istismar xüsusiyyətləri adlanır.Avtomobil nəzəriyyəsi-avtomobilin
istismar
xüsusiyyətləri haqqında məlumat verən bir elmidir. Bu elm yeni avtomobil modellərinin
proyektlənməsi,müxtəlif avtomobilətin istismar şəraitlərinin seçilməsi zamanı,xüsusilə
lazım olan elmidir.Avtomobil nəzəriyyəsində, avtomobilin hərəkəti ilə bağlı olan istismar
xüsusiyyətləri araşdırılır. Bu xüsusiyyətlərə aiddirlər.
dinamiklik,yanacaq qənaətliliyi,
idarəolunama,
dayanıqlıq,
keçicilik
və
avtomobilin
səlis
hərəkəti,etibarlıq
xüsusiyyətləri.Dartıcı – sürət xarakteristikası, tormuz xüsusiyyətləri. İstismar
xüsusiyyətləri-avtomobilin istismar prosessinə uyğunlaşma xarakterizə edən
xüsusiyyətlər qrupudur.Etibarlıq xüsusiyyətləri - avtomobilin işləmə qabiliyyətini
saxlamaq imkanını xarakterize edən xüsusiyyətlər qrupudur.Dinamik - 1.Avtomobilin
dinamikliyi dedikdə,maksimal orta sürətlə yük və sərnişinlərin daşınması
xüsusiyyətləri başa düşülür.2. Avtomobilin dinamikliyi, əsas olaraq avtomobilin dartqı
və tormoz xüsusiyyətlərindən asılıdır.3. Avtomobilin dinamikliyi yüksək olarsa,onun
istehsal gücü artıq olar.Yanacaq qənaətliyi – avtomobilin hərəkət zamanı
yanacaq
enerjisindən rasional istifadə etməsidir.Çünki yanacaq sərfiyyatı daşımaların əsasını
təşkil edir.İdarə olunma – avtomobilin hərəkət zamanı istiqamətini dəyişə bilmə
xüsusiyyətidir.Dayanıqlılıq-hərəkət zamanı avtomobilin sürüçmə və yana çəkmə
qüvvətlərinə tab gətirmə xüsusiyyətidir.Avtomobilin dayanıqlığı idarə olunması və
tormoz dinamikliyi, onun hərəkətini tam təhlükəsiz edir.Keçicilik – avtomobilin
çətinləşmiş (sulu,sürüşkən), pis (dağılmış,uçulmuş ),yolsuz şəraitlərdə işləyə bilmə
xüsusiyyətləridir.Keçicilik,kənd təsərrsüfatı,meşə sənayəsi ,tikinti və karyer işlərində
avtomobilə lazım olan bir xüsusiyyətdir.Hərəkət səlisliyi-kuzanın sərt,sirkələnməsiz
hərəkətini təmin edən bir xüsusiyyətdir. Bu xüsusiyyətdən – avtomobilin sürəti ,
yanacaq sərfiyyatı ,yükün qorunması və komfortluluğu asılıdır.Etibarlıq- əsas istismar
göstəricilərinin,zəifləmədən müəyyən müddət ərzində o yük və sərnişinlərin daşınma
xüsusiyyətidir.Təmirə yararlılıq- təmir və texniki qulluq yolu ilə bütün imtina və
zədələnmə işlərinin asanlılqla dəyişdirilmə xüsusiyyətidir.Ümumiyyətlə avtomobilin
istismar xüsusiyyətləri ölçü və göstəricilər sistemi ilə qiymətləndirilir.Ölçü-avtomobilin
istismar xüsusiyyətlərinin ölçü vahididir.Məsələn avtomobilin dinamiklilik ölçüsü onun
sürət və sürətlənmə göstəricisidir.Göstərici- bu ölçü miqyasını və onun dəyər miqdarını
xarakterizə edən bir ədəddir.Göstərici avtomobilin iş şəraitində
onun istismar
xüsusiyyətlərinə qiymət verməyə imkan yaradır.Beləliklə avtomobilin dartqı
dinamikliyinin
göstəricilərindən
biri,onun
düz
yolda
maksimum
sürəti
yığmasıdır.Avtomobilin-öz mühərrikinin enerjisi və təkərinin ilişməsi hesabına hərəkət
edən nəqliyyat vasitəsidir. Avtomobil-sürücü-yol-mühit sisteminin bir hissəsidir və
onun xüsusiyyətləri özünü bu sistemin elementləri ilə göstərir.Avomobil hərəkət hansı
istilik xüsusiyyəti yalnız istismar şəraiti ilə qarşılıqlı əlaqəsi öyrənilir. İstismar şəraiti –
yol , nəqliyyat təbii –iqlim və texniki şəraitlərə bölünür.Yol şəraiti- yolun profil və
planının elementləri,ərazinin relyefi yol örtüyünün növü və hamarlığı,hərəkət
intensivliyi,hərəkətə qarşı maneələr, yol vəziyyətinin stabilliyi və hərəkət rejimi ilə
xarakterizə olunur.Nəqliyyat şəraiti-yükün növü ,daşıma və göndərişlərin həcmi
,yükləmə boşaltma üsulları,iş rejimi,yükün saxlama şəraiti,marşurtların növü
,daşınmaların təşkili ilə xarakterizə olunur.
Texniki-təşkilat şərait.-- İstismar rejimi,daşıma müntəzəmliyi,avtomobilin saxlama
şəraiti ,texniki qulluq və təmirlərin aparılan sistemi və s. ilə xarakterizə olunur.Təbii-
iqlim şəraiti - mülayim,isti,soyuq və yüksək dağlıq zonaların iqlim xüsusiyyəyləri ilə
xarakterizə olunur.