AVTOMOBİLİN YANACAQ QƏNAƏTLİLİYİ
Yanacaq qənaətliyi
müxtəlif istismar şəraitlərində işləyən avtomobilin nəqliyyat işinə
sərf etdiyi yanacaq sərfini müəyyən edən xüsusiyyətlər qrupudur. Yanacaq qənaətliyi
xüsusiyyəti hərəkət edən avtomobilin yanacaq sərfini xarakterizə edir. Yanacaq
qənaətliyi avtomobilin konstruksiyası ilə bağlı olub, mühərrikin işçi prosesinin
mükəmməlliyi, transmissiyanın faydalı iş əmsalı və ötürmə ədədi, avtomobilin təchiz
edilmiş və tam yüklənmiş kütlələrinin nisbəti və hərəkətə müqavimətlə müəyyən olunur.
Xətti yanacaq sərfi (və ya orta yanacaq sərfi) Q
x
100 km yola sərf olunan yanacağın
miqdarı ilə ölçülür,
l /100 km
S
q
Q
x
100
,
burada
S
avtomobilin yürüşü,
km; q
bu yürüşə sərf olunan yanacağın miqdarıdır,
litr. ABŞ və İngiltərədə yanacaq sərfi
vahid həcmli yanacağın miqdarı ilə gedilən yolun
uzunluğu ilə ölçülür.Həcm vahidi qallon götürülür: 1 ABŞ qallonu
3,785
litr; 1 İngiltərə
qallonu
4,546
litrdir. Bu ölkələrdə yol vahidi mil qəbul edilir, 1 mil
1,609
km.
Xətti yanacaq sərfi təcrübi yolla sınaqda və ya verilmiş yol şəraiti üçün avtomobilin
istismar prosesində müəyyən edilir.Avtomobilin yanacaq-sərfinə-onun
konstruksiyasından asılı olmayan xarici faktorlar
ərazinin relyefi, hərəkət intensivliyi,
yol örtüyünün vəziyyəti, iqlim şəraiti və sairə təsir göstərir. Xətti yanacaq sərfi
avtomobilin gördüyü nəqliyyat işini nəzərə almır. Buna görə də avtomobilin yanacaq
qənaətliyinin daha obyektiv müqayisə göstəricisi orta yanacaq sərfi yox, xüsusi yanacaq
sərfidir. Xüsusi yanacaq sərfi orta yanacaq sərfinin yük və ya sərnişin daşınmasında
görülən səmərəli işə nisbətidir
q
y
,
litr /(t ∙ km) və ya q
s
,
litr / (sər ∙ km):
q
y
=
Q
x
/ (100 ∙ z
t
);
q
s
=
Q
s
/ (100 ∙
n),
burada
z
t
,
n
uyğun olaraq daşınan yükün kütləsi və sərnişinlərin sayıdır.
Avtomobilin yanacaq qənaətliyini qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən
istifadə edilir:
1) qərarlaşmış hərəkətdə yanacaq xarakteristikası (
QHYX);
2) nəzarət yanacaq sərfi (
NYS);
3) magistral
təpəli yollarda yanacaq
sürət xarakteristikası (
MTYSX);
4) dövri hərəkətdə yanacaq xarakteristikası (
DHYX).
QHYX
verilmiş yol şəraitində xətti yanacaq sərfinin qərarlaşmış hərəkət sürətindən
asılılığıdır. Yol şəraiti dartıcı-sürət təcrübələri üçün qoyulan tələblər əsasında seçilir.
Şək.13-də yüksək pillədə hərəkət üçün
QHYX verilmişdir. Şək.14-də minik avtomobilinin
asfalt örtüklü yolda, müxtəlif pillələrdə qərarlaşmış hərəkəti üçün QHYX verilmişdir.
40
30
20
30 40 50 60
км/саат
л/100 км
Q
s
V
a
1
2
Q
H
Şək.13. Yük avtomobilinin qərarlaşmış hərəkətinin asfalt örtüklü yolda
nümunəvi yanacaq xarakteristikası: 1
yüklü avtomobil;
2
yüksüz avtomobil üçün
Şək.14. Minik avtomobilinin asfalt örtüklü yolda, müxtəlif
pillələrdə hərəkəti üçün yanacaq xarakteristikası
Qrafiklərdən göründüyü kimi sürətin artması ilə adətən əvvəl yanacaq sərfi azalır və
hərəkət şəraitindən asılı olaraq müəyyən sürətdə minimuma çatır, sonra isə sürətin
artması ilə yanacaq sərfi sürətlə artır. Minimal yanacaq sərfinə uyğun sürət qənaətli
sürət
V
q
adlanır.
V
q
-dən kiçik sürətlə hərəkət zamanı yanacaq sərfinin artması yanıcı
qarışığın yanma şəraitinin pisləşməsi və mühərrikin mexaniki f.i.ə.-nin azalması hesabına
baş verir.
V
q
-dən böyük sürətlərdə yanacaq sərfinin artması yanıcı qarışığın həddən artıq
zənginləşməsi və havanın müqavimətinin kəskin artması ilə əlaqədardır.
NYS
nominal
yüklənmiş avtomobilin bərk örtüklü üfüqi yollarda hərəkəti zamanı minimal yanacaq
sərfidir (şək.13-də
Q
n
). Adətən NYS minimal yanacaq sərfinə yaxın, qabaqcadan verilmiş
sürətdə təyin edilir. NYS 40...100 km/saat sürətlərdə ölçülür. NYS-ə görə avtomobilin
texniki vəziyyəti qiymətləndirilir və buna görə də adətən o avtomobilin texniki
xarakteristikalarında qeyd edilir.
MTYSX
xətti yanacaq sərfinin marşrutda buraxıla
bilən sürətdən asılılığıdır. Bəzi hallarda yanacaq sərfinin hərəkətin orta sürətindən
asılılığı qurulur. Bu xarakteristika hərəkətin dəyişən rejimlərində, sürətin məhdudluğu
halında avtomobilin yanacaq qənaətliyini qiymətləndirməyə imkan verir.
DHYX
xətti yanacaq sərfinin avtomobilin qovma, qərarlaşmış hərəkət və dayanma
mərhələlərindən ibarət dövri hərəkətinin orta sürətindən asılılığıdır. Ölçmə
yolun
mükəmməl örtüklü, düzxətli, üfüqi sahəsində aparılır.
|