• 3. Arterial qanaxmalar
  • Kapilyar qanaxma
  • Venoz qanaxmada
  • Arterial qanaxma
  • Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili




    Download 0,82 Mb.
    bet35/64
    Sana22.06.2024
    Hajmi0,82 Mb.
    #265180
    TuriTəhsil proqramı
    1   ...   31   32   33   34   35   36   37   38   ...   64
    Bog'liq
    FİZİKİ TƏRBİYƏ-TURAN

    1.Kapilyar qanaxmalar – Bu qanaxmalar qan dövranı sisteminin üst təbəqəsi (çoxsaylınazik
    kapilyarlar) zədələndiyi halda baş verir. Bu halda qan yavaş axaraq yaranı nazik qatla örtür.
    2.Venoz qanaxmalar – Bu zaman işlənmiş qanı orqanlardan ürəyə daşıyan damarlar zədələnir. Oksigenlə zəngin olmayan belə qan tünd qırmızı rəngdə, yapışqan və qatı olur. Bu zaman qan eyni həcmdə olmaqla yavaş axır.
    3. Arterial qanaxmalar – Bu halda qanı ürəkdən orqanlara daşıyan damarlar zədələnir. Oksigenlə zəngin olan belə qan duru və açıq qırmızı rəngdə olur. Belə qanaxma zamanı qan, yaradan güclü fontan şəklində axır, qan ürək nəbzinə uyğun olaraq pulsasiya edir (vurur). Güclü arterial qanaxma olduqca təhlükəlidir!
    Güclü venoz və kapilyar qanaxmalar, adətən daha az təhlükəlidirlər. Ancaq istənilən halda zədə almış şəxsə tibbi yardım göstərilməsi dərhal baş verməlidir. Zəif dərəcədə olasa kapilyar qanaxmanı (cızıq, kiçik yara) həmin sahəyə adi sarğı qoymaqla asanlıqla dayandırmaq olur. Venoz, güclü kapilyar, həmçinin kiçik arteriyalardan olan qanaxmalar zamanı yaraya sıxıcı (təzyiqedici) sarğı qoyulur.
    Kapilyar qanaxma – səthi yaralanmalar zamanı baş verir, vətən yara qanayır və qan xırda damla şəklində çıxır. Kapilyar qanaxmadan qan itkisi olmur və ya çox cüzi olur. Qanın laxtalanma adlı mühüm bir müdafiə xüsusiyyəti var. Kapilyar qanaxma zamanı zədələnmiş yerlərdə qan öz-özünə laxtalnır və qanaxma tədricən dayanır. Bu baş verməzsə, yəni qanaxma özü dayanmasa, o zaman adı steril sarğı və ya sıxıcı sarğı qoymaqla qanaxmanı asanlıqla dayandırmaq olur.
    Venoz qanaxmada- xeyli qan itkisi ilə ola bilər. Çox qan itirmə isə orqanizm üçün təhlükə törədir. Ona görə də qanaxmanı təcili olaraq dayandırmaq lazımdır. Venoz qanaxma sıxıcı sarğı ilə dayandırılır. Sarğılar bükməni yara üzərində saxlamaq, qanaxmanı dayandırmaq üçün təzyiq yaratmaq, yaranı infeksiyadan qorumaq üçün istifadə olunur.
    Arterial qanaxma – Ən təhlükəli qanaxma arterial qanaxmadır. Bu zaman fəvvarə şəklində al qırmızı qan sürətlə damardan xaric olur və zərərçəkmiş bir neçə dəqiqə ərzində çoxlu qan itirə bilər. Dərhal qanaxmanı saxlamaq üçün tədbirlər görülməlidir. Turna və ya əl altında olan hər hansı vasitədən (ip, rezin, parça, bel kəməri və s.) istifadə etməklə zədə nahiyəsindən yuxarıda iri magistral damarları turna ilə sıxmaqla qanaxmanı saxlamaq lazımdır. Əl altında heç nə olmadıqda iri magistral damarı barmaqla sümüyə doğru sıxmaq lazımdır. Turnanın qoyulduğu vaxt qeyd edilməlidir. Çünki 1-2 saatdan sonra 2-3 dəqiqəliyə sarğını boşaltmaq lazımdır ki, ətrafın qidalanması pozulmasın. Əks halda qanqrena baş verə bilər.

    Download 0,82 Mb.
    1   ...   31   32   33   34   35   36   37   38   ...   64




    Download 0,82 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili

    Download 0,82 Mb.