – gün ərzində müxtəlif fəaliyyətlərin müəyyən vaxtda yerinə yetirilməsi zərurəti yaranır: təhsil və evdə işin, fiziki hərəkətlərin icrası ilə istirahətin düzgün növbələşdirilməsi, həmişə eyni vaxtda qida qəbulu, kifayət qədər yuxu və s. hər birində müəyyən icra ardıcılığının olmasını tələb edir. Əgər müəyyən olunmuş gün rejimi sistemli olaraq yerinə yetirilirsə, o zaman sağlamlığın möhkəmləndirilməsinə, əqli və fiziki iş qabiliyyətini yüksəlməsinə səbəb olur. Bu da yeniyetməyə tədris yükünün öhdəsindən gəlməyə imkan verir. Gün rejimini ciddi şəkildə yerinə yetirən insanlarda iradə, şüuru nizam-intizam, təşkilatçılıq bacarığı tərbiyə olunur.
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili
|