radiusundan 1...1,3 dəfəyə qədər böyük olan xəndəkləri keçə bilir. Natamam ötürməli
avtomobillər üçün dəf oluna bilən maneənin maksimal hündürlüyü təkərin radiusunun
0,3...0,5 hissəsini, tam ötürməli avtomobillərdə isə 0,5...0,8 hissəsini təşkil edir.
DAYAQ-İLİŞMƏ KEÇİCİLİYİ
Dayaq-ilişmə keçiciliyi süxurun aparma qabiliyyətindən istifadə olunma səmərəliyindən
asılı olub, əsasən hərəkət etdiricinin konstruksiyası və avtomobilin transmissiyası ilə
müəyyən edilir. Tərkibinə görə mineral və üzvi tərkibli süxurlar mövcuddur. Mineral
süxurlar bir neçə kateqoriyaya bölünür. Belə bölünmənin əsasını iki fraksiya hissəciklə-
rin: gil və qum hissəciklərinin ölçü və nisbəti müəyyən edir. Gil və qum fraksiyalarının
nisbi çəkisindən asılı olaraq mineral süxurlar gil (gil hissələrinin çəkisi kütlənin 30%-dən
çox olduqda), yarımgil (10...30 %), yarımqum (3...10 %) və qum (3%-dən az) süxur-
larına bölünür.Üzvi cisimlərdən yaranmış süxurlar xüsusi əhəmiyyətə malikdir. Bunlara
müxtəlif növlü torflu-bataqlıqlı və lilli süxurları göstərmək olar. Bu süxurlar yaranma
mənbəyinə və nəmliyinə görə bir-birindən fərqlənir.Süxurların mexaniki xüsusiyyəti
onların nəmliyindən asılı olur. Əlaqəli süxurların cüzi nəmlənməsi zamanı su nazik pərdə
şəklində hissəciklər arasındakı çox kiçik ara boşluqlarını doldurur. Bu halda su az hərə-
kətli olub çətin buxarlanır və süxurun əlaqəliyini artırır. Suyun miqdarı artdıqca
hissəciklər arasındakı su pərdəsi qalınlaşır və o süxurun daha böyük ara boşluqlarını
doldurur. Hər bir süxur üçün xarakterik olan nəmlik həddi keçilərsə onun bəzi
xüsusiyyətləri kəskin dəyişir. Buna görə də əlaqəli süxurların nəmlik dərəcəsi nisbi
nəmliklə (
W ) qiymətləndirilir.
Nisbi nəmlik süxurun tərkibində olan suyun quru kütləyə
nisbəti kimi tapılır:
0
0
/
)
(
m
m
m
W
,
Burada
m – süxurun təbii şəkildə kütləsi; m
0
– qurudulmuş süxurun kütləsidir. Nəmlik
dərəcəsinə görə süxur 3 vəziyyətdə ola bilər: bərk, plastik və axıntılı. Hərəkət üçün ən
ağır vəziyyət – III haldır. Qumlu süxurların xüsusiyyəti onların nəmliyindən az asılıdır.Bu
süxurların vəziyyəti onların sıxlığı ilə müəyyən edilir.Nəqliyyat vasitəsinin hərəkət
etdiricisinin süxura təsiri nəticəsində onda deformasiya baş verir. Deformasiyanın ölçü
və xarakteri xarici və daxili qüvvələrin təsiri ilə müəyyənləşir. Xarici təsir kəsildikdən
sonra süxurun hissəcikləri öz əvvəlki vəziyyətinə qayıdırsa, belə deformasiya