manevretmə qabiliyyəti – ümümi nəqliyyat şəbəkəsi yollarında hərəkəti təmin etmək
üçün. 6) Yükləmə - boşaltma işərini yüngülləşdirmək üçün qurğuların tətbiqi.Ağır yük
daşıyan – yarımqoşqu və qoşquların komponovka sxemləri çərçivənin və təkərlərin bir-
birinə qarşı yerləşməsidir.1-ci sxem –çərçivə təkərlərin üstündə yerləşir.Burada sadə
konstruksiya və kiçik uzunluqla fərqlənir.Çatışmayan cəhəti – yüksək yükləmə
hündürlüyü ( 1,5 m-ə qədər və daha çox) və ağırlıq mərkəzinin hündürdə yerləşməsinə
görə dayanıqlığın pis olması ,Konstruksiyasına görə çərçivə düz və pilləli ola bilər.Düz
çərçivəli ağır yük daşıyanla (qoşqular) adətən qoşqu daşımaq üçün nəzərdə tutulur.Pilləli
çərçivə yastı (dayaz səthi ) yük daşıyıcı hissədən və onun səviyyəsindən yuxarıda
yerləşən pillədən ibarətdir.Pillə dönmə aralığına söykənir.
2-ci sxem –çərçivə qabaq və arxa təkərlər arasında yerləşdirilir (aşağı çərçivəli
).Yarımqoşquda çərçivənin pilləli elementi dartıcı avtomobillə bərkidilir.Qoşqu 2 eyni
arabacıqdan ibarətdir.Müsbət cəhəti- yüksək olmayan yükləmə hündürlüyü və
yaxınlaşdırılmış dayanıqlığında.Əsas çatışmayan cəhəti – çoxaldılmış uzunluğudur.
3-cü sxem – çərçivə 2 lonjerondan ibarətdir.Bu lonjeronlara yük asılır.lonjeronların
(çərçivə ) 2 arabacığa dayaqlarla bərkidilir.
4-cü sxem- çərçivəsiz konstruksiya yük kronşteyinlərə asılır və onunla birgə
bir aparan
konstruksiyadan-ibarətdir.
Ağır yük daşıyıcıların əsas hissələri bunlardır : çərçivə,arabacıq,döndərmə qurğuları
,tormoz sistemi, elektrik avadanlığı sistemi ,yük- boşaltma.Qoşqu əsasən çərçivədən,
ona da arxa körpü ressor vasitəsi ilə bərkidiləb, qabaq dönmə arabacığı çarxlarla birlikdə
çərcivəyəalt ilə birləşdirilir.Avtomobil nəqliyyatında ağır yükgötürmə qabliyyəti qoşqular
adi qoşqulardan konustruksiyasının mürəkkəbliyi ilə fərqlənir.Bu prinsiplər 3 oxla 20
tonlu,4oxlu 60 ton və daha böyük tonlu olurlar.Aşağı-çərçivəli qoşqularda yükdaşıyıcı
hissə adətən platforma formasında hazırlanır
AVTOMOBİL MÜHƏRRİKİNİN NƏZƏRİYYƏSİ.
Daxili yanma mühərriklərinin ideal və nəzəri tsiklləri.
Daxili yanma mühərriklərində istilik enerjisi mexaniki enerjiyə bir sıra ardıcıl
fiziki-
kimyəvi və termodinamik proseslər vasitəsi ilə çevrilir. Bu proseslər birlikdə
periodik,
dönməyən və açıq tsikl təşkil edir.Belə tsiklə iş tsikli və ya real tiskl deyilir.Real
tsiklin gedişinə konstruktiv amillər(silindrin təmizlənməsi və doldurulması,sıxma
dərəcəsi, yanıcı qarışığın hazırlanma üsulu, qazpaylama üsulu,qazpaylama fazaları və
b.). tənzimləmə parametrləri(qarışığın miqdarı və tərkibi) və mühərrikin iş rejimi (yük
və dövrlər sayı) təsir göstərir. Mühərrikin silindrində istilik enerjisinin mexaniki enerjiyə
çevrilməsi prosesinin bu cür sadələşdirilməsi nəticəsində real tsikllər ideal tiskllərə
çevrilir. İdeal tisklin xüsusiyyətləri aşağıdakılardır.1)tiskldə istifadə olan işçi
istilik
tutumu sabit olan qazdır. 2)tisklə sərf olunan müddətdə işçi cisimin miqdarı və tərkibi
sabit qalır.Deməli tsikldə silindrin yanma məhsullarından təmizlənməsi və yeni qarışıqla
doldurulması prosesləri yoxdur. 3)ətraf mühitə
istilik verilmir,sıxma və genişlənmə
prosesləri adiabatikdir.4)yanacağın yanması , istilik mübadiləsi , silindrlərin
təmizlənməsi prosesləri əvəzinə işçi cismə isti mənbədən Q1 istiliyinin verilməsi və
ondan Q2 istiliyinin alınması prosesləri gedir.İsti mənbədən
istilik sabit
həcmdə(V=const) ,sabit təziqdə (p=const) və ya həm həcmdə,qismən sabit olduğu
(qismən V=const,qismən də p=const) şəraitdə, soyuq mənbəyə isə istilik yalnız sabit
həcmdə (V=const) verilir. Tsikldə istiliyin mexaniki işə çevrilməsi mümkün olan
dərəcədədə, yəni ideal tsiklin termodinamik faydalı iş əmsalı maksimum qiyməyə
malikdir.Porşenli mühərriklər nəzəriyyəsində ideal tiskldən başqa nəzəri və real tsikllər
də öyrənilir. NƏZƏRİ TSİKL ideal tsikldən onunla fərqlənir ki, ondakı içşi
cisim real
mühərrikdə olduğu kimi tərkibi və istilik tutumu dəyişən real qazdır.Yanacaq
tamamilə yanır, istilik itkiləri yoxdur(istilik mübadiləsi yoxdur) və həmçinin
yanma
prosesi ideal tsikldəki istilik tutumu verilmə qanunları üzrə gedir.Real tsikllər
mühərrikin silindrlərində alınır. Tsikl ideal şəraitdə əmələ gəlir və ən yüksək
ğöstəricilərə malik olur.Nəzəri tsiklin əmələ gəlmə şəraiti real tsiklin şəraitinə
yaxınlaşır.Real tsikl isə real mühərrikdə alınır.Nəzəri tsikl ideal və real tsikllərə nisbətən
aralıq yer tutur.Nəzəri tsikl də ideal tsikl kimi yalnız nəzəri olaraq mümkündür,ancaq
onun alınma şəraiti həqiqi tsikin alınma şəraitinə daha yaxındır.İdeal və nəzəri tsikllərin
öyrənilməsindən məqsəd sıxma dərəcəsi , istiliyin verilmə üsulu ( yanma prosesi),
mühərrikin yükü ( verilən istiliyin miqdarı) kimi əsas parametrlərin mühərrikin işinə
təsirini aydınlaşdırmaqdır.