Manevrlilik
avtomobilin məhdud sahədə, istiqaməti qəfil
dəyişən böyük əyrilikli trayektoriya üzrə hərəkəti ilə vəziyyətinin tələb olunan qaydada
dəyişilmə imkanını xarakterizə edən xüsusiyyətlər qrupudur.Avtomobilin dönmə
qabiliyyəti və manevrliliyi qarşılıqlı surətdə əlaqəli olub, bir sıra göstəricilərlə
qiymətləndirilir: minimal dönmə radiusu, xarici və daxili qabarit radiusları, dönmə
koridorunun qabarit eni, dönmə zamanı təkərlərin ilişmə qüvvəsindən istifadə əmsalı,
sükan çarxındakı qüvvə ilə..
İdarə olunan çarxların rəqslərinin söndürülməsinin əsas vasitələri. Avt-n hərəkəti zamanı idarəolunan təkərlərə hər an onları verilmiş hərəkət
istiaqmətindən meyilləndirməyə çalışan qüvvələr təsir edir. Təkrar detallarında
araboşluğunun olması və onların elastikliyi səbəbindən atv-lin idarə olunması
çətinləşir. Avt-lin hərəkətinin dəyanətliliyi idarə olunan təkərlərin stabilləşdirilməsi,
yəni idarə olunan təkərlərin sürücünün istirakı olmadan neytral vəziyyətə qayıtma
qabliyyəti ilə əldə edilir.İdarə olunan təkərlərin stabilləşdirilməsi skvorenlərin eninə və
uzununa müstəvidə maili yerləşdirilməsi və şinlərin elastikliyi hesabına əldə edilir.İdarə
olunan təkərlərin skvorenləri eninə müstəvidə şaquli xəttə nəzərən X bucağı altında
yerləşdirilir.
Buna görə də avt-in idarəolunan təkərlərinin O bucağı qədər döndərsək, avt-in qabaq
tərəfi bir o qədər qalxır, yəni təkəri O bucağı qədər döndərsək təkərin yolla kontakt
nöqtəsi AA’ qövsi üzrə r radiusu ilə hərəkət edərək dayaq səthindən h qədər aşağı
düşməlidir.İstənilən avt-lin hərəkət trayektoriyasına ümumi halda əyriliyi fasiləsiz
dəyişən əyrixətli hərəkət kimi baxmaq olar. Trayektoriya əyriliyi sıfıra yaxın olan hərəkət,
şərti olaraq düzxətli hərəkət adlanır. Avt-in əyrixətli hərəkəti zaman etibarı ilə onun
uzununa və şaquli oxlarının vəziyyətinin dəyişməsi və həmçinin uzununa və xüsusilə
eninə təcilinin olması ilə xarakterizə edilir. Avt-in əyrixətli hərəkət etmək imkanı iki
xüsusiyyətlə qiymətləndirilir: idarə olunma və dəyanətlilik.İdarə olunma qabiliyyəti –
sürücü tərəfində idarə olunan avt-in verilmiş yol iqlim şəraitində hərəkət istiqamətini
saxlamaq və ya sükan idarəsinə təsirə uyğun olaraq hərəkət istiqamətini dəyişə bilmək
xüsusiyətidir.Dəyanətlilik – hərəkət istiqamətini dəyişməyə çalışan xarici qüvvələrin
təsiri altında olan avt-lin hərəkət istiqamətini saxlaya bilmək xüsusiyyətidir. İdarə
olunma sürücünün təsiri ilə, dəyanətlilik isə sürücünün təsiri olmadan avt-lin verilmiş
trayektoriya üzrə hərəkət etmək imkanını təmin etmə xüsusiyyətlər qrupudur.