• 7.Nəzarət metodu
  • 8.Yarış metodu
  • FİZİKİ TƏRBİYƏDƏ ŞAGİRD NAİLİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ Qiymətləndirmə formaları: Diaqnostik qiymətləndirmə Formativ qiymətləndirmə
  • Funksional inkişaf
  • Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili




    Download 0,82 Mb.
    bet23/64
    Sana22.06.2024
    Hajmi0,82 Mb.
    #265180
    TuriTəhsil proqramı
    1   ...   19   20   21   22   23   24   25   26   ...   64
    Bog'liq
    FİZİKİ TƏRBİYƏ-TURAN

    6.Dəyişkən metod

    -Bu metod qaçış prosesində məşq yükünün icra intensivliyinin tempinin amplitudasının qüvvə sərfinin məqsədə uyğun dəyişdirilməsi ilə fərqlənir. 1500,3000 metrlik məşq məsafəsində idmançı hər 200 metrdən sonra 100 metr məsafəni sürətlə qaçır, qaçışı dayandırmadan əvvəlki tempinə qayıdır. Bu metod məşqdə ürək damar, tənəffüs sistemi üçün gərginlik yaradır.
    Bu metodu hazırlıq səviyyəsi yüksək olan idmançıların məşq prosesində istifadə etmək daha məqsədəuyğundur.

    7.Nəzarət metodu

    -Hərəkətlərin maksimum intensivlikdə yerinə yetirilməsidir. Bu metoddan istifadə etməklə məşqçi idmançı hazırlığı haqqında müəyyən qənaətə gələ bilər.

    8.Yarış metodu

    -Hərəkətlərin yarış qaydalarına əməl etməklə mümkün olduğu qədər yüksək intensivliklə yerinə yetirilməsi ilə səciyyələnir. Bu metod iradi və mənəvi keyfiyyətlərin inkişafı yarış şəraitində taktiki bacarıq və vərdişlərin təkmilləşməsində müstəsna rolu var.

    FİZİKİ TƏRBİYƏDƏ ŞAGİRD NAİLİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ


    Qiymətləndirmə formaları:
    Diaqnostik qiymətləndirmə
    Formativ qiymətləndirmə
    Summativ qiymətləndirmə


    Diaqnostik qiymətləndirmə - tədris ilinin əvvəlində şagirdlərin fiziki, funksional inkişafı və hərəki qabiliyyətlər üzrə hazırlıq səviyyəsini müəyyən etmək məqsədi ilə aparılır. Fiziki inkişaf: şagirdlərin boy, çəki və boy-çəki indeksi ilə müəyyən olunur.
    Funksional inkişaf: nəbz vurğusu və ağciyərin həyat tutumu göstəriciləri ilə təyin olunur.Ağciyərin həyat tutumu göstərici hərəkətlərin təkrar və uzun müddətli icrası zamanı şagirdlərin təzahür etdirdikləri dözümlülük qabiliyyətinin əsasını təşkil edir.
    Formativ (irəliləyişlər) qiymətləndirmə - fiziki tərbiyə dərslərində şagirdlərin tədris materiallarının mənimsənilməsi dərəcəsi hər bir dərsdə aparılan formativ qiymətləndirmə ilə müəyyən olunur. Lakin nəzərə almaq lazımdır ki, gündəlik dərslərdə əsasən şagirdlərin hərəkətləri, oyunları, estafetləri icra etmək və davranış bacarıqları dəyərləndirilir. Gündəlik dərslərdə şagirdin icra bacarıqı əsas qiymətləndirmə göstəricilərindən biridir. Fiziki tərbiyə dərsi şagirdlərin birgə fəaliyyətini özündə ehtiva edir. Buna görə də şagirdlərin fərdi və komandalı mübarizə şəraitində ünsiyyət, davranış və əməkdaşlığı, rəqibə münasibətləri və bu prosesdə hüquqi, etik normalara və dəyərlərə riayət etmələri gündəlik qiymətləndirmə zamanı nəzərə alınması zəruri olan amillərdir. Fiziki tərbiyə dərslərində formativ qiymətləndirmədə iki göstərici əsas hesab olunur.
    Fiziki tərbiyədə dərslərin daha mütərəqqi formada formada, “oyun”, “yarış” metodlarının tətbiqi ilə keçirilməsi bir dərs prosesində xeyli şagirdin qiymətləndirilməsinə imkan yaradır. Hazurlayici və əsas hərəkətlərin komandalar arasında yarış formasında icrası və bu zaman qalib komanda üzvlərinin olması müəllimin qiymətləndirilmə imkanlarını genişləndirir. Belə bir yanaşma fiziki cəhətdən nisbətən zəif olan şagirdlərin müəyyən olunmasına, onların fərdi məşğələləri və ev tapşırıqlarının istiqamətini müəyyənləşdirməyə imkan verir.

    Download 0,82 Mb.
    1   ...   19   20   21   22   23   24   25   26   ...   64




    Download 0,82 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili

    Download 0,82 Mb.