AVTOMOBİLİN TORMOZ XÜSUSİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ İşçi və ehtiyat tormoz sistemlərinin effektivliyi tormoz yolunun uzunluğu və qərarlaşmış
yavaşıma təcili ilə, dayanacaq və köməkçi tormozlar isə
bu sistemlər vasitəsilə əldə
edilən cəm tormoz qüvvəsi ilə qiymətləndirilir.Tormoz sisteminin effektivliyi yol sınaqları
gedişində müəyyən olunur. Yol sınaqları sürülüb yoxlanılmış və tam yüklənmiş
avtomobillər üzərində aparılır. Sınaq yolun hamar, üfüqi (maillik 0,5%-dən çox
olmayan), bərk və quru örtüklü sahəsində, ətraf mühitin temperaturunun -5...+30°S
aralığında olduqda, küləyin sürəti isə 3 m/san-dən çox olmadığı halda aparılır.
Tormozlama zamanı avtomobil 3,5 m enində koridordan kənara çıxmamalı, dönmə
bucağı isə 8°-dən çox olmamalıdır.Tormoz mexanizmlərinin effektivliyi sürtünmə
cütlərinin temperaturundan əhəmiyyətli dərəcədə asılı olduğundan, tormoz
mexanizmlərinin sınağı müxtəlif temperatur rejimlərində aparılır.Hazırda qəbul olunmuş
standartlara görə işçi tormoz mexanizmlərinin effektivliyinin təyin olunma sınaqları üç
növə bölünür: «sıfır» sınağı, I sınağı və II sınağı.
«Sıfır» sınağı
tormoz mexanizminin
soyuq halında (tormoz diski və ya barabanın temperaturu 100°S-dən çox olmadıqda) işçi
tormoz sisteminin səmərəliliyinin təyini üçün aparılır.
I sınağı
qabaqcadan qızdırılmış
tormoz mexanizmlərində aparılır. Bu sınaq iki mərhələdən ibarətdir: ilkin (köməkçi) və
əsas. İlkin mərhələdə tormoz mexanizmləri qızdırılır. Əsas mərhələ ilkin mərhələnin
qurtarmasından 45 san.-dan gec olmayaraq başlayır və «sıfır» sınağına uyğun aparılır.
Tormoz mexanizmlərini qızdırmaq üçün avtomobilin maksimal intensivliklə çoxsaylı
sürətlənməsi və tormozlanması həyata keçirilir. Sürətlənmə
tormozlanma sikllərinin
sayı 15...20, bir siklin uzunluğu 45...50 san. təşkil edir. I sınaqda tormoz yolunun
normativ qiyməti «sıfır» sınağından 25% çox götürülür.