istifadə etmək və bloklama halının qarşısını almaq olar.Təkərlərin tam sürüşmə halına
gətirilməsi avtomobilin dəyanətlik və idarəolunması baxımından da məqsədəuyğun deyil.
Tam sürüşmə halında təkər yan qüvvələri qəbul edə bilmir və buna görə də
bu halda
avtomobilə təsir edən kiçik qüvvə və momentlər belə, məsələn, küləyin təsiri, yolun
nahamarlığı, mərkəzdənqaçma qüvvəsinin təsiri, sağ və sol təkərlərdəki
tormoz
qüvvələrinin qeyri-bərabərliyi hesabına yaranan moment təkərlərin yana sürüşməsini
yarada bilir.Arxa körpünün təkərləri əvvəl bloklanarsa avtomobil dəyanətliyini itirir, bu
şək.15-də çəkilmiş sxemdən aydın görünür. Bloklanma halında arxa təkərlər yan
qüvvələri qəbul edə bilmədiyindən avtomobilə təsir edən istənilən kiçik yan qüvvə arxa
körpünün təkərlərinin yana sürüşməsinə səbəb ola bilər. Nəticədə avtomobilin oxu
müəyyən bucaq altında çevrilər (şək.17, bucaq
β). Tormozlama zamanı ətalət qüvvəsi
hərəkət istiqamətində yönəldiyindən, avtomobilin oxunun düzxətli hərəkət
istiqamətindən meyllənməsi avtomobilin yana sürüşməsini artırmağa çalışan
moment
yaradır.
F
j
R
x
1
F
j
R
x
1
F
j
R
x
1
Şək.17. Az ilişməli yollarda arxa körpünün bloklanması zamanı
avtomobilin yana sürüşməsi
Qabaq təkərlər bloklandıqda sürücü avtomobili idarə etmək imkanında olmur: avtomobil
düzxətli hərəkətini davam etdirir, lakin bu zaman onun dəyanətliyi itmir. Qabaq
körpünün eninə meyllənməsi zamanı ətalət qüvvəsi avtomobili düz xətli hərəkət halına
qaytarmağa çalışan moment yaradır.
İdarə olunma qabiliyyətinin itməsi sürücü tərəfindən tez qavranılır və tormoz qüvvəsinin
azaldılması ilə idarəolunma bərpa oluna bilər.
Arxa təkərlər bloklandığı halda avtomobil müəyyən bucaq meyllənərsə, sürücü
avtomobili idarə etmək imkanında olmur. Buna görə də arxa təkərlərin bloklanması
qabaq təkərlərə nəzərən daha qorxulu sayılır. Kiçik ilişmə əmsallı yolda arxa təkərlərin
əvvəl bloklanması xüsusi ilə qorxuludur. Bu şəraitdə tormozlanan
avtomobilin kinetik
enerjisi ləng yayılır və yana sürüşməyə başlayan avtomobil böyük bucaq sürəti ilə
uzunmüddətli fırlanma hərəkəti edə bilir.Bütün körpülərin təkərlərinin bərabər
sürüşməsini təmin etmək üçün onlarda xüsusi tormoz qüvvələri
γ
τi
bərabər olmalıdır
zi
i
i
R
F /
,
burada
F
τi
və
R
zi
i körpüsünə təsir edən tormoz qüvvəsi və yolun reaksiyasının normal
toplananıdır. Göründüyü kimi avtomobilin ən yüksək effektivliklə tormozlanması üçün
tormoz qüvvələri (tormoz momentləri) körpülər arasında yolun normal reaksiyalarına
mütənasib paylanmalıdır.İkioxlu avtomobilin körpüləri arasında tormoz qüvvələrinin
optimal paylanması aşağıdakı bərabərliklə ifadə edilir:
2
1
2
1
z
z
R
R
F
F
.
Tormozlama zamanı normal reaksiyaların dəyişməsi (yenidən paylanması) baş verir. Bu
dəyişmənin müəyyən etmək üçün ikioxlu avtomobilin hamar üfüqi yolda
tormozlanmasına baxaq (şək.18). Bu zaman havanın müqavimətinin
reaksiya
qüvvələrinin paylanmasına təsir etmədiyini, diyirlənmə müqavimətinin isə tormoz
qüvvələrinə nəzərən çox kiçik olduğunu qəbul edirik.
Şək.18. Üfüqi yolda tormozlanan tək avtomobilə təsir edən qüvvələr sxemi
R
z1
və
R
z2
reaksiyalarının qiymətləri qarşı körpülərin təkərlərinin yolla kontakt sahələrinin
mərkəzlərinə nəzərən moment tənliklərindən tapıla bilər:
.
/
)
(
;
/
)
(
2
1
L
h
F
a
G
R
L
h
F
b
G
R
g
j
a
z
g
j
a
z
Buradan görünür ki, avtomobilin tormozlanması zamanı qabaq təkərlər altında reaksiya
qüvvəsi artır, arxa təkərlər altında isə əksinə, azalır. Reaksiya qüvvələrinin yenidən
paylanma dərəcəsi tormozlanma intensivliyindən
ətalət qüvvəsindən
F
j
asılıdır.
a
G
F /
olduğunu nəzərə alsaq, ilişmədən tam istifadə halında xüsusi tormoz
qüvvəsinin ilişmə əmsalına bərabər olduğunu görərik. Bu halda:
.
/
)
(
;
/
)
(
2
1
L
h
a
G
R
L
h
b
G
R
g
a
z
g
a
z
Bu ifadələrdən istifadə edərək tormoz qüvvələrinin paylanma əmsalının
optimal
qiymətlərini tapmaq olar:
)
/(
)
(
g
g
h
a
h
b
.