• PROFİL KEÇİCİLİK QABİLİYYƏTİ
  • Avtomobilin keçiciliyi (qabiliyyat)




    Download 4,76 Mb.
    Pdf ko'rish
    bet83/102
    Sana09.12.2023
    Hajmi4,76 Mb.
    #114579
    TuriMühazirə
    1   ...   79   80   81   82   83   84   85   86   ...   102
    Bog'liq
    NV-konstruksiyası-və-nəzəriyyəsi

    Avtomobilin keçiciliyi (qabiliyyat). 
    Keçicilik qabiliyyəti dedikdə avtomobilin çətin yol və ya yolsuzluq şəraitində yüksək 
    orta sürətlə yük, sərnişin və ya xüsusi avadanlıq daşıma qabiliyyəti başa düşülür.
    Keçi-
    cilik – avtomobilin kompleks xüsusiyyəti olub, onun çevikliyini və qənaətliyini 
    xarakterizə edir.Keçicilik qabiliyyətinə görə avtomobil üç kateqoriyaya bölünür: məhdud, 
    artırılmış və yüksək keçicilikli. Məhdud keçicilik qabiliyyətli avtomobillər (yol 
    avtomobilləri) bərk örtüklü yollarda və ilin quru vaxtlarında torpaq yollarda istismar 
    olunmaq üçün nəzərdə tutulur. Əlavə vasitələr istifadə edilərsə (sürüşməyə qarşı 
    zəncirlər, tağlı şinlər), onlar daha mürəkkəb şəraitdə işləyə bilər. Natamam ötürməli 
    avtomobillərə 4

    2, 6

    2, 6

    4, 8

    4 təkər düsturlu avtomobillər aiddir. Artırılmış keçicilik 
    qabiliyyətli avtomobillər əsasən məhdud keçicilikli avtomobillərin bazasında, ötürməni 
    bütün təkərlərə verməklə, əlavə paylayıcı qutu və idarə olunan təzyiqli şinlərdən istifadə 
    etməklə əldə edilir. Bəzi hallarda belə avtomobillərdə bloklanan və ya yüksək sürtünməli 
    diferensiallardan, maneələri dəf etmək üçün bucurqad və başqa quruluşlardan istifadə 
    edilir.Yüksək keçicilik qabiliyyətli avtomobillər xüsusi olaraq yolsuzluq şəraitində işləmək 
    üçün layihələndirilir, onlar ərazidə rast gəlinən maneələri dəf etmək imkanında 
    olmalıdırlar. Maneələr ərazinin profili və ya dayaq səthinin zəif aparma qabiliyyətindən 
    yaranmaqla iki qrupa bölünür. Avtomobilin qeyd olunan maneələri dəf etmək imkanı 
    profil və dayaq-ilişmə keçiciliyi ilə qiymətləndirilir. Çətin keçilən marşrutlarda bu və digər 
    maneələrə rast gəlinir. Buna görə də avtomobilin keçiciliyi ümumi halda onun profil və 
    dayaq-ilişmə keçiciliyindən asılıdır.  PROFİL KEÇİCİLİK QABİLİYYƏTİ 
    Profil keçicilik qabiliyyəti avtomobilin tərtibatından asılı olub, keçiciliyin həndəsi paramet-
    rləri ilə müəyyən edilir. Bu göstəricilər tərtibat cizgiləri əsasında və ya naturadan 
    ölçməklə təyin edilir. Bütün ölçmələr tam yüklənmiş avtomobil üçün üfüqi bərk və hamar 
    örtüklü yol da aparılır. Keçiciliyin həndəsi parametrlərinə baxaq (şək.36). 


    Şək.36. Avtomobilin keçiciliyinin həndəsi parametrləri 

    Download 4,76 Mb.
    1   ...   79   80   81   82   83   84   85   86   ...   102




    Download 4,76 Mb.
    Pdf ko'rish